Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-536/2023 08.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi X2 , Maraqlı şəxs rəis vəzifəsini icra edən X9 iştirakıilə, Ərizəçi X2 doğum faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək 11 iyun 2008-ci il il təvəllüdlü X10 və 17 iyun 2009-cu il il təvəllüdlü X11 Nefçala rayonu Qırmızıkənd kəndində anadan olması, X10 və X11 anasının X5, atasının X12 olması və həmin uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X5 məhkəmə iclası zamanı ərizəsini onunla əsaslandırmışdır ki, o, X5, 2006-cı ildə X12 ilə evlənməklə nikahlarını rəsmi orqanlarda qeyd etdirməmişilər. Faktiki nikah münasibətlərindən onların 11 iyun 2008-ci il tarixdə Samirə, 17 iyun 2009-cu il tarixdə Xəyal və xx.xx.2015-ci il tarixdə Aysun adlı övladıları dünyaya gəlmişdir. Övladlarından Samirə və Xəyal ev şəraitində Nefçala rayonu Qırmızıkənd kəndində doğulduğundan onlar üçün doğum şəhadətnaməsi götürməmişlər. Digər övladı Aysun isə xəstəxanada doğulduğundan onun üçün doğum şəhadətnaməsi götürməklə atalıq faktın qeydiyyat şöbəsində təsdiq etmişlər. Uşaqlar ev şəraitində doğulduğundan uşağların tibbi şəhadətnaməsini Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən buna görə də hazırki tarixədək uşaqların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda övladlarının doğum haqqında şəhadətnaməsinin olmaması onlarn gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcəkdir. Göründüyü kimi, X10 və X6 doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmişlər. Ərizəçi X5 məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasınıxahiş etdi. Maraqlı şəxs rəis vəzifəsini icra edən X15 ərizəçi X2 doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmasına etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəmədə izahat verərək bildirdi ki, həqiqətəndə X2 Samirə və Xəyal adlı uşaqları Nefçala rayonu Qırmızıkənd kəndində ev şəraitində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Rasif Akif oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Lerik rayon Çayrud kənd ƏİN-i tərəfindən tərtib olunmuş16 iyun 2023-cü il tarixli aktadan görünür ki, həqiqətəndə X5 və X4 faktiki nikahlarından Samirə və Xəyal adlı uşaqlar Nefçala rayonu Qırmızıkənd kəndində ev şəraitində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/13-24 saylı imtina qərarından görünür ki, doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 11 iyun 2008-ci il il təvəllüdlü X10 və 17 iyun 2009-cu il il təvəllüdlü X11 Nefçala rayonu Qırmızıkənd kəndində anadan olması, X10 və X11 anasının X5, atasının X12 olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 11 iyun 2008-ci il il təvəllüdlü X10 və 17 iyun 2009-cu il il təvəllüdlü X11 Nefçala rayonu Qırmızıkənd kəndində anadan olması, X10 və X11 anasının X5, atasının X12 olması faktı müəyyən edilsin. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında 1-ci uşağın adı «Samirə», soyadı «Qasımova», atasının adı «Samir», anasının adı «Xəyalə», valideynləriatası X12, anası X5, doğulduğu tarix «11 iyun 2008-ci il », doğulduğu yer «Nefçala rayonu Qırmızıkənd kəndi»,2-ci uşağın adı «Xəyal», soyadı «Qasımov», atasının adı «Samir», anasının adı «Xəyalə», valideynləri-atası X12, anası X5, doğulduğu tarix «17 iyun 2009-cu il », doğulduğu yer «Nefçala rayonu Qırmızıkənd kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 08 sentyabr 2023-cü il № 2 (048)-536/2023 X3 (Lerik rayonu çayrud kəndi) Surəti: Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 08sentyabr 2023-cü il il tarixli 2 (048)-536/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-536/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-536/2023
08.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver