Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-525/2025 08.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı – cavabdeh Lerik rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Lerik rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Cəngəmiran kəndində yerləşən ümumi sahəsi 0,1799 ha olan torpaq sahəsinin miras əmlakı kimi qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X33 ilə X30 nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından X16, X17, X18, İddiaçı və X11 adlı beş övladları anadan olmuşdur. X24 və ailə üzvlərinə X54 Komissiyasının 1997-ci il tarixli 27 dekabr tarixli 37 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,9 ha torpaq sahəsi ayrılımışdır. X33, X30, X16, X18 vəfat etmişlər. xx.xx.2023-cü il tarixdə Lerik rayon İcra Hakimiyyəti Başçısının Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, Cəngəmiran kənd bələdiyyəsinin, ƏMDK yanında DƏDRX-nin 10 saylı Əİnin Lerik rayon Şöbəsinin və digər şəxslərin iştirakı ilə akt tərtib edilməklə JN-190 nömrəli Dövlət aktı üzrə qeydiyyat aparılan zaman ümumi birgə payçılardan olan şəxslərin adlarında olan yalnışlıqların düzgün qeydiyyat aparılması nəzərdə tutulmuşdur. Torpağa mülkiyyət hüququna dair JN-190 (kod ********) Dövlət aktında oğlu X5 adı qeyd edildiyindən ayrılmış torpaq sahəsinin 0,1799 ha hissəsinə ümumi birgə mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. O, qeyd edilən çıxarış əsasında vəfat etmiş şəxslərdən miras qalmış əmlaka dair vərəsəliyin açılması ilə əlaqədar Lerik rayon Dövlət Notariat ofsinə müraciət etmişdir. Lerik rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 47 nömrəli məktubu ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddəti ötürülmüşdür, eyni zamanda onun yeganə vərəsə olmağına dair mötəbər sübutlar və ya məhkəmə qərarı onun tərəfindən təqdim edilmədiyi qeyd edilmiş, müddətin bərpası üçün və onun vərəsə kimi tanınması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Lerik rayon Notariat Ofisinə mərhumların ölüm haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələri, həmçinin daşınmaz əmlaka (torpağa) dair zəruri sənədlərin tərəfindən təqdim olunduğunu bildirmişdir. Qeyd edilən tələb məhkəmədən kənar həll edilə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X25 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X33 və xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış Lerik rayonu Cəngəmiran kəndində yerləşən ümumi sahəsi 0,1799 ha olan torpaq sahəsinin qəbul edilməsi müddətinin buraxılması səbəblərinin üzrlü hesab edilməsini və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin uzadılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdeh Lerik rayon Dövlət Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-190 nömrəli, Kod 80302098 olan Dövlət Aktından görünür ki, X12, X13, İddiaçı, X6, X2, X3, X7, X8 və X9 adına Lerik rayon Aqrar İslahat komissiyasının 1997-ci il 27 dekabr tarixli qərarı ilə Lerik rayonu, Əliabad kəndində 2,9 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Cəngəmiran Bələdiyyəsi tərəfindən tərtib olunmuş 23 may 2023-cü il tarixli aktdan görünür ki, Lerik rayon Aqrar İslahatı Komissiyasının 27 dekabr 1997-ci tarixli 37 saylı qərarı ilə Lerik rayonu Cəngəmiran kənd sakini X34 ve ailə üzvlərinə 2.90 ha pay torpaq sahasi və həmin torpaq sahəsinə ümumi birgə olmaqla JN- 100 nömrəli dövlat aktı (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə) tərtib olunmuş, dövlət aktı (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə) tərtib olunan zaman aşağıda qeyd olunan vətəndaşların adları texniki səhv nəticəsində aşağıdakı kimi qeyd edilmişdir: 1) X31, 2) X30, 3) X19, 4) X26. Lerik rayon Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına qeydiyyat kitabında X20 ailəsində: 1) X32, 2) X30, 3) X19, 4) X26 adında şəxslər olmamışdır ve yaşamamışdır. Qeyd olunan JN-190 nömrəli Dövlət Aktı (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə) üzrə qeydiyyat aparılan zaman ümumi birgə payçılardan olan şəxslərin adlarının aşağıdakı kimi qeydiyyata alınması qanunamüvafiqdir: 1) X34, 2) X27, 3) X16, 4) X25. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X14 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lerik rayonu Cəngəmiran kəndində yerləşən xüsusi mülkiyyət növü olan 0,1799 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (qeydiyyat nömrəsi: **********97) X5, X21, X10, İddiaçı, X6, X2, X7, X9 və X4 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 087483 saylı, 08 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayonu Cəngəmiran kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 087482 saylı, 08 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayonu Cəngəmiran kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 087481 saylı, 08 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayonu Cəngəmiran kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 327484 saylı, 23 may 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/69-826 saylı 30 may 2023-cü il tarixli arayışdan görünür ki, X49 və X18 14 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 1309 sayla akt qeydi tərtib olunmuş, nikaha xx.xx.2012-ci il tarixdə X3 ölməsi ilə bağlı xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- T seriyalı, 218676 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Lerik rayonu Cəngəmiran kəndində anadan olmuşdur. Ata qrafasında X33, ana qrafasında X30 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayonu VVAQ şöbəsi tərəfindən verilmiş XİV-JQ seriyalı, 448097 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1989-cu il tarixdə Lerik rayonu Cəngəmiran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik rayonu VVAQ şöbəsi tərəfindən verilmiş XİV-JQ seriyalı, 315530 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1990-cı il tarixdə Lerik rayonu Cəngəmiran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş kənd icra hakimiyyəti tərəfindən verilmiş XVİİ-JQ seriyalı, 307901 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1992-ci il tarixdə Lerik rayonu Cəngəmiran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş kənd soveti tərəfindən verilmiş AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik rayon Dövlət Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 47 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2012-ci il tarixdə vəfat etmiş bacısı X22, xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X33 və xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X1 qalmış miras əmlaka dair vərəsəliyin açılması ilə əlaqədar ərizəsini baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddəti ötürülmüş, eyni zamanda yeganə vərəsə olmağına dair möhtəbər subutlar və ya məhkəmə qərarı onun tərəfindən təqdim edilməmiş, müddətin bərpası üçün və özünün vərəsə kimi tanınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X33 və xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X1 qalmış miras əmlaklara dair vərəsəliyin açılması ilə bağlı Lerik rayon Notariat Ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyündən ona müddətin bərpası üçün və özünün vərəsə kimi tanınması üçün, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə qeyd edir ki, X21 və X10 vəfatından sonra miras qalmış Lerik rayonu Cəngəmiran kəndində yerləşən ümumi sahəsi 0,1799 ha olan torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının iddiaçıdan aslı olmayan səbəblərdən baş verməsi məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə X21 və X10 vəfatından sonra miras qalmış Lerik rayonu Cəngəmiran kəndində yerləşən ümumi sahəsi 0,1799 ha olan torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyən olunmuş ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin 3 (üç) ay uzadılmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X21 və X10 vəfatından sonra miras qalmış Lerik rayonu Cəngəmiran kəndində yerləşən ümumi sahəsi 0,1799 ha olan torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, miras əmlakın qəbul edilməsi müddəti 3 (üç) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X21 və X10 vəfatından sonra miras qalmış Lerik rayonu Cəngəmiran kəndində yerləşən ümumi sahəsi 0,1799 ha olan torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 03 (üç) ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-525/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-525/2025
08.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver