Məhkəmə qərarları › İş №2(048)-868/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-868/2023

28.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-868/2023 28.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs rəis vəzifəsini icra edən X11 iştirakıilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 28 may 2017-ci il tarixdə Neftçala rayonunda anadan olmasını, ata qrafasında X18, ana qrafasında Ərizəçi Fərha qızı yazılması və doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini onunla əsaslandırmışdır ki, o, X14 ilə qeyrirəsmi nikaha daxil olaraq ailə hayatı qurmuşdur. Qeyri-rəsmi nikahdan iki övladı olmuşdur.İndiyə kimi 28 may 2017-ci il tarixdə Neftçala rayonu Xolqaraqaşlı kənd xəstəxanasında anadan olmuş ikinci övladı olan X8 doğum haqqında şəhadətnamə almamışdır. Buna səbəb onun şəxsiyyət vəsiqənin etibarsız olması olmuşdur. Bu yaxınlarda doğum haqqında şəhadətnaməni almaq üçün 5 saylı “Asan Xidmət” X2 müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, bu məhkəmənin səlahiyyətlərinə aiddir. Bu barədə 5 saylı “Asan Xidmət” X6 imtina məktubu da vardır.Buna görədə mən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasınıxahiş etdi. Maraqlı şəxs rəis vəzifəsini icra edən X16 Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmasına etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmədə izahat verərək bildirdi ki, Mehriban onun bacısıdır 28 may 2017-ci il tarixdə həqiqətəndə Ərizəçi X13 adlı uşaqı Xolqaraqaşlı kənd xəstəxanasında anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid qismində dindirilmiş X9 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Tibbi ərazi bölmələrinin idarəetmə birliyi Neftçala RMX PHŞ Xolqaraqaşlı kənd ASM bölməsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli tibbi arayışdan görünür ki, həqiqətəndə Ərizəçi 28 may 2017-ci il tarixdə Neftçala RMX PHŞ Xolqaraqaşlı kənd ASM-də bir oğlan uşaqı anadan olmuşdur. İş materiallarına əlavə edilmiş, Tibbi ərazi bölmələrinin idarəetmə birliyi Neftçala RMX PHŞ Xolqaraqaşlı kənd ASM bölməsi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli 23 saylı arayışdan görünür ki, Ərizəçi 28 may 2017-ci il tarixdə Neftçala RMX PHŞ Xolqaraqaşlı kənd ASM-də bir oğlan uşaqı anadan olmuşdur.Lakin Ərizəçi şəxsiyyət vəsiqəsi etibarsız olduğu üçün doğum haqqında şəhadətnamə (forma 103) və əvəzləmə kartı (forma 113) verilməmişdir. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı “Asan xidmət” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-2107/2023 saylı imtina qərarından görünür ki, doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, ərizəçi X14 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə hayatı qurmuşdur. Qeyri-rəsmi nikahdan iki övladı olmuşdur.Ərizəçinin 28 may 2017-ci il tarixdə anadan olmuş uşaqı X13 anadan olmuşdur.Ərizəçinin şəxsiyyət vəsiqəsi etibarsız olduğu üçün ərizəçi uşaq üçün doğum haqqında şəhadətnamə (forma 103) və əvəzləmə kartı (forma 113) verilməmişdir.Ərizəçi bu barədə 5 saylı Bakı “Asan xidmət” X3 müraciət etsə də ona imtina qərarı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 28 may 2017-ci il tarixdə X1 rayonu Neftçala rayonu Xolqaraqaşlı kəndində anadan olması, X10 anasının Ərizəçi, atasının X18 olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 28 may 2017-ci il tarixdə doğulmuş X4 Neftçala rayonu Xolqaraqaşlı kəndində anadan olmasıfaktı müəyyən edilsin. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında uşağın adı «Hüseyn», soyadı «Hacıyev», atasının adı «Ramin», anasının adı «Mehriban», valideynləri-atası X18, anası Ərizəçi, doğulduğu tarix «28 may 2017-ci il», doğulduğu yer «Nefçala rayonu Xolqaraqaşlı kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 28 dekabr 2023-cü il № 2 (048)-868/2023 Ərizəçi (Lerik rayonu Veri-Əliabad kəndi) Surəti: Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il il tarixli 2(048)-868/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar