Məhkəmə qərarları › İş №2(048)-46/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-46/2025

11.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-46/2025 11.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində qazılmış süni gölün Cavabdeh tərəfindən və onun hesabına torpaqla doldurulması, torpaq sahəsinin onun tərəfindən və onun hesabına hamarlaşdırılması, yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın onun tərəfindən və onun hesabına sökülməsi və onun hesabına ərazinin təmizlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində ona dəyən 300000 (üç yüz min) manat pulun, həmçinin 100000 (yüz min) manat əldən çıxmış faydanın, ümumilikdə 400000 (dörd yüz min) manat pulun və 690 (altı yüz doxsan) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işlə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər eyni olmaqla eyni növlü işlər olduğundan bir icraata birləşdirilməli və həmin işlər üzrə iddialara birlikdə baxılmalıdır. Belə ki, bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair 2(048)-46/2025 saylı və iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(048)-28/2025 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş işlər üzrə icraat 2(048)-28/2025 №-si ilə aparılsın. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar