Məhkəmə qərarları › İş №2(048)-797/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-797/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-797/2024 02.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmdağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 2021-ci il tarixdə doğulmuş X1 Lerik rayonu Mərkəzi Xəstəxanasında doğulması faktının müəyyən edilməsi, xx.xx.1994-cu ildə Lerik rayon Brkandul kəndində anadan olmuş X2 xx.xx.2021-ci il tarixdə doğulmuş X1 atası olması faktının müəyyən edilməsi, uşağın adının «Milay», soyadının «Nəcizadə», atasının adının «Etimad», anasının adının «Pərvanə», valideyinləri-atası X3, anası-Ərizəçi, doğulduğu tarixin «xx.xx.2021-ci il», doğulduğu yerin «Lerik rayonu mərkəzi xəstəxanası» yazılmaqla müvafiq qeydin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2021- ci ildə Lerik rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən uşağın adı «Milay», soyadı «Nəcizadə», atasının adı «Etimad», anasının adı «Pərvanə», valideynlər qrafasında atası - X3, anası - Ərizəçi, doğulduğu tarix «xx.xx.2021-ci il», doğulduğu yer «Lerik rayonu», milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə öz həllini tapdığından ərizənin baxılmamış saxlanılmasını, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, maraqlı şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar