Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-529/2023 04.08.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi X6, Maraqlı şəxslər Lerik Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçili Komissiyasının nümayəndəsi X17 və X5 iştirakları ilə, Ərizəçi X6 şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xx xxx 1959-cu il tarixdə Lerik rayon Hıramo kəndində anadan olmuş X11 ərizə ilə məhkəməyə müraciət edərək oğlu 26 dekabr 1981-ci il tarixdə Lerik rayonu Hıramo kəndində anadan olmuş X3 öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X11 ərizəsin onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Lerik rayon Hıramo kəndində anadan olmuşdur. 1974-cü ildə X4 ilə ailə qurmuşdur. Birgə nikahdan 4 uşaqları doğulmuşdur. Uşaqları hamısı ailə qurmuş və ayrı ayrılıqda yaşayıralar. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yoldaşı vəfat edəndən sonra o, tənha yaşamağa başlamışdır. Digər uşaqları isə ayrıayrılıqda yaşayırlar. O, uşaqlarından 1981-ci il tarixdə doğulmuş X7 ilə birlikdə yaşmaq istədiyindən uşaqlarının razılığı ilə yoldaşı vəfat edəndən sonra Nazimin öhdəsində yaşayır.Nazim onun bütün qayğısını çəkir. Oğlu Nazim hərbiçi olduğundan başqa-başqa şəhərlədə və rayonlara hərbi xidmətdə olur. Həmin vaxt müxtəlif sənədləşmələr aparılması və həyat şəraitinin yaxşılaşdırlması üçün ərizəçinin onun öhdəsində olma faktının müəyyən edilməsinə ehtiyac yaranır. Həmin sənədi başqa qayda almaq mümkün olmadığından oğlu Nazimin öhdəsində olma faktının müəyyən edilməsi zərururdir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zaman ərizəçi X11 ərizəsini müdafiə edib, məhkəmə iclasında izahat verərək məhkəmədən ərizələrinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Maraqlı şəxs X9 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi X11 onun doğma anasıdır. 26 dekabr 1981-ci il tarixdə Lerik rayonu Hıramo kəndində anadan olmaqla doğulduğu gündən hazırki günə kimi kimi ərizəçi olan anası onun himayəsində yaşayır. Özü hərbiçidir müxtəlif bölgələrdə xidmət edir.Həmin vaxt müxtəlif sənədləşmə işlərinin həyata keçirilməsi və həyat şəraitinin yaxşılaşdırılması zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Lerik Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçili Komissiyasının nümayəndəsi X22 məhkəmə iclası zamanı ərizəçi X6 “öhdədə olma faktının” müəyyən ediləsin tələbinin təmin edilməsinə etirazı olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmənin mulahizəsinə burağdığının bildirdi. Məhkəmə iclası zamanı şahid qisimində dindirilmiş X8 izahatında göstərdi ki, ərizəçi X11 onun anasıdır.Atası xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən anası qardaşı Nazimin öhdəsində yaşayır qardaşı Nazim hərbiçi olduğundan başqabaşqa şəhərlərdə xidmət etdiyinə görə həmin vaxtlar müxtəlif sənədləşmə işlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 və X13 şahid X8 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Lerik rayonu Hıramo kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə “Astmatik status qarşıq astma” xəstəliyindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik RİHB-nin Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 iyun 2023-cü il tarixli 5-65-13/2-951/2023 saylı arayışından görünür ki, X2 rayonu Hıramo kəndində qeydiyyatda olmaqla orada tək yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 26 dekabr 1981-ci il tarixdə Lerik rayonu Hıramo kəndində anadan olmuşdur. Məhkəmə Ərizəçini, maraqlı şəxsləri və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.2-ci maddələrinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ərizəçi X11 xx.xx.1959-cu il tarixdə Lerik rayon Hıramo kəndində anadan olmuşdur.1974-cü ildə mərhum əri X4 inə ailə qurmuşdur.Birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Ərizəçinin mərhum əri xx.xx.2021-ci ildə vəfat etmişdir.Ərizəçinin əri vəfat etdikdən sonra 26 dekabr 1981-ci il tarixdə anadan olmuş oğlu X3 öhdəsində yaşamaqa başlamışdır.Ərizəçinin oğlu hərbiçi olduğundan başqa-başqa şəhərlərdə xidmət edir.Ərizəçinin faktiki olaraq oğlunun öhdəsində olması gələcəkdə onun üçün mühüm olduğundan bu faktın məhkəmə qaydasında təsdiq olunmasını istəyir. Məhkəmə iş materiallarını maraqlı şəxsi və şahidlərin izahatını dinləyib belə qənaətə gəlir ki, ərizəçi oğlunun öhdəsində olması faktiki olaraq öz əksini tapmış lakin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaradığından belə qənaətə gəlir ki, ərizənin təmin olunması tam olaraq əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx xxx 1959-cu il tarixdə Lerik rayon Hıramo kəndində anadan olmuş X6 oğlu 26 dekabr 1981-ci il tarixdə Lerik rayonu Hıramo kəndində anadan olmuş X3 öhdəsində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.2, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx xxx 1959-cu il tarixdə Lerik rayon Hıramo kəndində anadan olmuş X6 oğlu 26 dekabr 1981-ci il tarixdə Lerik rayonu Hıramo kəndində anadan olmuş X3 öhdəsində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-529/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-529/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver