Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1023/2024 03.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X3, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1na qarşı “abunə müqaviləsinin və icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 29 avqust 2019-cu il tarixli AZF-SL/2019/1683 saylı abunə müqaviləsinin və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10529 saylı reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxx 1958-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşvə hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Özü taksi fəaliyyəti ilə məşğul olmaqla vergi orqanında qeydiyyatdadır. Vaxtı-vaxtında vergisini ödəyir. 2019-cu ildə özünə mobil nömrə almaq üçün Cavabdeh2 MMC ilə onlayn qaydada əlaqə saxlamışdır. Həmin MMC-nin əməkdaşı olan Vasif Ələkbərov adlı şəxs özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onunla onlayn qaydada əlaqə saxlayaraq ona məxsus şəxsiyyət vəsiqəsinin surətin və taksi sürücüsü kimi vergi orqanında qeydiyyatda olmağı barədə VÖEN nömrəmi istəmişdir. O, da öz şəxsiyyət vəsiqəsinin sürətin və VÖEN-nin nömrəsini Whatsapp vasitəsi ilə həmin MMC-nin əməkdaşı olan Vasif Ələkbərov adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Whatsapp vasitəsi ilə göndərmiş və bundan sonra ona ***-***-**-** mobil nömrə əldə etmişdir. Bundan sonra həmin nömrədən istifadə etməyə başlamışdır. Bu yaxınlarda isə ona evdə olarkən poçt vasitəsi ilə Lənkəran Rayon İcra və Probasiya şöbəsindən məktub gəlmişdir. Həmin məktubu açıb baxanda görmüş ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 23 iyun 2023-cü il tarixli 81-10529 saylı icra qeydinə əsasən Lənkəran Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Vüsal Qasımov 22 sentyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul etmiş və ondan 1088.56 manat borc pulun alınaraq tələbkar Cavabdeh2 MMC-nə ödənilməlidir. O, bununla bağlı Cavabdeh2 MMC-yə müraciət edəndə məlum olmuş ki, Cavabdeh2 MMC-nin əməkdaşları onun şəxsiyyət vəsiqəsinin sürətindən və VÖEN nömrədən istifadə edərək onun adından abunə müqaviləsi bağlayaraq onun adına 45 ədəd nömrə qeydiyyatdan keçirtmişlər. Hansı ki, həmin abunə müqaviləsindən və mobil nömrələrdən onun xəbəri olmamış və həmin nömrələrdən o, istifadə etməmişdir. Həmçinin həmin abunə müqaviləsinə də o, imza etməmişdir. Yuxarıda qeyd etdiyi faktlara və dəlillərə görə, eyni zamanda təqdim etdiyi sənədlərə görə hesab edir ki, onunla Cavabdeh2 MMC arasında bağlanmış 29 avqust 2019-cu il tarixli AZF-SL/2019/1683 saylı abunə müqaviləsi və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 81- 10529 saylı icra qeydi etibarsız edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasıın yeri və vaxtı barədə məhkəmə bildirişi cavabdehlərə poçt və elektron kabinet vasitəsilə göndərilməklə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış 29 avqust 2019-cu il tarixli AZF-SL/2019/1683 saylı abunə müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanılaraq İddiaçı adına 50 ədəd mobil nömrə rəsmiləşdirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən tərtib edilmiş ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi 1088.56 manat İddiaçı Oruc oğlundan tutulmasını 81- 10529 nömrə ilə qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 18 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-4/1454 nömrəli məhkəmə-xəttşünaslıq rəyindən görünür ki, İddiaçı və "xxxx"MMC-nin adlarından olan Azf-Sl/2019/1683 saylı abunə müqviləsinin 8-ci vərəqində “Abunəçi adından”qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 110 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cəmi 101 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk öncə hazırkı iş üzrə tətbiq edilməli olan normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tqədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sona MM) MM-nin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir MM-nin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. MM-nin 354-cü maddəsinə əsassən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar üzrə məhkəməyə təqdim edilmiş, habelə məhkəmə hazırlıq iclası zamanı əldə edilmiş sübutlarla iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 29 avqust 2019-cu il tarixli AZF- SL/2019/1683 saylı abunə müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus 50 ədəd mobil nömrə İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı həmin 50 ədəd mobil nömrəyə görə 1063.56 manat abunə haqqını ödəmədiyi üçün barəsində notariusun icra qeydi tərtib edilmişdir. İddiaçı heç kimlə müqavilə bağlamadığını və heç bir imza atmadığını bildirmişdir. 18 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-4/1454 nömrəli məhkəmə-xəttşünaslıq rəyinə əsasən da Azf-Sl/2019/1683 saylı abunə müqviləsinin 8-ci vərəqində “Abunəçi adından”qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göstərilənlərdən aydın olur ki, 29 avqust 2019-cu il tarixli AZF- SL/2019/1683 saylı abunə müqaviləsi etibarsız hesab edilməli və həmin müqaviləyə əsasən verilmiş icra qeydi də özlüyündə hər hansı bir hüquqi nəticə yaratmadığı üçün o, da etibarız hesab edilməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 29 avqust 2019-cu il tarixli, AZF- SL/2019/1683 saylı abunə müqaviləsi və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10529 saylı reyestr nömrəli icra qeydi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu 101 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 110 manat məbləğində pul Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1023/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1023/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver