Məhkəmə qərarları › İş №2(048)-54/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-54/2025

04.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-54/2025 04.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxəliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşməklə onun və ailə üzvlərinin mülkiyyətində olan 0,4294 və 2,5428 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa etdiyi tikanlı məftillərin və tövlənin onun hesabına sökülməsi və Cavabdeh 20000 (iyirmi min) manat məbləğində əldən çıxmış faydanın və onun tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində 0,4294 və 2,5428 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin döngə nöqtələrini yerində ölçərək onlara təhvil vermişlər. Onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş həmin torpaq sahələrini çəpərə alaraq 2020-ci ildə orada kartof əkmişdir. Lakin buna baxmayaraq iş üzrə Cavabdeh ona və ailə üzvlərinə məxsus qeyd olunan torpaq sahələrini qanunsuz zəbt edərək orada əkdiyi kartofu da öz heyvanlarına yedizdirmişdir. Həmin vaxtdan da Cavabdeh onları torpaq sahələrinə yaxın belə buraxmır və həmin torpaq sahələrini öz mülkiyyəti kimi istifadə edir. Hazırda isə Cavabdeh həmin torpaq sahələrini tikanlı məftillə çəpərə alaraq bir hissəsində taxıl əkərək qazanc əldə edir və bir hissəsində isə öz heyvanları üçün tövlə inşa edərək oranı örüş sahəsi kimi istifadə edir. Beləliklə də, Cavabdeh onları öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan verməyərək yuxarıda qeyd etdiyi kimi öz torpaq sahəsi kimi istifadə edərək onları müəyyən qazancdan məhrum etmişdir. Məhz bu səbəbdən cavabdehin bu qanunsuz hərəkətlərindən məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə onun evinin arasında 2 kilometrə yaxın məsafə vardır, qeyd olunan torpaq sahəsinin 0,30 ha hissəsi onun tərəfindən zəbt olunmamış və çəpərə alınmamışdır. O, öz həyətyanı sahəsini çəpərə almış və həmin sahənin iddiaçıya aidiyyatı yoxdur, qeyd olunan sahə isə evinin yanında yerləşir, o həmin torpaq sahəsini zəbt etməmişdir, hazırda orada yaşayır, orada olan tikili 1998-ci ildə tikilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********00) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən 2,5428 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı, X3, X4, X5, X6 və X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********01) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən 0,4294 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı, X3, X4, X5, X6 və X2 ümumi birgə mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli 10/5798 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1700/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********01 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,4294 ha və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,4294 ha və 2,5428 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarıda əsasən məhkəmə predmeti olan mübahisəli ərazidən orta hesabla 1900 m məsafə fərqi ilə kənarda yerləşməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqlarst elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan sözügedən 0,4294 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi ölçüsü saxlanılmaqla, 2,5428 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə hüquqmüəyyənedici sənəddə qeyd edilən sahə ölçüsündən (hüquqmüəyyənedici sənəd üzrə 2,5428 ha Torpaqların elektron kadastr uçotu informasiya sistemində 2,27 ha) faktiki vəziyyətə uyğun məhkəmə predmeti olan mübahisəli ərazidə öz əksini az olmaqla tapması müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahələrinin koordinatlarının sözügedən 0,4294 ha və 2,5428 ha torpaq sahələrin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1700/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********01 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,4294 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,78 ha hissəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilməsi, 0,08 ha hissəsinin isə cavabdeh tərəfindən gediş-gəliş yolu kimi (çəpərə alınmış torpaq sahəsinin sərhəd hüdudlarından kənarda qalan hissə) istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1700/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,78 ha hissəsinin üzərində cavabdehə məxsus tikintialtı sahəsi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz olaraq zəbt etdiyi Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşməklə onun və ailə üzvlərinin mülkiyyətində olan 0,4294 və 2,5428 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa etdiyi tikanlı məftillərin və tövlənin onun hesabına sökülməsi və Cavabdeh 20000 (iyirmi min) manat məbləğində əldən çıxmış faydanın və onun tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq ona verilməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1700/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********01 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,4294 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,78 ha hissəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilməsi, 0,08 ha hissəsinin isə cavabdeh tərəfindən gediş-gəliş yolu kimi (çəpərə alınmış torpaq sahəsinin sərhəd hüdudlarından kənarda qalan hissə) istifadə edilməsi, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,78 ha hissəsinin üzərində cavabdehə məxsus tikintialtı sahəsinin olduğu müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə görə əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçıya məhz maddi zərər vurulması öz təsdiqini tapmır və buna görə də iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilən 0,78 ha hissəsi, eləcə də Cavabdeh tərəfindən gediş-gəliş yolu kimi (çəpərə alınmış torpaq sahəsinin sərhəd hüdudlarından kənarda qalan hissə) istifadə edilən 0,08 ha hissəsi Cavabdeh zəbtindən azad edilərək boşaldılmalı və torpaq sahəsi İddiaçı qaytarılmalı, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,78 ha hissəsinin üzərində mövcud olan cavabdehə məxsus tikintialtı sahəsi 69 kv.m. olan tikilinin (tövlənin) 30 kv.m. hissəsi Cavabdeh hesabına sökülməli və cavabdeh tərəfindən torpaq sahəsindən çıxarılmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilən 0,78 ha hissəsi, eləcə də Cavabdeh tərəfindən gediş-gəliş yolu kimi (çəpərə alınmış torpaq sahəsinin sərhəd hüdudlarından kənarda qalan hissə) istifadə edilən 0,08 ha hissəsi Cavabdeh zəbtindən azad edilərək boşaldılsın və torpaq sahəsi İddiaçı qaytarılsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında), xx.xx.2022-ci il tarixli, **********00 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,5428 ha (faktiki 2,27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,78 ha hissəsinin üzərində mövcud olan cavabdehə məxsus tikintialtı sahəsi 69 kv.m. olan tikilinin (tövlənin) 30 kv.m. hissəsi Cavabdeh hesabına sökülsün və cavabdeh tərəfindən torpaq sahəsindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar