Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-995/2025 13.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış, ona məxsus **********00150 saylı abonent hesabına akt əsasında yazılmış 1037,2 (bir min otuz yeddi manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İstesalat Birliyi təbii qazdan isdifadə qaydalarının pozulması haqqında onun barəsində xx.xx.2023-cü tarixdə tərtib edilmiş ******* saylı akt tərtib etməklə guya tərəfindən Cavabdeh İstesalat Birliyinə 12960 kub metr, yəni 1587,84 manat ziyan məbləği hesablanmışdır. Lakin hesab edir ki, akt əsasında hesablanmış 1037,2 (bir min otuz yeddi manat iyirmi qəpik) manat borcu silinməlidir. O, nikaha daxil olduqdan sonra Lerik rayonunda yaşayır. Lerik şəhəri və ətraf kəndləri də qazla təmin edilmiş və onun evinə də qaz xətti ilə təchiz edilmişdir. Qaz istifadəçisi kimi qazdan nəzərdə tutulmuş qanunamüvafiq qaydada istifadə etmişdir. Ona təqdim olunmuş Cavabdeh İB-nin Metrologiya Departamentinin, Sayğacların müayinəsi labaratoriyasının, Qaz sayğaclarının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710- 04070-1 saylı aktına əsasən G-4 markalı ******* nömərli sayğaca baxış keçirlmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi, xətalar normadan artıq olması, sayğac minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləməsi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar olunmuşdür. Hesablama mexanizminin minimal sərfiyyatda keçən qazm həcminin qeyd etməməsi və sayğacın istismara yararsız olması qeyd olunmuşdur. Bu səbəbdən qaz sayğacının çıxarılması və istismara qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib etmişlər. Həmin aktla ziyan hesablanmış və ziyanın ödənilməsi bildirilmişdir. Lakin bundan heç bir məlumatı olmamışdır. Bundan sonra Cavabdeh İB ona qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi 1037,2 (min otuz yeddi manat iyirmi qəpik) manat debitor borc və 30,37 (otuz manat otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1067,57 (min altmış yeddi manat əlli yeddi qəpik) manat pulun tutularaq iddiaçı Cavabdeh İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan iddiaçı hansısa səbəbdən məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamaış saxlanılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(048)-56/2025 saylı qərardadına əsasən mülki iş baxılmamış saxlanılmışdır. O, da düşünmüşdür ki, iddiaçı işin baxılmamış saxlanılmasını xahiş etmişdir ki, borcunu silsin. Ancaq hazıra kimi borcu silinmədiyindən Cavabdeh İB-yə müraciət etmiş və ona borcun silinməsi üçün onlarda heç bir qərar olmadığını bildirmişlər. Odur ki, akt əsasında hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş 31 oktyabr 2022-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Lerik şəhəri, H.Aslanov küçəsi ünvanında istehlakçı İddiaçı istifadəsində olan sayğaca baxış keçirilən zaman Cavabdeh İB-nin sayğacların müayinəsi labaratoriyasının xx.xx.2022-ci il tarixli, 29/1710-04070-1 saylı aktına əsasən sayğacın plastmas borusunda deşik aşkar olunmuşdur. Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan dəymiş ziyanin bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, “Azəriqaz'’ istehslat Birliyinin, Metrologiya Departamentinin, Sayğacların müayinəsi labaratoriyasının, Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022 ci il tarixli 29/1710-04070-1 saylı aktına əsasən G-4 markalı ******* №-li Sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 4 kub metr saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 8640 kub metr təşkil etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********00150 saylı abonentin saldosundan aydın olur ki, abonent İddiaçı 2022-ci il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq akt əsasında 1036,8 (min otuz altı manat səksən qəpik) manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 ünvanına dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı istifadəsində olan sayğacın hesablama sayğacın plastmas borusunda deşik aşkar olunması əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri tələb edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Müəyyən edilmişdir ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2022-ci il üçün akt əsasında 1036,8 (min otuz altı manat səksən qəpik) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya zərər vurulması halı müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30,36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1036,8 (min otuz altı manat səksən qəpik) manat borc İddiaçı **********00150 saylı abonent hesabından silinməli, 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1036,8 (min otuz altı manat səksən qəpik) manat borc İddiaçı **********00150 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-995/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-995/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver