Məhkəmə qərarları › İş №2(048)-632/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-632/2025

11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-632/2025 11.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Hökməli Oqtay oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəis vəzifəsini icra edən X17 iştirakları ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Lerik Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1961-ci il təvəllüdlü Ərizəçi xx xxxx 1961-ci il tarixdə Lerik rayon Pirasora kəndində anadan olması,Ərizəçi valideynləri atası X23, anası isə X14, olmasının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə Lerik rayon Pirasora kəndində anadan olmuşdur. Hal hazırda Lerik rayon Pirasora kəndində yaşayır. X5 ilə qeyri rəsmi olaraq nikah münasibətlərinə girməklə10 İyun 1984-cü il təvəllüdlü X18 və 05 dekabr 1996-cı il təvəlüdlü X19 adlı iki övladları dünyaya gəlmişdir. Uzun müddət Nefçala ərazisində yerləşən mal fermalarında mal baxıcısı işlədiyi üçün heç bir rəsmi sənədi yoxdur. Bu hal bacısı X15 da mal baxıcısı işlədiyi üçün onunda sənədləri olmadığı üçün onun doğum faktı Lerik rayon məhkəməsinin müvafiq qətnaməsi ilə təsdiq olunduqdan sonra ona şəxsiyyət vəsiqəsi almışdır.Həqiqətən o xx xxxx 1961-ci il tarixdə Lerik rayon Pirasora kəndində anadan olmuş, atası X23 anası isə X20r. Qeydiyyat Şöbəsinə doğum haqqında şəhadətnamə alınmasından ötrü müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahhat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəis vəzifəsini icra edən X8 rayon Pirəsora kənd sakini Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, şahid ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı 144716 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2002-ci ildə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 127 nömrə ilə qeydiyyat aprılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 144715 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2009-cu ildə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeydiyyat aprılmışdır. İş materiallarında olan Vİ-ЖГ seriyalı 309493 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X23 01 aprel 1917-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan LRİHB-nın Pirəsora kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il tarixdə Lerik rayon Pirəsora kəndində anadan olmuş Ərizəçi verilmiş arayışda olan fotoşəkil həqiqətən onun özünə məxsusudur. İş materiallarında olan Ərizəçi bildirilmiş Maraqlı şəxs 23 may 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir.Azərbaycan Respublikası MPM-nin 307.2.3 maddəsinə əsasən doğum faktının müəyyən edilməsinə dair işlər məhkəmə qaydasında baxılır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 23 may 2025-ci il tarixli arayışdan görünür ki, 1961-ci ildə Lerik rayonun Pirasora kəndində doğulmuş Ərizəçi doğum barəsində Lerik rayon qeyidyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama edilmiş bütün aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan XX-ЖЖ seriyalı 251108 doğum haqqında şəhadətnamədən görünür ki,X10 xx.xx.1996-cı il tarıxdə doğulmuşdur.Ata qrafasında ata adı boş, ana qrafasında ana adı X3r. İş materiallarında olan LRİHB-nın Pirəsora kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il tarixdə Lerik rayon Pirəsora kəndində anadan olmuş Ərizəçi Lerik rayon Pirəsora kəndində yaşayır. İş materiallarında olan Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən Lerik Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki,Ərizəçi Lerik RMX-sından doğum haqqında şəhadətnamədən ötrü müraciət etməmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il taRİXLİ №2(048)-708/2021 saylı qətnaməsindən görünür ki,ərizəçi 01 yanvar 1959-cu il təvəllüdlü X6 Lerik rayon Pirasora kəndində doğulması faktı və valideynlərinin-atası X23, X7 olması faktı müəyyən edilmişdir.Doğum haqqında akt qeydləri kitabında uşağın adı “Balanaz”,soyadı “Mirzəyeva”,atasının adı “Heybət”,anasınım adı ”Bənövşə”, valideynləri atası X23, X7,doğulduğu tarix “01 yanvar 1959-cu il” doğulduğu yer “Lerik rayon Pirasora kəndi” yazılmaqla müvafiq qeydlər aparilması qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, o Pirəsora kənd ərazi icra nümayəndəsidir. Mirzəyev X1 yaşayır.Lakin ara-sıra Bakıya gedib-gəlir.4 övladı var.xx xxxx 1961-ci il tarixində anadan olmuşdur.Lakin səhlənkarlıqdan anadan olması və digər rəsmi sənədlər götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçi atasının əmisi oğludur.X7, atası X16r.Çobanlıqla məşğul olduqları üçün yaylağa və qışlağa getdikləri üçün onlar ev şəraitində olmuşlar. Buna görədə heç bir sənədi yoxdur. xx.xx.1961-ci ildə ərizəçinin anadan olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək ərizəçinin əmisi oğlu olduğunu bildirdi.X7, atası X16r.Pirasora kəndində onlarla birlikdə yaşayır.1961-ci ildə anadan olmuşdur.Lakin doğum haqqında heç bir sənədi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mirzəyeva Mülkünaz ifadə verərək ərizəçinin həyat yoldaşı olduğunu bildirərək, onun doğum haqqında heç bir sənədinin olmadığını və Ərizəçi ilə qeyri-rəsmi nikahlarından dörd övladlarının olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1.-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydaların 2.8.2-ci bəndinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Qaydaların 2.8.3-cü bəndinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərizəçi doğum faktının qeydə alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi doğum faktının müəyyən edilməsi və uşaqların adına doğum haqqında şəhadətnamənin verilməsinin onların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Məhkəmədə iclasında tədqiq olunmuş sənədlər, məhkəmə sorğusuna verilmiş cavablar, ərizəçinin nümayəndəsinin izahatları, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X2 Heybət Nəhmət oğlu ilə – xx.xx.1961-ci il tarixdə Möhübbət adlı uşaqları doğulmuşdur.Ev şəraitində doğulduqları üçün müvafiq tibb müəssisəsinin arayışı və ya doğuma kömək etmiş həkimin verdiyi sənəd olmamış, bu səbəbdən ərizəçi doğum haqqında şəhadətnamə əldə etməmişdir və hazırda həmin sənədin əldə edilməsi imkanı itirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1961-ci il tarixdə Lerik rayon Pirasora kəndində doğulması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən xüsusi icraat qaydasında ərizənin irəli sürülməsi ilə əlaqədar ərizəçinin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, ərizəçinin üstün maraq və mənafeyini rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, xx xxxx 1961-ci il tarixdə Lerik rayon Pirasora kəndində X9 doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, ərizəçinin adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyadı Mirzəyev, doğum yerləri Lerik rayonu, Pirasora kəndi, ana qrafasında anasının adı X26, ata qrafasında ata adı X23 qeyd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1961-ci il tarixdə Lerik rayon Pirasora kəndində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizəçi münasibətdə doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyadı Mirzəyev, adı Möhübbət, doğum tarixi xx.xx.1961-ci il, doğulduğu yer Lerik rayonu, Pirasora kəndi, ana qrafasında anasının adı X26, ata qrafasında ata adı X4 qeyd edilsin. Qətnamə ərizəçinin adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar