Məhkəmə qərarları › İş №2(049)-1028/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1028/2024

14.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1028/2024 14.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, İş üzrə cavabdeh və Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi (oğlu) Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayonu, Girdəni bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarma, yol üzərində tikilmiş hasarın və dəmir darvazanın sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Girdəni kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyya tarixi xx.xx.2023-cü il olan Çıxarışla təsdiqlənən 0,13 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması, həmin yol üzərində tikilmiş hasarın və dəmir darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona və ailə üzvlərinə 0.13 hektar torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinə hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyya tarixi xx.xx.2023-cü il olan Çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinin plan-ölçüsü də Çıxarışla birlikdə verilmişdir. Cavabdeh olan Lənkəran rayonu Girdəni kənd sakini Cavabdeh1 onun həmkəndlisidir. Həmkəndlisi Cavabdeh1 ilə aralarında ədavət və düşmənçilik olmamışıdır. Ona məxsus olan yaşadığı Lənkəran rayonu Girdəni kəndi ərazisində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin bir hissəsi və yola çıxışı həmkəndlisi Cavabdeh1 tərəfindən zəbt edilmiş, həmin yol üzərində hasar çəkilmiş və dəmir darvaza qoyulmuşdur. Cavabdehə zəbt etdiyi torpaq sahəsini boşaldıb azad etməsini, hasar çəkməməsini və qapı qoyulmamasını desə də cavabdeh buna məhəl qoymamışdır. Bu məsələnin araşdırılması ilə bağlı bir çox idarələrə müraciət etdiyi zaman həmin idarələrdən mübahisəli torpaq sahəsinin ona və ailəsinə məxsus olduğunu bildirmişlər. Nə qədər çalışmışdır ki, cavabdehlə aralarında olan məsələni sakitcə, sülh yolu ilə məhkəməyə düşmədən həll etsin, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də, sonda məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq sahəsindən çıxmalıdır. Lakin hazırda cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə onlara etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdehlər qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətimndən istifadə etməyi mümkün deyildir. İddiaçının vəsatəti əsasında Nümayəndə məhkəmə tərəfindən cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmənin qərardadı ilə Lənkəran rayonu Girdəni bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılsa da o, məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə cavabdeh də cavabdeh Güləhməd İmnverdiyevin nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iş üzrə 04 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh də cavabdeh Güləhməd İmnverdiyevin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi onun anası X1 xüsusi mülkiyyətindədir. Belə ki, əvvəllər onlar İddiaçı öz ərazilərindən keçmək üçün icazə vermişlər və iddia edilən torpaq sahəsinə iddiaçının kiçik ölçülü qapısı olmuşdur. Sonradan həmin qapını bağlamışlar. Belə ki, həmin ərazinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının küçəyə olan çıxışı digər istiqamətdəndir. Onun yolunu da bağlamamışlar. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayonu, Girdəni bələdiyyəsinin nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək, izahatında bildirmişdir ki, hazırki iş üzrə mübahisənin mahiyyəti barədə məlumatlıdır. İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi cavabdeh Nümayəndə və onun ailə üzvlərinin mülkiyyətindədir. Əvvəllər həmin hissədə iddiaçının yol kimi istifadə ettməsi üçün kiçik bir qapı olmuşdur, hazırda isə həmin qapı bağlanmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi Lənkəran rayonu, Girdəni bələdiyyəsinin mülkiyyətində deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan və mübahisəli torpaq sahəsinə yerli baxış keçirdikdən sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli, **********69-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,13 ha ölçüsə “yaşayış məntəqələrinin torpaqları” torpaq sahəsində yerləşən 88 kv.m. yaşayış sahəsi İddiaçı və qeyrilərinin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 2043/2024 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki,: - Mülki iş üzrə mübahisə predmeti olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakım Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, İddiaçı və digərlərinin paylı mülkiyyətində olan ümumi sahəsi 0,13 ha ölçüdən ibarət olan torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. - Araşdırma zamanı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətində olan 0,13 ha ölçüdən ibarət torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Nümayəndə və digər şəxslər tərəfindən faktiki olaraq istifadə edilməməsi müəyyən edilmişdir. - İddiaçı və digərlərinin paylı mülkiyyətində olan 0,13 ha ölçüdən ibarət torpaq sahəsi üzərində 129 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin və 50,4 kv.m ölçüdən ibarət tövlənin mövcud olması müəyyən edilmişdir. İddiaçı və digərlərinin faktiki istifadəsində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Nümayəndə torpaq sahəsi arasında sərhəd xəttinin dəmir şiferlə hasarlanması müəyyən olunmuşdur. - İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin şimal hissəsindən gediş-gəliş yolunun mövcud olması müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin faktiki vəziyyətdə onların istifadəsində olması müəyyən olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1028/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı mütəxəssis rəyinə yerquruluşu planı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 10/6103 nömrəli ekspert rəyinin nəticə hissəsində də xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-2043/2024 saylı mütəxəssis rəyində qeyd edilənlərə uyğun xüsusatlar qeyd edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi ilə əlaqadar İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə baxış zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən ümumi sahəsi 0,13 ha ölçüdən ibarət olan torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətindədir. Həmin mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh1, Nümayəndə və digər şəxslər tərəfindən faktiki olaraq istifadə edilmir və faktiki vəziyyətdə İddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Beləliklə də işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının və digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi cavabdehlər Cavabdeh1, Nümayəndə və digər şəxslər tərəfindən faktiki olaraq zəbt edilmişdir. İddiaçının gediş-gəliş yolu kimi iddia etdiyi yerdən yolun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 153.1 maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin məcəllənin 153.2 maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, məhkəmə xərclərinə dair hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin iddia tələbi təmin edilmədiyinə görə İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarma, yol üzərində tikilmiş hasarın və dəmir darvazanın sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar