Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-64/2023 20.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 tərəfindən birgə nikah dövründə inşa etdirilmiş və Lerik rayon hamarmeşə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1957-ci ildə Lerik rayon Hamarmeşə kəndində anadan olmuşdur.08 may 1979-cu il tarixdə Lerik rayon Hamarmeşə kənd sakini X5 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahlarından 5 uşaqı dunyaya gəlmişdir.Övladlarının hər birinin öz təsərrüfatı vardır.X2 1992-ci il tarixdə Hamarmeşə kəndində bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və həmin evdə övladları ilə birlikdə yaşamışlar.Son dövürlərə qədər Cavabdeh onunla birlikdə yaşamışdır. Cavabdeh onun doğma oğlu olsada ailə münaqişəsi səbəbindən onu evdən çıxarmışdır.Cavabdeh arvadı X1 və qohumları 2022-ci ilin aprel-may aylarında onu döymüşlər. Cavabdehin və arvadının qanunsuz hərəkətləri nəticəsində DİN-nin 102 xidmətinə müraciət etmişdir.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı Nigar anasıdır.O, İddiaçı döyməmişdir.Anasının Lerik rayon Hamarmeşə kəndində olan fərdi yaşayış evinə köçürülməsinə heç bir etirazı yoxdur.Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi . İş materiallarına əlavə edilmiş Lerik rayon Vizəzəmin kən ƏİN-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 233 saylı arayışdan görünür ki, Həqiqətəndə iddiaçının mərhum X2 tərəfindən 1992-ci il tarixdə Hamarmeşə kəndində inşa etdirilmiş fərdi yaşayış evi mövcuddur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, iddiaçının mərhum əri Kazım Əhmədovla 08 may 1979-cu il tarixdə Lerik rayon Vizəzəmin kənd XDS-də bağlanmış 03 saylı nikah qeydi vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı mərhum X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyata qurmuşdur.Birgə nikahlarından 5 övladları doğulmuşdur.Tərəflərin oğlu cavabdeh X4 iddiaçı ilə ailəmünaqişəsi zəminində yola getməmişdir.Cavabdeh və həyat yoldaşı iddiaçını döyərək evdən qovmuşdur.Məhkəmə sonda belə hesab edir ki, iddiaçının əri ilə birgə nikah dövründə inşa etdirmiş Lerik rayonu Hamarmeşə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi tam olaraq iddiaçının hüquqlarının bərpası kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə İddiaçı mərhum əri X6 tərəfindən birgə nikah dövründə inşa etdirilmiş və Lerik rayon Hamarmeşə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddia təmin edilməklə İddiaçı mərhum X2 tərəfindən birgə nikah dövründə inşa etdirilmiş və Lerik rayon Hamarmeşə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-64/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-64/2023
20.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver