Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-811/2025 05.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “miras payının qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi “miras payının qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci ildə vəfat etmiş X13 tərəfindən miras qalmış JN 026A,Kod 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0030,Kod 80305098 saylı torpağa miras payının tam hissədə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o miras qoyan xx.xx.2025-ci ildə vəfat etmiş X13 ilə o vəfat edən günədək birlikdə yaşamaqla təsərüffatı idarə etmişdir.X20 ilə X5 rəsmi nikahları olsa da lakin onların birgə nikahlarından övladları olmadığından onu qeyri rəsmi övladlığa götürmüşlər.O onlara öz valideyini kimi, onlarda ona öz övladları kimi qayğı göstərmişlər. O 19 noyabr 2019-cu il tarixdə X3 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olanadan sonra soyadı dəyişdirlmiş və ərinin soyadına keçmişdir.Xanbala Xanaəliyev 2008-ci ildə Əskinaz Xanəliyeva isə 2025-ci ildə vəfat etmişlər. Xanbala Xanəliyev vəfat edəndən sonra yoldaşı əskinaz Xanəliyevaya “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bundan sonra Əskinaz Xanəliyeva adında olan əmlakları rəsmi qaydada ona vəsiyyət etmişdir.Bu səbəbdən o Lerik Rayon Dövlət Notariat ofisinə müraciət etmiş, Notariat ofisi tərəfindən ona X6 vərəsə dairəsi müəyyən olunmadığını bildiərərək məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Mərhumun yeganə vərəsəsi odur. Başqa vərəsəsi yoxdur.X1 qalmış mirası faktiki qəbul etməyi işin mübahisəsiz halıdır.Belə ki, o X20nın vəfatından sonrada torpaq sahəsində yerləşən evdə yaşamaqla, təsərrüfatı idarə etmişdir. Bu da əsas verir ki, mirası faktiki olaraq qəbul etsin. Ona görə də ərizəsi təmin edilməklə onun miras qoyan xx.xx.2025-ci ildə vəfat etmiş X6 və yoldaşının adına olan əmlaklar üzrə ona mirasın tam hissədə payının qəbul edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək,bildirmişdir ki, onu uşaqlıqdan X13 ilə X14 böyütmüşdür.Onların birgə nikahlarından heç bir uşaqları olmamış və yeganə vərəsə olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Lerik Rayon dövlət notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. X2 ilə mərhum X8 tanıyır. Onların heç bir vərəsəsi yoxdur. Yeganə vərəsələri Ərizəçidır. Miras payının bölünməsində heç bir mübahisə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. X2 ilə mərhum X8 tanıyır. Onların heç bir vərəsəsi yoxdur. Yeganə vərəsələri Ərizəçidır. Miras payının bölünməsində heç bir mübahisə yoxdur. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ИЕ 454315 nömrəli, 20 aprel 1966-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X13 20 aprel 1966-ci ildə nikaha daxil omuşlar. İş materiallarında olan xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki,Lerik rayonu Bibiyanı kəndində qeydiyyatda olan X13 vəsiyyətnamə ilə aşağadakılar barədə sərəncam vermişdir; 1. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakın, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini, eləcə də Lerik şəhərində yerləşən ona məxsus torpaq sahəsi payını ünvan 1ində qeydiyyatda olan X16 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2025-ci il tarixdə Essensial Hipertenziya səbəbindən Lerik rayonunda vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təsdiqlənmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Lerik rayonu dövlət notariat konturunun dövlət notariusu X17 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2008-ci ildə ölmüş X5 vərəsəsi X9r.Lerik rayon Bibiyanı KƏN.,(AZE 04993133,xx/xx/2005-LERİK RPŞ) və o miras əmlakdan tam hissəddə pay almalıdır. İş materiallarında olan Lerik RİHB-nin Vizəzəmin kənd Ərazi inzibati ərazi dairəsi tərəfindən Ərizəçi verilmiş 30 iyul 2025-ci il tarixli, 5-65-40/2-299/2025 nömrəli arayışdan görünür ki, 23 iyul 2025-ci ildə vəfat etmiş X4 vəfat etdiyi vaxta kimi daimi yaşayış yeri Lerik rayonun Bibiyanı kəndi olmuşdur və mərhumun ailə üzvləri mərhum əri X14,01 yanvar 2008-ci ildə vəfat etmişdir.Mərhumların birgə nikahından heç bir övladı (uşağı) yoxdur və olmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2008-ci il tarixdə Üremik koma səbəbindən Lerik rayonu,Bibiyanı kəndində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Lerik Rayon Məhkəməsinə ünvanlanmış 31 iyul 2025-ci il tarixli, 122 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə bağlı xx.xx.2025-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəsi Ərizəçi müraciət etmişdir. Ərizəçi Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəsi sayılmadığından vəsiyyətnamə üzrə da yalnız ½ ( iki də bir) hissədə pay sahibi olur. Lakin Ərizəçi Vəfat etmiş X6 heç bir vərəsə dairəsi olmadığını iddia etdiyinə görə və miras paydan tam pay almaq istədiyi bildirmişdir, belə ki, vəfat edən şəxsin vərəsə dairəsinin müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında Torpağa mülkiyyət hüququna dair JN-0030 nömrəli, kod 80305098 olan Dövlət Aktının surətindən görünür ki, X10 və ailə üzvü X11 məxsus kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 0.28 ha torpaq sahəsi var. İş materiallarında olan Torpağa mülkiyyətə verilməsinə dair JN-026A nömrəli, kod 80305098 olan şəhadətnamənin surətindən görünürki, X10 və ailə üzvü X11 məxsus 0.14 hektar fərdi yaşayış evi,həyətyanı sahə,fərdi kollektiv və kooperativ bağlar,dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X3 ilə X19 arasında 19 noyabr 2016-cı il tarixdə nikah bağlanmış və həmin nikah 691 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Gülbabayeva” soyadı verilmişdir. İş materiallarında olan Lerik RİHB-nin Vizəzəmin kənd Ərazi inzibati ərazi dairəsi tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli 5-65-40/2-337/2025 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən X2nın vərəsəsi hesab olunur,mərhumun digər heç bir vərəsəsi yoxdur. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci ildə vəfat etmiş X6 vərəsəsi Ərizəçi miras payının qəbul edilməsi faktı ərizəçinin izahatı, şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1141-ci maddəsinə əsasən Vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsibarədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır, 1147.2-ci maddəsinə əsasən Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2- ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1152-ci maddəsinə əsasən Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 1153-cü maddəsinin tələbinə görə Şəxsi xarakter daşıyan ya yalnız miras dovana mansub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ga müqavilədə nəzırdı tutulan yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1154-cü maddəsinin tələbinə görə Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. 1155.1-ci maddəsinə əsasən Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. 1155.2-ci maddəsinə əsasən Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır. 1156-cı maddəsinə əsasən Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. 1157-ci maddəsinə əsasən Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1157-1.1-ci maddəsinə əsasən Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.1157-1.2-ci maddəsinə əsasən Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. 1157-1.3-cü maddəsinin tələbinə görə Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. 1158.1-ci maddəsinə əsasən Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər. 1158.2ci maddəsinə əsasən Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-cü maddəsinin tələbinə görə Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinin tələbinə görə Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5-ci maddəsinə əsasən Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.1159.2-ci maddəsinə əsasən İkinci növbədə ölənin bacıları və qardaşları. 1159.5-ci maddəsinə əsasən Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160-cı maddəsinə əsasən Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1161-ci maddəsinə əsasən Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadəedilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2025-ci ildə vəfat etmiş X13 tərəfindən miras qalmış JN 026A, Kod 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0030,Kod 80305098 saylı torpağa miras payının tam hissədə qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2025-ci ildə vəfat etmiş X13 tərəfindən miras qalmış JN 026A, Kod 80305098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpağa və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən JN 0030, Kod 80305098 saylı torpağa miras payının qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-811/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-811/2025
05.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver