Məhkəmə qərarları › İş №2(048)-405/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-405/2023

01.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-405/2023 01.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru X2, CavabdehTəhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayənədəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru X8 və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil İdarəsinə qarşı işə bərpa və iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru X2 01 yanvar 2023-cü il tarixli 104 nömrəli əmrin ləğv edib onu Lerik rayon Laman kənd umumi orta məktəbinin xadimə işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayon Laman kənd natamam orta məktəbinin direktoru əvəzi X8 ona 01 yanvar 2023-cü il tarixli 104 nömrəli əmri ilə Lerik rayon Laman kənd natamam orta məktəbinin xadiməçi vəzifəsindən azad edilmişdir. İşdən azaz edilməyinə dairəmri qanunsuz və əsassız sayır.Belə ki, işdən azad edilməyi barədə Lerik rayon Laman kənd natamam orta məktəbinin direktoru əvəzi X2 01 yanvar 2023-cü il tarixli 104 nömrəli əmrində əsas kimi sinif sayı azldığına görə ixtisar göstərsə də, lakin hesab edir ki, onun əri X4 1-ci qurup əlil olması səbəbindən həmin əmr qanunsuz və əsassıdır. İşdən azad olunmağı barədə əmri məktəbin direktorundan tələb etsə də o, məhkəməyə müraciət edəcəyini bildiyi üçün müxtəlif bahənələr gətirərək əmri verməkdən boyun qaçırmış, məhkəmədə yazdığı ərizədən sonra 03 mart 2023-cü il tarixdə 01 yanvar 2023-cü il tarixli 104 saylı əmrdən çıxarış ona göndərilmişdir.Ailə üzvlərinin çoxluğunu, ərinin 1-ci qrup əlil olmasını, ailə üzvlərindən heç birinin işləməməsini nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru X8 məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçının tələbini nəzərə alaraq əmrin ləğv olunub, onun işə bərpa edilməsinə etiraz etmədiyini bildirərək bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayənədəsi X9 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, İddiaçı Lerik Rayon Laman kənd natamam orta məktəbinə xadiməçi ştatına bərpa olunmasına etirazı olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş; Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun 01 yanvar 2023cü il tarixli 104 saylı əmrdən çıxarışdan görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən məktəbin xadiməsi İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Məlikova X1 natamam orta məktəbinin direktorunun 01 yanvar 2023-cü il tarixli 104 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, hazırkı iş üzrə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «70»-ci maddəsinin «b» bəndində əsasən Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməsi işindən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bundan başqa İddiaçı işdən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də əməl edilməmişdir. Həmin maddəyə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin hüququ deyil, vəzifəsidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə görə həmin maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 74-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin qeyd hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməsi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun 01 yanvar 2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməli, İddiaçı 1 vahid ştat hesabı ilə məktəbin xadimə işinə bərpa edilməli və məcburi iş buraxma günləri üçün 01 yanvar 2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun 01 yanvar 2023-cü il tarixli 104 saylı saylı əmri etibarsız hesab edilsin. İddiaçı Lerik Rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilsin. Məcburi iş buraxma günləri üçün 01 yanvar2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan «01» iyun 2023-cu il № 2 (048)-405/2023 İddiaçı (Lerik rayonu, Laman kəndi) Surəti: X7 (Lerik rayonu, Laman kəndi) Surəti: Lənkaran-Astara Regional Təhsil İdarəsinə (Lənkaran şəh., X10 küç.,don 2 Lerik Rayon Məhkəməsinin 01 iyun 2023-cu il tarixli 2 (048)-405/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar