Məhkəmə qərarları › İş №2(048)-622/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-622/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-622/2025 07.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik şəhəri ərazisində **********49- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla ona məxsus 55,4 kv.m. obyekti 04 iyun 2024-cü il tarixində 01 (bir) il müddətinə hər ay 150 manat ödəmək şərtilə cavabdeh X1na icarayə vermişdir. Cavabdeh X1 icarə müqaviləsinin şərtlərini pozaraq yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 150 manat olmaqla icarə haqqını verməmiş, bundan əlavə sərf etdiyi qaza görə 150 manat borc yaradaraq ona məlumat vermədən ticarət obyektini tərk etməklə icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Bundan başqa məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Bütün bunları nəzərə alaraq Cavabdeh 430 manat pulun alınıb ona verilməsi zərurəti yaranmışdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixli notarial təsdiqli rəsmi icarə müqaviləsi bağlanmış və Farizə ona məxsus obyekti icarəyə götürmüşdür. Müqavilədə qeyd olunmuşdur ki, Cavabdeh icarə haqqını və kommunal xərcləri ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. 2025-ci ilin son 3 ayı ərzində Cavabdeh icarə haqqı və qaz pulunu ödəməmişdir. Cavabdeh yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 150 manat olmaqla icarə haqqını verməmiş, bundan əlavə sərf etdiyi qaza görə 150 manat borc yaratmışdır. O, ayrıca həmin obyektə qaz sayğacı quraşdırmış və həmin sayğac üzrə qaz pulunu cavabdehdən tələb etmişdir. Farizə heç bir ödəniş etmədiyindən qaz pulunu özü ödəmək məcburiyyətində qalmışdır. Bu səbəbdən həm icarə haqqını, həm də qaz pulunu tələb etmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdiyini bildirmiş və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, onun iddiaçıdan icarəyə götürdüyü obyekt Lerik şəhərində yerləşir. 28 noyabr 2022-ci il tarixdə obyekti aylıq 150 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. O, əlavə olaraq qaz sərfiyyatı üçün də ödənişlər etmişdir. Həmin ödənişləri poçt vasitəsilə Aslanın kartına göndərmiş, qəbzləri də ona təqdim etmişdir. O, əvvəllər təndirdə odundan istifadə etmiş, 2023-cü ilin yay aylarında isə obyektə qaz çəkilrmişdir. O, iki ay Aslana 100 manat pul ödəniş etmiş , qalan aylarda 150 manat pul ödəmişdir. 2024cü ilin mart ayında ordan çıxmışdır. Təkrar 04 iyun 2024-cü il tarixdə Aslan onunla icarə müqaviləsi bağlamış, müqaviləyə əsasən o, hər ay 150 manat pul ödəməyi öhdəsinə götürmüş və 2025-ci ilin mart ayına qədər təndirdən istifadə etmişdir. Təndirdə iş olmadığı üçün Aslan ondan yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 150 manat olmaqla icarə haqqını ondan tələb etməmiş, o da həmin pulları ona ödəməmişdir. Daha sonra Aslan ona obyektən çıxmağı və obyekti başqa şəxsə icarəyə verəcəyini bildirmiş, o da obyekti Aslana təhvil vermişdir. Onun Aslana qaz sərfiyyatına görə borcu olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “icarəçi” – Cavabdeh ilə “icarəyəverən” – İddiaçı arasında bağlanmış 04 iyun 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, “icarəyəverən” İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı ünvan 1yış binasının 20 kv.m. təndir yeləşən hissəsini xx.xx.2025-ci il tarixədək “icarəçi” Cavabdeh aylıq 150 (yüz əlli) manat olmaqla xx.xx.2025-ci il tarixədək icarəyə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “icarəçi” – Cavabdeh ilə “icarəyəverən” – İddiaçı arasında bağlanmış 04 iyun 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, "icarəyəverən" İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı ünvan 1yış binasının 20 kv.m. təndir yeləşən hissəsini xx.xx.2025-ci il tarixədək “icarəçi” Cavabdeh aylıq 150 (yüz əlli) manat olmaqla xx.xx.2025-ci il tarixədək icarəyə vermişdir. Cavabdeh hər ay 150 manat icarə haqqını ödəməyi öz öhdəsinə götürsə də, bugünə kimi 2025-ci ilin yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 150 manat olmaqla icarə haqqını ödəməmişdir. Qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı cavabdehin məhkəmə iclasında verdiyi ifadəsində də öz təsdiqini tapmışdır. Odur ki, İddiaçı Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində ödənilməmiş icarə haqqını tələb etməkdə haqlı olmuşdur və Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində ödənilməmiş icarə haqqı tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə, iddia tələbinin “ödənilməmiş 150 manat qaz pulu borcunun cavabdehdən tutulması”na dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 04 iyun 2024-cü il tarixli icarə müqaviləsi üzrə 250 (iki yüz əlli) manat ödənilməmiş icarə haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 iyun 2024-cü il tarixli icarə müqaviləsi üzrə 250 (iki yüz əlli) manat ödənilməmiş icarə haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar