Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-38/2025 10.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və kompensasiya” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,2199 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılmaları və mülkiyyətçisi olduqları ünvan 1i ünvanında yerləşən 0,2066 ha və 0,2199 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrindən qanunsuz istifadə etdikləri üçün cavabdehlərdən yəni, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 il üçün cəmi 7500 (yeddi min beş yüz) manat, digər cavabdeh olan Cavabdeh3 27 il üçün cəmi 7500 (yeddi min beş yüz) manat kompensasiyanın və ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında ona və həyat yoldaşına xx.xx.2023-cü ildə qeydə alınmış dövlət reyestrindən çıxarışa görə 0,2066 ha və xx.xx.2023-cü ildə qeydə alınmış dövlət reyestrindən çıxarışa görə 0,2199 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri məxsusdur. Həmin torpaq sahələrinin plan və ölçüsü 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təsdiq edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona və həyat yoldaşına məxsus torpaq sahələrini 27 ildir ki, zəbt edərək həmin torpaq sahəsindən təyinatı üzrə istifadələrini mümkünsüz etmişlər. Dəfələrlə cavabdehlərdən zəbt etdikləri torpaq sahələrini boşaldılmasını tələb etsələr də, onlar əsassız bəhanələrlə tələblərini təmin etməmişlər. Cavabdehlərin günahı üzündən torpaq sahəsindən istifadə edib kənd təsərrüfatı məhsulları yetişdirə bilmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinə məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddianı tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsininin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi X2 izahatında bildirmişdir ki, iddiaçıların adına iki torpaq sahəsinin vardır və onların ayrı-ayrı hüquqmüəyyənedici sənədləri vardır. Onlardan birinin sahəsi 0,2066 ha, digərinin sahəsi isə 0,2199 ha təşkil edir. Həmin torpaq sahələrindən mövcud olan sənədlərə əsasən sahəsi 0,2199 ha olan torpaq sahəsi həmin ərazidə yox kəndin digər hissəsində yerləşir. Cavabdeh3 yolun hər iki üzündə iddiaçıların torpaq sahələrinə bitişik torpaq sahəsi və həmin torpaq sahəsinin çəpərləri vardır. Cavabdeh3 məxsus torpaq sahəsi iddiaçılara məxsus torpaq sahələrinin yanında yerləşir və mövcud koordinatlara əsasən onun istifadəsində olan torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, iddiaçılara məxsus 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin keçirilmiş baxış zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərin daxilində yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********93) elektron çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,2066 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir. İş materiallarından olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********92) elektron çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,2199 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir. Lerik Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025-ci il tarixli 10/4119 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-43/2-1553/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11,09.2023-cü il tarixli, ********** qeydiyyat, **********93 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2066 ha və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), **********92 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri torpaqların elektron kadastr uçotu informasiya sisteminə uyğun müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********93 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə faktiki vəziyyətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), **********92 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməklə cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,2199 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılmaları və mülkiyyətçisi olduqları ünvan 1i ünvanında yerləşən 0,2066 ha və 0,2199 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrindən qanunsuz istifadə etdikləri üçün cavabdehlərdən yəni, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 il üçün cəmi 7500 (yeddi min beş yüz) manat, digər cavabdeh olan Cavabdeh3 27 il üçün cəmi 7500 (yeddi min beş yüz) manat kompensasiyanın tutularaq onlara ödənilməsini xahiş edirlər. İş üzrə ekspert rəyinə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********93 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə faktiki vəziyyətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), **********92 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməklə cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar iddia tələblərində onlara məxsus torpaq sahələrinin Cavabdeh3 tərəfindən də zəbt edildiyini bildirsələr də, Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025-ci il tarixli 10/4119 saylı rəyinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə faktiki vəziyyətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edildiyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməklə cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 aid hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə görə kompensasiya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçılar torpaq sahəsindən cavabdehlər tərəfindən istifadəyə görə maddi zərər dəyməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********93 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbtindən azad edilməklə boşaldılmalı və iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılmalı, ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********93 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,2066 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbtindən azad edilərək boşaldılsın və torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçılar tərəfindən ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun 100 (yüz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-38/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-38/2025
10.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver