Məhkəmə qərarları › İş №2(048)-840/2023

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-840/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-840/2023 12.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Lerik şəhər Dövlət Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi və əmlakdan qanuni üzrə vərəsə payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Məhrum X1 və X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini miras əmlak kimi onun tərəfindən faktiki olaraq qəbul edilməsi və əmlakdan ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 12 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı Ərizəçi iddia ərizəsinin baxılmamış saxlanılmasını xahış etmişdir. Cavabdeh Lerik şəhər Dövlət Notariat Ofisi iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədilər. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Ərizəçi cavabdeh Lerik şəhər Dövlət Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi və əmlakdan qanuni üzrə vərəsə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin sədri: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİ LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu Elektron ünvan «12» dekabr 2023-cü il № 2 (048)-840/2023 Ərizəçi (Lerik şəhəri,X,Səfərəliyev küçəsi ev 6) Surəti: Lerik şəhər Dövlət Notariat Ofisinə (Lerik şəhəri,Nizami küçəsi 2) Lerik Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 2(048)-8440/2023 saylı qərardadı Sizə göndərilir. Qoşma: 02 vərəqədə qərardad hər bir ünvana. Məhkəmənin sədri: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar