Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-5/2025 19.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Xankişi qızının Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş qurğuların sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə təhvil verilməsi, dəymiş maddi ziyanın ödənilməsi və qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xankişi qızı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş qurğuların sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə təhvil verilməsi, dəymiş maddi ziyanın ödənilməsi və qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Qosmalian kəndində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş üç ədəd artezian quyusunun sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə ona təhvil verilməsi, dəymiş maddi ziyan müəyyən edilməklə ödənilməsi və Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2011-ci ilin əvvəllərində torpaq sahəsi almaq üçün Lerik rayonunun Qosmalian kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş X8 müraciət etmişdir. Bununla əlaqədar tərəfindən verilmiş ərizə əsasında Qosmalian kənd bələdiyyəsində müəyyən müzakirələr aparıldıqdan sonra müvafiq sənədlər tərtib olunmuş, nəhayət tərtib olunan alqı-satqı müqavilələri təsdiq olunduqdan sonra Lerik rayonunun Qosmalian kənd ərazisindən keçən çayın sağ tərəfində yerləşən 1,25 hektar torpaq sahəsi və sol tərəfində yerləşən 5,25 hektar torpaq sahəsi, habelə çaydan bir qədər yuxarı hissədə 3,5 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında 06 aprel 2011-ci il tarixli ******* №-li, ******* №-li və ******* №-li çıxarışlar, eləcə də həmin torpaq sahələrinin plan və ölçülərinə dair hüquq müəyyənedici sənədlər bir daha təsdiq edir. Lerik rayonunun Qosmalian bələdiyyəsindən satın alınmış cəmi 10 hektar torpaq sahəsinin əldə olunmasında məqsədi heyvandarlığın və kənd təsərrüfatının inkişafı ilə bağlıdır. O, həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında əldə etdikdən sonra 2011-ci ildən 2019cu ilə kimi orada kartof əkinini həyata keçirmiş olsa da, eyni zamanda orada 30 metr uzunluğunda ferma inşa etdirməklə, eləcə də 150 ədəd qoyun almaqla həmin fermada yerləşdirilməsini təmin etmişdir. Bütün bu işləri o, bilavasitə deyil, Lerik qəsəbəsində yaşayan nümayəndəsi X1 vasitəsi ilə həyata keçirmişdir. Həmin 10 hektar torpaq sahəsində hər il əkdikləri tonlarla kartofdan (15-20 ton) istehsal etməklə gəlir əldə etmişlər. Onun qoyunçuluğun inkişafı ilə bağlı da gəlirləri kifayət qədər olmuşdur. Yəni ilkin mərhələdə aldıqları 150 ədəd qoyunların sayı sonrakı illərdə surətlə artmaqla gəlir götürməklərinə zəmin yaratmışdır. Bütün bu işlərin idarəçiliyini etibarnamə əsasında nümayəndəsi olan X5 həyata keçirsə də, həmin torpaq sahəsində yerləşən fermada heyvanların saxlanması ilə bağlı bütün işlər Qosmalian kənd sakini, yəni hazırki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən həyata keçirilmişdir. Cavabdeh hörmətlə yanaşmağı, ona kifayət qədər əmək haqqı ödəməyi, digər işlərində də ona kömək etməyi öz “nəticəsini” vermişdir. Yəni 2019-cu ilin əvvəllərində Cavabdeh açıq-aşkar özbaşınalıq nümayiş etdirməklə nümayəndəsi X1 tələb və iradlarına məhəl qoymadan həmin torpaq sahəsində yerə basdırılmış payaları və onlara vurulmuş tikanlı məftilləri sökərək faktiki olaraq torpaq sahəsini zəbt etmişdir. Özü bilavasitə onunla danışmasa da, nümayəndəsi X5 və eləcə də həyat yoldaşı X7 dəfələrlə onunla söhbət etməklə hərəkətlərinin qanunsuz olduğunu, buna görə məsuliyyət daşıyacağını, törətdiyi hərəkətlərin heç bir qanuni əsasının olmadığını xatırlatmaqla qeyd olunan qanunsuz hərəkətləri davam etdirməməsi tələbi qoyulsa da, heç bir nəticəsi olmamışdır. Əksinə Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə mübahisəli torpaq sahəsində üç yerdə artezian quyuları qazdırmaqla istifadə etmişdir. Onun tərəfindən inşa etdirilmiş fermada isə özünə məxsus heyvanları saxlayır. Bundan əlavə Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində 2018-ci ildə və 2019-cu ilin mart ayında əkdiyi 475 ədəd alma və armud ağaclarını yerindən çıxarmaqla ona külli miqdarda ziyan vurmuşdur. Həmin torpaq sahəsinin bir hissəsində ilin müəyyən vaxtlarında ot biçinini də həyata keçirmişlər. Onun bu hərəkətlərinin nəticəsi olaraq ona 2019-2020-ci illərdə külli miqdarda ziyan dəymişdir. Bununla əlaqədar etdiyi şikayətlərlə bağlı olaraq Lerik rayon polis şöbəsində araşdırma aparılarkən dəymiş ziyan ancaq əkilmiş ağacların dəyəri ilə əlaqələndirilsə də, bu mövqe qanunun tələblərinə uyğun olmamışdır. Yəni ona dəymiş ziyan təkcə 10 hektar torpaq sahəsində əkilmiş 475 ədəd alma və armud tingləri ilə bağlı deyildir. Onun iki il ərzində həmin ağacların əkilməsinə, onlara qulluq göstərilməsinə qoyulan sərmayə də dəymiş ziyan kimi nəzərə alınmalıdır. Yuxarıda qeyd etdiyi kimi 10 hektar torpaq sahəsinin ətrafında yerə basdırılmış payalar, onlara vurulmuş tikanlı məftillərə də xərc çəkilmişdir və payaların yerdən çıxarılması, tikanlı məftillərin sökülərək yararsız vəziyyətə gətirilməsi əlavə ziyanın vurulmasına gətirib çıxarmışdır. Bundan əlavə qeyd etdiyi kimi, hər il onlar həmin 10 hektar torpaq sahəsinin əksər hissəsində kartof əkinini həyata keçirir və hər il götürdükləri məhsul 15-20 ton civarında olurdu. Qeyd etdiyi xüsusatların təsdiqi qismində o, müvafiq qaydada həmin torpaq sahəsinə aid şəkilləri çəkdirməklə hazırki iddia ərizəsinə əlavə etmişdir. Yəni iddia ərizəsinə əlavə etdiyi 01, 02 və 03 saylı şəkillər o halları təsdiq edir ki, Cavabdeh həmin sahədə ot biçinini həyata keçirir və orada olan meyvə ağaclarının məhsulunu dərməklə özü istifadə edir. İddia ərizəsinə əlavə etdiyi 04, 05 və 06 saylı şəkillərdən göründüyü kimi cavabdeh Ə.Ələkbərov mübahisəli torpaq sahəsində arpa və buğda əkinini həyata keçirməklə kifayət qədər gəlir götürür. İddia ərizəsinə əlavə etdiyi 07 saylı şəkillə bağlı qeyd edir ki, Cavabdeh həmin torpaq sahəsində ot biçinini həyata keçirmiş və orada torpaq sahəsi “tərtəmiz” vəziyyətdədir. Bütün bu halları qeyd etməyi onunla bağlıdır ki, mülkiyyətində olan torpaq sahəsindən özü gəlir götürməkdənsə, Cavabdeh gəlir götürür və hazırki dövrə qədər ona ziyan vurmaqla bağlı hərəkətlərini davam etdirir. Bütün bunlarla əlaqədar hesab edir ki, işin məhkəmə iclasında mütəxəssis dəvət edilməklə dəymiş ziyanın hesablanması və ona ödənilməsi təmin edilməlidir. Onu da qeyd edir ki, işin məhkəmə iclasında mütəxəssis dəvət edilərkən qeyd etdiyi hallarla bağlı ona dəymiş ziyan müəyyən edilməklə yanaşı, eyni zamanda Cavabdeh əldə etdiyi gəlir də hesablanmalıdır. Lakin Cavabdeh 2019-cu ilin əvvəllərindən başlayaraq etdiyi qanunsuz hərəkətləri ilə əlaqədar o, mülkiyyət hüququnu reallaşdıra bilmədiyindən, torpaq sahəsindən istifadə edə bilmədiyindən, gəlir, bəhər götürə bilmədiyindən, torpaq sahəsi əlverişsiz vəziyyətə salındığından ona külli miqdarda ziyan dəymişdir. Hazırki dövrə kimi ona dəymiş ziyanın təxmini məbləğini hesablamış və həmin maddi ziyan təxminən 40-45000 manat civarındadır. O, iddia ərizəsində hazırki dövrə qədər ona dəymiş ziyan barədə məhkəməyə məlumat verir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışlardan, torpaq sahəsinin plan və ölçüsü ilə bağlı olan sənədlərdən göründüyü kimi o, torpağın mülkiyyətçisidir. Cavabdeh isə nə mülkiyyətçi, nə icarəçi və nə də istifadəçi deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı Xankişi qızının etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinə məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) çıxarışdan və ona əlavə xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lerik rayonu, Qosmalian kəndində yerləşən 1,25 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı Xankişi qızının mülkiyyətindədir. İş materiallarından olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden əldə olunmuş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) çıxarışdan və ona əlavə edilmiş xx.xx.2011-ci il tarixli, **********11 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Lerik rayonu, Qosmalian kəndində yerləşən 3,5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı Xankişi qızının mülkiyyətindədir. İş materiallarından olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən əldə olunmuş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) çıxarışdan və ona əlavə edilmiş xx.xx.2011-ci il tarixli, **********10 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Lerik rayonu, Qosmalian kəndində yerləşən 5,25 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı Xankişi qızının mülkiyyətindədir. İş materiallarından olan Lerik rayon Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X10 tərəfindən qəbul edilmiş 25 aprel 2019-cu il tarixli qərardan görünür ki, X4 məxsus meyvə tinglərinin hər hansı bir şəxs tərəfindən oğurlanması faktı təsdiqini tapmadığından toplanmış material üzrə həmin xüsusata görə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarından olan Lerik rayon Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 14 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Lerik rayonu, Qosmalian kənd sakini X1 döyülərək xəsarət alması təsdiq olunmadığından, ictimai qaydanın pozulması və 350 ədəd ağacın oğurlanması aşkar edilmədiyindən həmçinin dəymiş ziyan xeyli miqdarı təşkil etmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Lerik Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025-ci il tarixli 10/4117 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1269/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölç”sü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 1,25 ha, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəl) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********11 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 3,5 ha və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli ) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********10 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlet reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh məxsus artezian quyusunun ve süni sututarın və İddiaçı Xankişi qızına məxsus qeyri-yaşayış tikilisinin bir hissəsinin yerləşməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********10 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıya məxsus qeyri-yaşayış tikililərin yerləşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Cavabdeh istifadəsində olan həmin 1,0 ha torpaq sahəsinin üzərində yuxarıda qeyd olunduğu kimi Cavabdeh məxsus artezian quyusunun və süni sututarın mövcud olması müəyyən olunmuşdur. İddiaçı Xankişi qızının mülkiyyətində olan digər 3,5 ha və 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin isə Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Lerik rayon Qosmalian kəndində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş üç ədəd artezian quyularının sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə ona təhvil verilməsi, dəymiş maddi ziyanın müəyyən edilməklə ödənilməsi və Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməsinə qadağa qoyulmasını xahiş edir. İş üzrə ekspert rəyinə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi, Cavabdeh istifadəsində olan həmin 1,0 ha torpaq sahəsinin üzərində yuxarıda qeyd olunduğu kimi Cavabdeh məxsus artezian quyusunun və süni sututarın mövcud olması müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində “dəymiş maddi ziyan müəyyən edilməklə ödənilməsi” xahiş etsə də, iddiaçı buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa və xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən 1,0 ha hissəsində Cavabdeh məxsus artezian quyusu və süni sututar sökülməklə 1 ha torpaq sahəsi zəbtdən azad edilərək boşaldılmalı və İddiaçı Xankişi qızına qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa və xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Xankişi qızının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən 1,0 ha hissəsində Cavabdeh məxsus artezian quyusu və süni sututar sökülməklə 1 ha torpaq sahəsi zəbtdən azad edilərək boşaldılsın və İddiaçı Xankişi qızına qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-5/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-5/2025
19.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver