Məhkəmə qərarları › İş №2(048)-722/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-722/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-722/2024 19.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “ZİL MMZ 4502” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb və ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1 (bir) illik adi etibarnamə ilə özünün adına olan “ZİL MMZ 4502” markalı avtomobili Cavabdeh idarə etməyə vermişdir. Belə ki, notarial təsdiqli etibarnamənin surətindən görünür ki, o özünün adına olan “ZİL MMZ 4502” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etməyə vermiş və həmin etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Lakin mülkiyyətində olan “ZİL MMZ 4502” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən müddəti bitmiş etibarnamə ilə idarə edilməsi zamanı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törədilməsinə görə inzibati cərimələr yazılmışdır və o, da həmin cərimələri ödəmişdir. Digər tərəfdən Cavabdeh sözügedən maşını 1 illiyinə sürməyə ondan alarkən 3000 (üç min) manat pulunu hələ də verməmişdir. Ona görə də cavabdeh mülkiyyətində olan əmlakını özünə qaytarmalı və ya ona olan 3000 manat borcunu ödəməİidir. Odur ki, o pritenziya qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixdə məktub göndərmiş və ona bildirmişdir ki, 10 gün müddətində ya onun əmlakını və yaxud ona olan 3000 manat borcunu qaytarsın. Bu müddət ərzində onlar telefonla da danışmışlar. Cavabdeh ona olan borcunu dəfələrlə etiraf etmişdir. BDYPİ-dən ona göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun müraciəti əsasında ona məxsus “ZİL MMZ 4502” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə qərar qəbul olunmuşdur. Beləliklə, aşkar görünür ki, Cavabdeh nə ona olan 3000 manat borcunu qaytarmır, nə də ona məxsus “ZİL MMZ 4502” markalı, 56- BX-375 dövlət qeydiyyat nişanlı avtomobili özümə qaytarmır. O, pul tələbi ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmiş, lakin Lerik Rayon Məhkəməsinin 2(048)-372/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, 1990-cı il buraxılışlı ** BX *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 4502” markalı (mühərrik nömrəsi silinmiş, ban nömrəsiz, göy rəngli) yük avtomobili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Elektron Notariat” X1 Çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan 1990-cı il buraxılışlı ** BX *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 4502” markalı (mühərrik nömrəsi silinmiş, ban nömrəsiz, göy rəngli) yük avtomobilindən istifadə hüququnu xx.xx.2023-cü il tarixə qədər Cavabdeh etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-16/2-M97160 №-li məktubundan görünür ki, Mülkiyyətçisi olduğu «ZİL MMZ 4502» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbah vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə baxılmış və bildirilmişdir ki, qaldırdığı məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 1990-cı il buraxılışlı ** BX *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 4502” markalı (mühərrik nömrəsi silinmiş, ban nömrəsiz, göy rəngli) yük avtomobilindən istifadə hüququnu xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında xx.xx.2023-cü il tarixə qədər Cavabdeh etibar etmişdir. Halhazırda iddiaçı mülkiyyətində olan 1990-cı il buraxılışlı ** BX *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 4502” markalı (mühərrik nömrəsi silinmiş, ban nömrəsiz, göy rəngli) yük avtomobilinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı mülkiyyətində olan mülkiyyətində olan 1990-cı il buraxılışlı ** BX *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 4502” markalı (mühərrik nömrəsi silinmiş, ban nömrəsiz, göy rəngli) yük avtomobilindən istifadə hüququnu etibarnamə əsasında xx.xx.2023-cü il tarixə qədər Cavabdeh etibar edərək, onun qanuni sahibliyinə vermiş olsa da, həmin etibarnamənin müddəti bitmişdir. Belə olan halda hal hazırda mübahisəli nəqiyyat vasitəsi heç bir hüquqi və qanuni əsas olmadan cavabdehin sahibliyindədir. İddiaçı da haqlı olaraq, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan 1990-cı il buraxılışlı ** BX *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 4502” markalı (mühərrik nömrəsi silinmiş, ban nömrəsiz, göy rəngli) yük avtomobili Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 1990-cı il buraxılışlı ** BX *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 4502” markalı (mühərrik nömrəsi silinmiş, ban nömrəsiz, göy rəngli) yük avtomobili Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılsın. İddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar