Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-101/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «ümumi istifadədə olan gedişgəliş yolunun zəbtdən azad edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağayeva Äynurə Əliəşrəf qızı tərəfindən zəbt edilmiş Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşməklə onun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun üzərində törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Onun xüsusi mülkiyyətində Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək ona tanıdılmışdır. Bu barədə adına çıxarış tərtib edilərək verilmişdir. Həmin torpaq sahəsinə qanunla eni 7-8 metr enliyində gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Əvvəllər həmin gediş-gəliş yolundan tam qaydada istifadə etmişlər, iş üzrə cavabdehlər əvvəllər ümumi yol kimi istifadə etdiyi gediş-gəliş yolunu zəbt edərək həmin yolu dəmir setka ilə çəpərə almışlar. Eyni zamanda o, öz həyətimdə fərdi yaşayış evi tikmək istəyir, lakin cavabdehlər buna imkan vermirlər. Bu barədə icra hakimiyyətindən icazə də almışdır. Dəfələrlə onlara iradını bildirmişdir ki, gediş-gəliş yolunu zəbtdən azad etsinlər, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər qanunvericiliyin tələblərini başa düşmür və düşmək fikrində deyildirlər. Məhz bu səbəbdən cavabdehlərin bu qanunsuz və özbaşınalıq hərəkətlərindən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun çıxış etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki tarixlərdə keçirilmiş iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyib, heç bir yolu zəbt etmədiklərini, iddiaçıya maneə yaratmadıqlarını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №-li Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2008-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 2009-cu il tarixli 227 №-li sərəncamından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Hirkan qəsəbə sakini İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008ci il tarixli, MH ******* saylı çıxarışa əsasən Hirkan qəsəbəsində mülkiyyətində olan 600 kv.m həyətyanı torpaq sahəsində ümumi sahəsi 163,7 kv.m, yaşayış sahəsi 80,8 kv.m olan iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evi tikintisə icazə verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №-li Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2008-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 Əbüdl qızının mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4419 №-li, 25 iyun 2023-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 1550/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin bir hissəsinin (uzunluğu 42 metr, eni 4 metr) baza məlumatlarında yol olması və həmin yolun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilən gediş-gəliş yolunun girişində dəmir qapının quraşdırılması müəyyən olunmuşdur. Eyni zamanda İddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin digər hissəsinin isə (uzunluğu 77 metr) mövcud baza məlumatlarına əsasən yol kimi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olmunası müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №-li Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə gedən yolun (uzunluğu 42 metr, eni 4 metr) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə olunması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilən gediş-gəliş yolunun girişində dəmir qapının quraşdırılması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırda cavabdehlərin qanunsuz hərəkəti ekspert rəyi ilə təsdiq olunduğundan iddiaçının mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınamalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə edilən yol (uzunluğu 42 metr, eni 4 metr) zəbtdən azad edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilən gediş-gəliş yolunun girişində quraşdırılmış dəmir qapı sökülməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə edilən yol (uzunluğu 42 metr, eni 4 metr) zəbtdən azad edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilən gedişgəliş yolunun (uzunluğu 42 metr, eni 4 metr) girişində quraşdırılmış dəmir qapı sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-101/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-101/2023
05.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver