Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-564/2023 05.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və komunal xidmətlərdən istifadə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü Mirzəzadə Hicran Raciv qızı və oğlu,xx.xx.2009-cu il təvəllüdlü X1 cavabdeh Lerik rayon Şingədulan kənd sakini Cavabdeh onun gəlin köçdüyü evə köçürülmələri və həmin evdən bütün koomunal xidmətlərdən istifadə etmək hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 05 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı ərizə ilə müraciət edərək hazırda həmin evdə yaşadığını bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahış etmişdir. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etməmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və komunal xidmətlərdən istifadə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-564/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-564/2023
05.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver