Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-807/2023 16.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisinin vəzivələrin icra edən X5 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi və atalıq faktının etiraf edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 Lerik rayonu Tülüconu kəndində anadan olması və həmin uşaqın atası X8 anası X4 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, istəyirəm ki, xx xxxxxx 2005-ci il tarixdə Lerik rayon Tülüconu kəndində anadan olmuşdur. 2020-ci il tarixində 25 mart 1999-cu il təvəlüdlü X8 ilə qeyri rəsmi olaraq nikah münasibətlərinə girməklə bir övladı dünyaya gəlmişdir. X1 27 İyul 2021-ci ildə Lerik rayon Tülüconu kəndində ev şəraitində anadan olmuşdur.Qeyd olunan X1 27 iyul 2021-ci ildə ev şəraitində anadan olduğundan onun üçün doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X9 məhkəmə iclası zamanı Ərizəçi doğum faktının müəyyən edilməsi və atalığın etiraf edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2020-ci il tarixdə Ərizəçi ilə ailə quraraq evlənmişlər.Birgə faktiki nikahlarından 27 iyul 2021-ci il tarixdə ev şəraitində Fatimə adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 avqust 2023-cü il tarixli 65-38/2-162/2023 saylı şəkili arayışdan görünür ki, X2 ailə təkibi əri Qalib iləfaktiki nigahlarından xx.xx.2021ci il tarixdə doğulmuş X7 adlı uşaqları vardır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi 2020-ci ildə X8 ilə faktiki olaraq evlənmişlər. Faktiki nikahlarından xx.xx.2021-ci il tarixdə ev şəraitində X7 adlı uşaqı anadan olmuşdur.Həmin uşağa doğum haqqında şəhadətnamə götürə bilməmişlər. Ərizəçi uşağa doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğumu haqqında heç bir qeydiyyat aparılmadığından ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən edilməsi ərizəçiyə uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 xx.xx.2021-ci il tarixdə Lerik rayonu Tülüconu kəndində doğulması və həmin uşağın atasının X8 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 xx.xx.2021-ci il tarixdə Lerik rayonu Tülüconu kəndində doğulması və həmin uşağın atasının X8 olması faktı müəyyən edilsin. Uşağın adı «Fatimə», soyadı «Adıyeva», atasının adı «Qalib», anasının adı «Fədayə», valideynləri-atası X8, anası Ərizəçi, doğulduğu tarix «xx.xx.2021-ci il», doğulduğu yer «Lerik rayonu Tülüconu kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. xx.xx.2021-ci il tarixdə doğulmuş X3 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 16 noyabr 2023-ci il № 2(048)-807/2023 Ərizəçi (Lerik rayonu, Tülüconu kəndi) Sürəti: X6 (Lerik şəh., Nizami küç., 2) Sürəti: Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-ci il tarixli 2(048)-807/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-807/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-807/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver