Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-586/2024 17.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi doğum və atalıq faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08 mart 2005-ci il təvəlüdlü X2 08 mart 2005-ci il tarixində Lerik rayon Murya kəndində anadan olması, X2 valideyinləri atası X4, anası Ərizəçi olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1970-ci il tarixdə Lerik rayon Murya kəndində anadan olmuş, hal- hazırda Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayır.29 yanvar 1991-ci il tarixdə X4 ilə Ərizəçi rəsmi nikaha daxil olmuşlar və nikahlarından 6 övladları dünyaya gəlmişdir.Övladları ev şəraitində anadan olduğu üçün, onun üçün doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsə də, ona övladı üçün doğum haqqında şəhadətnamə verilməmiş, bu barədə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göründüyü kimi, doğum və atalıq faktının tanınması zərurəti yaranmışdır.Ona görədə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məsləhətçisi X20 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “Bakı şəhəri Təcili və təxirəsalmaz tibbi yardim Stansiyası” PHŞ X17 Vərəqəsindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 08 fevral 2024-cü il tarixli aktdan görünür ki,Şahlar Fazilovun (Lerik Rayon İHB Livədirqə kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən) Ərizəçi,X9,X5,X3 şahidliyi ilə tərtib olunmuş akta əsasən Ərizəçi ilə mərhum əri X1 evliliyindən X10,X7,X12,X11, X6,X8 dünyaya gəlmişdir. Ərizəçi ilə mərhum əri X4 digər övladları üçün doğum haqqında şəhasdətnamə alsalar da, X8 üçün doğum haqqında şəhadətnamə götürməmişlər. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısının Livədirqə kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 08 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Lerik rayonu Murya kəndində qeydiyyatda olsa da Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş nikah haqında şəhadətnamənin sürətindən görünür ki, X4 ilə Ərizəçi nikahlarını 29 yanvar 1991-ci il tarixində 03 sayla rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş şəhadətnamələrin surətindən görünürki, ,X7 xx.xx.1995-ci il tarixdə,X12 02 yanvar 1997-ci il tarixdə ,X11 xx.xx.1999-cü il tarixdə, X6 15 dekabr 2000ci il tarixdə anadan olmuşdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçinin faktiki nikahdan 08 mart 2005-ci il tarixində Lerik rayon Murya kəndində X8 adlı övladları anadan olmuşdur. Həmin uşağa doğum haqqında şəhadətnamə götürə bilməmişlər. Ərizəçi uşağlara doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağların doğumu haqqında heç bir qeydiyyat aparılmadığından ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən edilməsi ərizəçiyə uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 08 mart 2005-ci il tarixində Lerik rayon Murya kəndində doğulması və həmin uşağın atasının X4 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 08 mart 2005-ci il tarixində Lerik rayon Murya kəndində doğulması və həmin uşağın atasının X4 olması faktı müəyyən edilsin. Uşağın adı «Aysel», soyadı «Əhmədova», atasının adı «Allahverdi», anasının adı «Xoşgül», valideynləri-atası X4, anası Ərizəçi, doğulduğu tarix «xx.xx.2005-ci il», doğulduğu yer « Lerik rayon Murya kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. 08 mart 2005-ci il təvəlüdlü X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə və ya Regional Asan Xidmət Mərkəzlərinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-586/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-586/2024
17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver