Məhkəmə qərarları › İş №2(048)-585/2023

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-585/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-585/2023 28.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Abdullayev Oruc Helman oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi ,fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsi ilə məhkəməyə müraciət İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN - 1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.40 kv.m olan yaşayış evinin boşaldılaraq İddiaçı ASC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 28 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə verərək hazırda tərəflər arasında məhkəmədənkənar razılıq əldə edildiyini qeyd edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahış etmişdir. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədilər. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi ,fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimAtabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu Elektron ünvan «28» noyabr 2023-cü il № 2 (048)-585/2023 "xxxx" ASC-ə (AZ 1010,Bakı şəhəri,H,Zərdabi küçəsi 81 K) Surəti: Cavabdeh (Lerik rayonu Pirasora kəndi) Lerik Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il il tarixli 2(048)-585/2023 saylı qərardadı Sizə göndərilir. Qoşma: 01 vərəqədə qərardad hər bir ünvana. Məhkəmənin sədri: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar