Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-5/2023 05.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5,Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5,Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 xüsusi mülkiyyətində olan Lerik rayonu Lüləkaran kəndində 0.07 ha torpaq sahəsində və qeyd olunan torpaq sahəsinin üzərində yerləşən yaşayış evindən çıxarılması, cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5,Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Əşrəfov Damla qızı və Cavabdeh11 zəbt edikləri Lerik rayonu Lüləkaran kəndində 0.07 ha torpaq sahəsində və qeyd olunan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə və orada olan tikinti materialları və ləvazimatlarını satmaq və ya məhv etməklə vurulmuş maddi ziyana görə 10000 (on min) manat pulun və ödəilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tərəfindən verilmiş çıxarışa əsasən Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi ona məxsusdur.Lakin, cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən xüsusi mülkiyyətində olan Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsində yerləşən yaşayış evi zəbt edilmişdir.Mərhum atası X5 həmin əmlakı alanadan sonra onun tərəfindən daşınmaz əmlakda tikinti və təmir işləri görülmüşdür. Belə ki o, Bakıdan tikinti materialları apararaq orada yeni ev inşa etmişdir.İnşaat bitdikdən sonra atası tərəfindən ora gələcəkdə həmin evdə eyvan və hamam inşa etmək məqsədi ilə 1 maşin armatur, əlavə bir evin dəmir dam örtüyü, döşəmə və tavan taxtası, qaynaq aparatı, sement, qum, su boruları və digər tikinti ləvazimatları aparılmışdır. Yəni zəbt olunmamışdan əvvəl bütün yuxarıda qeyd olunan tikinti material və avadanlıqlar həmin ünvanda olmuşdur. Tam inşa olunmuş evin pəncərələrində dəmir barmaqlıqlar,su ilə təmin olunmaq üçün 3 tonluq böyük su çəni olmuşdur. Hazırda məlum olmuşdur ki, ona məxsus Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ev zəbt olunmuşdur. Habelə cavabdehlər tərəfindən evin pəncərələrində olan dəmir barmaqlıqlar sökülmüş tikinti materiallarını isə satmış və ya məhv etmişlər. Bu azmış kimi cavabdehlər tərəfindən evdə odun sobası yandırılması nəticəsində evin dam örtüyünə və döşəməsinə ciddi ziyan vurulmuşdur.Cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən xüsusi mülkiyyətimdə olan Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılmalıdır.Evinin zəbt olunması nəticəsində ona vurulmuş maddi ziyan cavabdehlər tərəfindən tam olaraq ödənilməlidir.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək,iddiasına uyğun izahat verib, iddiasının təmin olunması barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onlara şər böhtan atır, iddiaçının söylədikləri yalandır.Ev onlara məsxusdur.Buna görədə məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Əliyeva Bənövşə şagəldi qızı və Cavabdeh5 Cavabdeh3 ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsini tərəfindən ********** nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş Lerik rayon Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində inşa edilmiş 97 kv.m olan fərfi yaşayış evinin ona məxsus olamsını sübuta yetirsədə, cavabdehlərin ona 10000 (on min) manat məbləğində maddi ziyan vurduğu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.Ona görə də iddia 10000 (on min) manat məbləğində maddi ziyan hissədə təmin oluna bilməz. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 07 dekbar 2021-ci il tarixli 2(048)-714/2021 saylı qərardadından görünür ki, cavabdehlərin İddiaçı qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və DƏDRX-nin 10 saylı Lənkaran Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(048)-846/2021 saylı mülki iş üzrə yekun məhkəmənin qərarı çıxanadək mülki işin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2 (048)-11/2022 saylı qətnaməsinə əsasən Lerik Rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş 04 noyabr 1992-ci il tarixli 6-1430 saylı bağışlama müqaviləsi bağışlandığı andan etibarsız hesab edilmiş və həmin müqavilə əsasında DƏDRX-nin 10 saylı Lənkaran rayon Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(106)-2220/2022 saylı qətnaməsinə əsasən Lerik rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2 (048)-11/2022 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1828/2023 saylı qərarından görünür ki, X1 şikayəti təmin edilməmiş, Şirvan Apellasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(106)-2220/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsini tərəfindən ********** nömrəli çıxarışın sürətindən görünür ki, Lerik rayon Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində inşa edilmiş 97 kv.m olan ev İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Lerik rayon Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində inşa edilmiş 97 kv.m olan ev İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsini tərəfindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla tam olaraq mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Beləliklə iddia qismən təmin edilməklə cavabdehlər cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5,Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla mülkiyyətinə verilmiş Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş ödənilmiş qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5,Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Əlavə olaraq cavabdehlər Cavabdeh1 Əliağa oğlu, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 30 (otuz) manat pul müştərək qaydada tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 05 sentyabr 2023-ci il № 2 (048)-5/2023 İddiaçı (Bakı şəh.,sabunçu ray.,Bakıxanov qəs.,R.Qəmbərov küç., ev 18 m 29) Surəti: Cavabdeh1 Əliağa oğluna Cavabdeh3 X2 Cavabdeh4 Cavabdeh5 Cavabdeh2 Cavabdeh7 Cavabdeh8 Cavabdeh9 X6 Cavabdeh11 (Lerik rayonu Lüləkaran kəndi ) Lerik Rayon Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 2(048)-5/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 05 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-5/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-5/2023
05.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver