Məhkəmə qərarları › İş №2(048)-407/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-407/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-407/2023 01.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs rəisi X1 iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci il təvəllüdlü Bayramova (Rizayeva) Sücayət Cavad qızının Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində anadan olması, Bayramova (Rizayeva) Sücayət Cavad qızının anasının X6 olması, atasının X2 olması faktının müəyyən edilməsi və Bayramova (Rizayeva) Sücayət Cavad qızına doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini onunla əsaslandırmışdır ki, o, Bayramova (Rizayeva) Sücayət Cavad qızı, xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində doğulmaqla 04 avqust 1988-ci ildə Lerik rayon Lərmərud kənd sakini X3 ilə evlənməklə nikahlarını rəsmi orqanlarda qeyd etdirmişlər. Faktiki nikah münasibətlərindən övladları dünyaya gəlmişdir. Ona məxsus doğum haqqında şəhadətnaməni itirmişdir.O, Ermənistanda doğulduğundan həmin sənədi təkrar almaq mümkün deyildir. Ona görə də məcbur olub qeydiyyatda olduğun Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmişlər. Bundan başqa Lerik Rayon Nücü kənd XDS icrayyə komitəsində 04 avqust 1988-ci il tarixdə bağlanmış İV JQ № 317369 saylı nikah haqqında şəhadətnamədən də bəlli olur ki, o, xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində doğulmuşdur. Ona məxsus AZE № ******** saylı şəxsiyyət vəsiqəsindəndə məlum olur ki, o, xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində doğulmuşdur. Ona məxsus № 57592249 saylı Komsomol biletindəndə məlum olur ki, o, xx xxxx 1965-ci il tarixdə doğulmaqla 1973-cü il tarixdə ona Eremənistan SSR Masis rayonu tərəfindən komsomol bileti verilmişdir. Göründyü kimi yuxarıda göstərdiyim sənədlərdə onun həqiqətəndə xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində doğulmağım öz əksini tapır. Lakin o, doğum haqqında şəhadətnaməmi itirdiyimə görə və sənədimin təkrar alınması düşmən Ermənistanda olduğuna görə hazırda onu əldə etmək mümkün deyildir. Göründüyü kimi, o, doğum faktının tanınması zərurəti yaranmışdır.Ona görədə ərizəçi məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasınıxahiş etdi. Maraqlı şəxs rəisi X4 Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmasına etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindəm görünür ki, Ərizəçi Ermənistan, Massis rayonunda anadan olmaqla Lerik rayon Lərmərud kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Lerik rayon Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-65-29 saylı arayışdan görünür ki, Ərizəçi Lerik rayonu Lərmərud kəndində qeydiiyatda olmaqla bakıda yaşayır. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 05/13-09 saylı imtinan qərarından görünür ki, tibbi arayş təqdim edilmədiyinə görə Maraqlı şəxs doğum qeydinin icra edilməsi bə bu barədə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş № 57592249 saylı Komsomol biletindən məlum olur ki, ərizəçi xx xxxx 1965-ci il tarixdə doğulmaqla 1973-cü il tarixdə ona Eremənistan SSR Masis rayonu tərəfindən komsomol bileti verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində doğulmuşdur.Ərizəçi 04 avqust 1988-ci ildə Lerik rayon Lərmərud kənd sakini X3 ailə həyatı quraraq evlənmişlər.Ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsədə ona imtina qərarı verilmiş, məhkəməyə mürciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə bütün iş materiallarında olan sənədlərə araşdıraraq belə qənaətə gəlir ki, həmin sənədlər ərizəçiyə məxsusdur və sənədlərdə aparılmış qeyidlər də ərizəçiyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində anadan olması, Ərizəçi anasının X6 olması, atasının X2 olması faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndində anadan olması, Ərizəçi anasının X6 olması, atasının X2 olması faktının müəyyən edilsin. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında uşağın adı «Sücayət», soyadı «Bayramova», atasının adı «Cavad», anasının adı «Zivər», valideynləri- atası X2, anası X6, doğulduğu tarix «xx.xx.1965-ci il », doğulduğu yer «Ermənistan SSR, Massis rayonu, Sarvanlar kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar