Məhkəmə qərarları › İş №2(049)-101/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-101/2025

04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-101/2025 04.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə zəruri gedişgəliş yolunun açılması və maneənin aradan qaldırılması” tələbinə dair mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixixx.xx.2008, qeydiyyat nömrəsi-220800459, reyestr nömrəsi-**********28-10301) əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə gediş-gəliş üçün 4 metr enində zəruri yolun (əvvəllər olduğu kimi-piyada və avtomaşınlar üçün) açılması və həmçinin Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsidən mülkiyyət hüququmun həyata keçirilməsinə dair yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh onun qohumu və qonşusudur. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixixx.xx.2008, qeydiyyat nömrəsi-220800459, reyestr nömrəsi-**********28-10301) əsasən Lənkəran şəhərində 0,08 ha torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 66.6 kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə yalnız bir tərəfdən- Lənkəran şəhəri Fizuli küçəsi dalan 2 tərəfdən giriş vardır. Həmin giriş isə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə bitişik yerləşməkdədir. Uzun illər o oradan rahat şəkildə istifadə edib. Hal-hazırda cavabdeh həmin əraziyə dəmirdən hasar çəkmiş və onun rahat şəkildə öz mülkiyyətində olan torpağa keçməyinə maneçilik törədir. Təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həmin ərazidə dəmirdən hasar çəkilmişdir. Onun hazırda mülkiyyətində olan torpağa yalnız piyada yolu vardır. Lakin həmin yerdən avtomaşın keçməsi mümkün deyildir. Əvvəllər isə orada hasar yox idi və o normal qaydada öz mülkiyyətinə daxil ola bilirdi. Buna görə də mülkiyyətçi kimi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verdi, ekspertiza rəyi ilə razı olduğunu bildirib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, ekspertiza rəyi ilə razı olduğunu bildirib iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №li Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Füzuli küçəsi, dalan 2-də 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı. 66.6 kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA ******* №-li Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/36 №li, 28 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 10 saylı Lənkəran Əraz İdarəsinin xx.xx.2024-ci il tarixli, 3-21-3-43/2- 4160/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, Fizuli küçəsi dalan 2 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli (Seriya MH NO 0006126) Çıxarışa və **********28-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2008-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66: kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı şimal istiqamətdən (mübahisəli ərazi istiqamətindən) gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, 3-21-3-43/2-4160/2024 nömrəli Mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli (Seriya MH N0 0006126) Çıxarışla mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 13 kv.m olması müəyyən edilmiş) torpaq sahəsinin koordinatları müəyyənləşdirilmiş və araşdırma zamanı gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin (yuxarıda qeyd edilən) gediş-gəliş yolunun koordinatlarına tam olaraq uyğun olmaması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən həmin gediş-gəliş yolunun küçənin giriş-çıxış hissəsində eninin 3 m olması müəyyən olunmuşdur. Həmin 3 m enində gediş-gəliş yolunun faktiki vəziyyətdə küçənin giriş-çıxış hissəsində 1.33 m enində hissəsinin İddiaçı istifadəsində olması, 1,67 m enində hissəsinin isə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə- Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 10 saylı Lənkəran Əraz İdarəsinin xx.xx.2024-ci il tarixli, 3- 21-3-43/2-4160/2024 nömrəli Mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, Fizuli küçəsi dalan 2 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH N(y0006126) Çıxarışa və **********28-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2008ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş ) əsasən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.6 kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən nəzərdə tutulan həmin 3 m enində gediş-gəliş yolunun 1,67 m enində və 4,33 m uzunluğunda (üçbucaq formasında) hissəsinin Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, 3- 21-3-43/2-4160/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, Fizuli küçəsi dalan 2 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH N0 0006126) Çıxarışa və **********28- 10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2008-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş ) əsasən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.6 kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə faktiki vəziyyətdə digər ərazidən alternativ yolun mövcud-olmaması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.6 kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə nəzərdə tutulan 3 metr enində gediş-gəliş yolunun 1,67 m enində və 4,33 m uzunluğunda (üçbucaq formasında) hissəsinin Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində yaşadığı ünvana gedişgəliş yolu kimi nəzərdə tutulmuş yolun eninin 4 metr olduğu göstərilsə də, ekspertiza tədqiqatı zamanı həmin yolun eninin 3 metr olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırda cavabdehlərin qanunsuz hərəkəti ekspert rəyi ilə təsdiq olunduğundan iddiaçının mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınamalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Fizuli küçəsi dalan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.6 kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə nəzərdə tutulan 3 metr enində gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunan 1,67 m enində və 4,33 m uzunluğunda (üçbucaq formasında) hissəsi açılmalı və cavabdehd tərəfindən törədilən maneələr aradan qaldırılmalı, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Fizuli küçəsi dalan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.6 kv.m yaşayış, 35.7 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə nəzərdə tutulan 3 metr enində gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunan 1,67 metr enində və 4,33 metr uzunluğunda (üçbucaq formasında) hissəsi açılsın və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Cavabdehdan tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar