Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-414/2023 08.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs rəisi X1 iştirakları ilə, Ərizəçi 19 aprel 2023-cü il tarixli 306 saylı şəkilli arayışın ona məxsus olmasının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon İcra hakimiyyəti başçısının Livədirqə kənd ƏİN-i tərəfindən xx.xx.1974-cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuş Ərizəçi adına verilmiş 19 aprel 2023-cü il tarixli 306 saylı şəkilli arayışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1974-cü il tarixində Lerik rayonu Mastail kəndində anadan olmuşdur.Lakin doğum haqqında şəhadətnaməsini itirdiyindən və özü xəstə olduğundan özü üçün şəxsiyyət vəsiqəsi götürəbilməmişdir.Hazırda o, Lənkəran Rayon Psixiatriya Xəstəxanasında “Şizofrenəbənzər” diaqnozu ilə qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi götürmək üçün Lerik Rayon Pasport Qeydiyyat Şöbəsinə getsədə doğum haqqında şəhadətnaməsinin əsli olmadığına görə ona təkrar doğum haqqında şəhadətnamə götürməyi bildirmişlər.Bu səbəbdən Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ona 20 aprel 2023-cü il tarixli 05/13-10 saylı imtina qərarı verilmişdir. Hazırda onun 49 yaşı olsada bu günə kimi şəxsiyyət vəsiqəsi götürə bilməmişdir.Ona görədə ərizəçi məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasınıxahiş etdi. Maraqlı şəxs rəisi X5 Ərizəçi 19 aprel 2023-cü il tarixli 306 saylı şəkilli arayışın ona məxsus olmasının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmasına etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, Mustafa onun qardaşıdır.Mustafa Lənkəran Rayon Psixiatriya Xəstəxanasında “Şizofrenəbənzər” diaqnozu ilə qeydiyyatdadır.Qardaşıözünə məxsus doğum haqqında şəhadətnaməni itirdiyindən özü üçün bu günə kimi şəxsiyyət vəsiqəsi götürə bilməmişdir. Qardaşının adına verilmiş 19 aprel 2023-cü il tarixli 306 saylı şəkilli arayış Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X6 şahid qismində dindirilmiş X2 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini və şahidlərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti başçısının Livədirqə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 19 aprel 2023-cü il tarixdə verilmiş 306 saylı şəkilli arayışdan görünür ki, 15 mart 1974-cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuş Ərizəçi verilmiş arayışdakı foto şəkil həqiqətəndə ona özünə məxsusdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkaran Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 125 № arayışdan görünür ki, 15 mart 1974-cü il təvəllüdlü Ərizəçi həqiqətəndə xx.xx.2018-ci il tarixdən Lənkaran şəhər Psixiatriya xəstəxanasında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti başçısının Livədirqə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 19 aprel 2023-cü il tarixdə verilmiş 307 saylı təsərrüfat başı kitabından çıxarışdan görünür ki, 15 mart 1974-cü il təvəllüdlü Ərizəçi Lerik rayonu Mastail kəndində qardaşının himayəsində yaşayır. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli 454684 saylı arayışın sürətindən görünür ki, Ərizəçi 15 mart 1974-cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/13-10 aylı İmtina qərarından görünür ki, 15 mart 1974-cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuş Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi 15 mart 1974-cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuşdur.Ərizəçi anadan olduğdan sonra ona doğum haqqında şəhadətnamə verilmişdir.Ərizəçi yetkinlik yaşına çatdığdan sonra həmin doğum haqqında şəhadətnaməsini itirmişdir.Ərizəçi yenidən doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsədə onun ərizəsinin icrasından imtina olunaraq məhkəməyə müraciət etməsi tövsiyy olunmuşdur.Məhkəmə iş üçün zəruri və mötəbər olan bütün sənədləri bir-bir araşdıraraq belə heab edir ki, ərizə təmin olunmalıdır. Ərizəçi 15 mart 1974-cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuş Ərizəçi adına verilmiş şəkilli arayışın ona məxsus olaması məhkəmə iclasında öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Lerik Rayon İcra hakimiyyəti başçısının Livədirqə kənd ƏİN-i tərəfindən xx.xx.1974-cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuş Ərizəçi adına verilmiş 19 aprel 2023-cü il tarixli 306 saylı şəkilli arayışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik Rayon İcra hakimiyyəti başçısının Livədirqə kənd ƏİN-i tərəfindən xx.xx.1974cü il tarixdə Lerik rayonu Mastail kəndində anadan olmuş Ərizəçi adına verilmiş 19 aprel 2023-cü il tarixli 306 saylı şəkilli arayışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizəçi yeni FİN kodu olan doğum haqqında şəhadətnamə verilsin Qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-414/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-414/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver