Məhkəmə qərarları › İş №2(048)-507/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-507/2023

20.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-507/2023 20.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh dövlət notariusunun vəzifəsini icra edən X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı birinci növ vərəsə kimi tanınma və mərhum ərindən miras qalmış mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək mərhum şəhid olmuş övladları 17 yanvar 1995-ci il tarixdə anadan olmuş X2 qanun üzrə birinci növbə vərəsəsi olması və onlara vərəsəlik haqqında şəhadətnamənin verilməsi faktının müəyyən edilməsi və qətnamənin icrasının lerik rayon Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar el adəti ilə evlənmişlər, faktiki nikahlarından 1992-ci il tarixdə X4 və 1995-ci il tarixdə İbrahimov İmaməli adlı iki uşaqları doğulmuşdur. Övladları 1995-ci il təvəllüdlü X5 44 günlük “Vətən Müharibəsində” qəhramancasına şəhid olmuşdur. Övladları şəhid olandan sonra birinci növbə vərəssi olaraq bütün miras əmlakı qəbul edərək, təsərrüfatı idarə edirlər. Mərhum övladlarının onlardan başqa vərəsəsi yoxdur.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclası zamanı ərizəsini müdafiə edib onun mərhum oğullarının 1-ci növbə vərəsəsi kimi tanınması və onlara vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclası zamanı cavabdeh Lerik rayon Dövlət Notariat Kontorunun dövlət notariusunun vəzifələrin müvəqqəti icra edən X3 İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsini qəbul etdiyini və ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş AZE № ******** saylı vəsiqənin sürətindən görünür ki, İddiaçı1 Lerik rayonu Hovil kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 17 yanvar 1995-ci il tarixdə Lerik rayonu Hovil kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial xidmətlər Agentliyi tərəfindən İddiaçı1 005780 saylı Şəhid ailə üzüvünün vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmişAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial xidmətlər Agentliyi tərəfindən İddiaçı2 005781 saylı Şəhid ailə üzüvünün vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, 17 yanvar 1995-ci il tarixdə anadan olmuş X5 “hərbi əməliyyatlar nəticəsində” vəfat etmişdir. Məhkəmə İddiaçılarnin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: MM-nin 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 mirası qoyan X2 vaildeyinləridir. X5 44 günlük “Vətən Müharibəsində” qəhramancasına şəhid olmuşdur. X5 vəfat etdikdən sonra miras əmlakı birinci növbə vərəsələrdən olan valideyinləri İddiaçı1 və İddiaçı2 idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2020ci il tarixdə şəhid olmuş X2 1-ci növbə vərəsəsi olması müəyyən edilməli və onlara vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2020ci il tarixdə şəhid olmuş X2 1-ci növbə vərəsəsi olması müəyyən edilsin. İddiaçılara vərəsəlik haqqında şəhadətnamə verilsin. Qətnamənin icrası Cavabdeh dövlət natarusuna tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar