Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-7/2025 03.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “həyatyanı torpağ sahəsinin zəptdən azad edilməsi, torpağ sahəsində piyada və maşın yolu kimi istifadə olunmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəi ilə müraciət edərək Lerik rayonun Hamarmeşə kəndində yerləşən qanuni istifadəsində və sahibliyində olan həyətyanı torpaq sahəsinin eni 5 metr və uzunluğu 35 metr olan hissəsininin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsindən Cavabdeh, onun ailə üzvlərinin və digər şəxslərin hər hansı məqsədlə istifadə etmələrinin qadağan edilməsi və torpaq sahəsinin və sökülmüş təndirxananın Cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “həyatyanı torpağ sahəsinin zəptdən azad edilməsi, torpağ sahəsində piyada və maşın yolu kimi istifadə olunmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-7/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-7/2025
03.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver