Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-9/2025 10.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Heybət oğluna qarşı “özgənin qanunsuz sahibliyində olan torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X17, Cavabdeh1, X18 və Cavabdeh3 Heybət oğluna qarşı “özgənin qanunsuz sahibliyində olan torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Lerik rayonu, Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsinin cavabdehlər X17, Cavabdeh1, X18 və Cavabdeh3 Heybət oğlunun qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli çıxarışa əsasən Lerik rayonu Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsinin 7/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə ona, 1/8 hissəsi isə mərhum atası X8 məxsusdur. Atası xx.xx.2005-ci il tarixində vəfat etmişdir. Qeyd olunan torpaq sahəsi əsassız olaraq qonşu kənd sakinləri cavabdehlər X17, Cavabdeh1, X18 və Cavabdeh3 Heybət oğlu tərəfindən zəbt olunmuş, onların həmin torpaq sahəsindən onun iradəsinə zidd şəkildə istifadə edirlər, əkib becərirlər. O, cavabdehlərdən dəfələrlə torpaq sahəsindən çıxmaqlarını, torpaq sahəsini ona təhvil verilməsini tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə həmin torpaq sahəsindən çıxmaqdan boyun qaçırmışlar, hazırda sözügedən torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması onu sözügedən əmlakdan maneəsiz istifadə etmək, əmlakın üzərində sərəncam vermək və qanunvericiliyin ona verdiyi bu kimi digər huqulardan məhrum etmişdir. Ona görə də hazırkı tələb ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi “X17” vəfat etdiyinə görə onun cavabdehlər sırasından çıxarılmasını, iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi X1 “Babayev” soyadı ilə əvəzlənməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Heybət oğlunun ona məxsus Lerik rayonu Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, çıxarışa əsasən Lerik rayonu, Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsi ona məxsusdur. Əvvəlki islahat zamanı torpaq sahələri xəritə üzərindən bölünmüş və heç bir vətəndaş torpağının harda olması ilə bağlı məlumatlandırılmamışdır. Qeyd olunan torpaq sahəsinə çıxarışı olsa da, torpaq sahəsindən istifadə edə bilmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2000-ci ildə keçirilən aqrar islahat zamanı kənd soveti ilə razılaşdırılaraq pay torpaqları kənd camaatı arasında bölünmüşdür. Həmin bölgü zamanı 1 hektar torpaq sahəsinin 50 sotu qardaşlarından birinə, 50 sotu isə 3 qardaş arasında bölünmüşdür. Həmin vaxtdan onlar torpaq sahəsindən istifadə edərək əkib-becərirlər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsininin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi X19 izahatında bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli ekspertiza qərardadında qoyulmuş suallara uyğun müxətəssis rəyi verilmiş və həmin mütəxəsiss rəyi əsasında da Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi verilmişdir. Belə ki, rəydən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun gəlmir. Koordinatlar ümumiyyətlə faktiki istifadə vəziyyətinə uyğun gəlmir. Belə ki, iddiaçıya torpaq sahəsi veriləndən faktiki istifadəsi mövcud olunmamışdır. İddia olunan torpaq sahəsi uzun müddətdir ki, cavabdehlərin istifadəsidədir və baxış keçirilən zaman da əkin aparıldığı müəyyən edilmişdir. Bu uyğunsuzluqların aradan qaludurulması ilə bağlı cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən elektron uçot xəritələri tərtib olunmalı və həmin xəritələr faktiki vəziyyətə uyğun hər kəs torpaq sahəsindən hansı formada istifadə edirsə sənədlərdə də torpaq sahəsinin ölçüsü saxlanılmaq şərtilə həmin formaya uyğunlaşdırılması qeyd edilmişdir. Həmin Fərmanın tələblərinə uyğun olaraq Lerik rayonu Blaband kəndi, eyni zamanda Lüləkəran, Osnağaküçə kəndlərində elektronlaşma işləri getmişdir. Həmin torpaq sahəsi də uzun müddət cavabdehlərin istifadəsində olduğundan Fərmanın tələblərinə uyğun olaraq (faktiki istifadə vəziyyətinə uyğun olaraq) həmin 1,13 ha torpaq sahəsinin 0,53 ha hissəsi X5, 0,60 ha hissəsi isə X10 və qeyrilərinin faktiki istifadəsində olan torpaq sahəsi kimi (mülkiyyəti kimi) göstərilmişdir, yəni həmin torpaq sahəsi cavabdehlərin istifadələrində olduğundan xəritələrdə onların torpaq sahəsi kimi uyğunlaşdırılmışdır. Beləliklə, mübahisəli torpaq sahəsi (cavabdehlərin istifadəsində olan torpaq sahəsi) elektron uçotun tələblərinə uyğun olaraq elə onların öz istifadəsi kimi təsvir olunmuş və elektron uçota da onların sənədi kimi vurulmuşdur. İddiaçıya məxsus torpaq sahəsi köhnə torpaq komitəsi vaxtı tərtib edilmiş xəritələrdə həmin massivə düşsə də, cavabdehlərin istifadə etdiyi torpaq sahəsinə tam şəkildə düşmür, eləcə də elektron uçot məlumatlarında iddiaçının torpaq sahəsi üzrə istifadəsi olmadığı üçün yeni xəritədə onun üçün torpaq sahəsi çəkilməmişdir. Bunun üçün həmin kəndin ərazisində bələdiyyədən, ərazi icra nümayəndəliyindən artıq torpaq istifadəçiləri müəyyən edilməli və vətəndaş üçün xəritədə torpaq sahəsi çəkilməlidir. Mütəxəssis yekun olaraq izahatında tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt və istifadə olunması halının müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********22 nömərli çıxarışdan görünür ki, Lerik rayonu, Blaband kəndində yerləşən xüsusi mülkiyyət növü olan 0,687 ha torpaq sahəsinin 7/8 hissəsi (qeydiyyat nömrəsi: **********) İddiaçı, 1/8 hissəsi isə X8 məxsusdur. İş materiallarında olan Lerik rayonu Blaband kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 087485 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-0183, KOD 80302038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X11, X6, Cavabdeh3 Heybət oğluna, X12, X16, X3, X7, X2 Lerik rayon X14 26 aprel 2001-ci il tarixli, 73 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,42 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/1215 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Lerik rayonu, Blaband kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-120 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2020-ci il tarixli, **********22 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (Torpaq sahəsinin harda yerləşməsi və koordinatlarını göstərən texniki sənəd) ilə İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazi çevrəsində yerləşməsi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Həmçinin iddiaçı tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Lakin İddiaçı və qeyrisinin mülkiyyətində olan sözügedən 0,687 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti olmadığından Lerik rayonu, Blaband kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində öz əksini tapmışdır. Lerik rayonu, Blaband kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-120 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2020-ci il tarixli, **********22 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazi çevrəsində yerləşməsi və “Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Həmçinin iddiaçı tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən torpaqların elektron kadastr uçotu işləri aparılmış və hazırlanmış həmin məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı və qeyrisinin mülkiyyətində olan sözügedən 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X17, Cavabdeh1, X18 və Cavabdeh3 Heybət oğlu tərəfindən istifadə edilməməsi və iddia edilən torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapması müəyyən olunmuşdur. Belə ki, İddiaçı tərəfindən iddia edilən mübahisəli 1,13 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən 0,60 ha hissəsinin (JN-183 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) cavabdehlər X10 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi və 0,53 ha hissəsinin (JN-184 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X5 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuş və faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin cavabdehlərin və qeyrilərinin faktiki istifadələrində olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmin ekspert rəyinə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə tam uzlaşmamışdır. Başqa sözlə, Lerik rayonu, Blaband kəndində yerləşən iddiaçıya məxsus 0,687 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi iddiaçı tərəfindən sübut olunmamış, əksinə torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı və qeyrisinin mülkiyyətində olan sözügedən 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X17, Cavabdeh1, X18 və Cavabdeh3 Heybət oğlu tərəfindən istifadə edilməməsi və iddia edilən torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Heybət oğluna qarşı “özgənin qanunsuz sahibliyində olan torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Heybət oğluna qarşı “özgənin qanunsuz sahibliyində olan torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-9/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-9/2025
10.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver