Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-454/2024 04.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məhkəmə (iclas katibi) X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona və ailəsinə məxsus Barzavu kəndində yerləşən torpaq sahəsinin çəpərə alınmasına edilən maneələrin aradan qaldırılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayonun Barzavu kəndində qeydiyyatda olmaqla orada yaşayır.Həmkəndlisi Cavabdeh1 2019-cu ildən onunla torpaq mübahisəsi olduğundan uzun müddətdir ki, ona məxsus olan torpaq sahəsindən istifadəsinə və torpaq sahəsinin çəpərə alınmasına maneə olur.Dəfələrlə bir çox orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır.Cavabdeh 2019-cu il tarixdə İddiaçı və atasını məhkəməyə verərək ona məxsus olan həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsini tələb etmişdir.Lerik Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 X7 və X5 Lerik rayon Barzavu kənd ərazisində yerləşən həyətyanı yerləşən həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.Lakin cavabdehin iddiası təmin olunmasa da qətnamə çıxan tarixdən iddiaçıya məxsus torpaq sahəsini çəpərləməyə maneəçilik törədir.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək iddianı müdafiə edərək, iddianın təmin olunması barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək,iddianın rədd edilməsi baradə məhkəmədən qətnamə qəbul edilməsini xaiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Blaband bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, 02 ha torpaq sahəsi kadastr sənədi və məhkəmə qərarı ilə X6 məxsusdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısının Blaband kənd ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri X1- həyat yoldaşı, X2-qızı, X3-oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısının Blaband kənd ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Lerik rayon Barzavu kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(048)-159/2019 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli 10/159 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********72-10301 reyestr nömrəli Çıxarış,Texniki pasporta əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətində olan ,Lerik rayon Barzavu kəndi ərazisində yerləşən ******* ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə nəticəsindən görünür ki, Azərbaycan Respublikası Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********72-10301 reyestr nömrəli Çıxarış,Texniki pasporta əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətində olan ******* ha torpaq sahəsi cavabdehlər X9 və X10 tərəfindən istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(048)-132/2020 saylı qətnaməsimdən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X9 və X5 zəbtindən azad edilməsi barədə tələbi əsassiz olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus 0.2 ha torpaq sahəsini çəpərə alınmasını həyata keçirmək istərsə də ,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsini çəpərlənməsinə maneələr yaratmışdır. Belə ki, Lerik Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(048)-132/2020 saylı qətnaməsinə əsasən Cavabdeh1 X9 və X8 qarşı mübahisə predtmeti olan 0.2 ha torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddası əsassız olduğundan təmin olunmamışdır. Məhkəmə belə qənatə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçı X8 qarşı maneələrin aradan qaldırılması tələbinə qarşı iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməklə, İddiaçı məxsus Lerik Rayon Barzavu kəndində yerləşən 0.2 ha həyətyanı torpaq sahəsinin çəpərlənməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Lerik Rayon Barzavu kəndində yerləşən 0.2 ha həyətyanı torpaq sahəsinin çəpərlənməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın. Qətnamənin icrası Lerik rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-454/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-454/2024
04.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver