Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1052/2024 16.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, Ərizəçi «hüquqi əhəmiyyəti fakt olan iş stajının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasındaverdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.1980-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi Liman (Port-İliç) şəhərində yerləşən 2715 nömrəli avtokalonda, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-cı il tarixədək Liman (Port- İliç) şəhərində yerləşən "xxxx" Avtonəqliyyat ASC-də sürücü vəzifələrində işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işi öyrənib belə nəticəyə gəlirəm ki, ümumi məhkəmədə baxılmalı olmadığından ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan MPM-nin) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəyə əlavə edilmiş əmək kitabçasından görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi Liman (Port-İliç) şəhərində yerləşən 2715 nömrəli avtokalonda, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-cı il tarixədək Liman (Port-İliç) şəhərində yerləşən "xxxx" Avtonəqliyyat ASC-də sürücü vəzifələrində işləməsi faktı öz təsdiqini tapmışdır. Bundan başqa ərizənin məzmunundan görünür ki, ərizədə Ərizəçi xx.xx.1980-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi Liman (Port-İliç) şəhərində yerləşən 2715 nömrəli avtokalonda, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-cı il tarixədək Liman (Port-İliç) şəhərində yerləşən "xxxx" Avtonəqliyyat ASC-də sürücü vəzifələrində işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin nə üçün ona lazım olduğunu qeyd etməmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.6-cı bəndində qeyd edilir ki, Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 13.2-ci bəndində qeyd edilmişdir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə görə əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, Ərizəçi əmək stajını təsdiq edən sənədlər əmək kitabçası mövcud olduğundan və onun xx.xx.1980-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi Liman (Port-İliç) şəhərində yerləşən 2715 nömrəli avtokalonda, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-cı il tarixədək Liman (Port-İliç) şəhərində yerləşən "xxxx" Avtonəqliyyat ASCdə sürücü vəzifələrində işləməsi həmin əmək kitabçasında qeyd edildiyindən həmin faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna olunur ki, Ərizəçi ərizəsində qeyd edilənlərlə bağlı əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Buna görə də xx.xx.1980-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi Liman (Port-İliç) şəhərində yerləşən 2715 nömrəli avtokalonda, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-cı il tarixədək Liman (Port-İliç) şəhərində yerləşən "xxxx" Avtonəqliyyat ASCdə sürücü vəzifələrində işləməsi barədə Ərizəçi xüsusi icraat qaydasında verdiyi ərizəsinin məhkəmənin icraatına qəbulundan imtina edilməli və ərizəçiyə ərizəsində göstərilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi və əgər Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina edildikdə bununla bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: «xx.xx.1980-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi Liman (Port-İliç) şəhərində yerləşən 2715 nömrəli avtokalonda, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-cı il tarixədək Liman (Port-İliç) şəhərində yerləşən "xxxx" Avtonəqliyyat ASC-də sürücü vəzifələrində işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə» Ərizəçi xüsusi icraat qaydasında verdiyi ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizəçi ərizəsində göstərilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək və əgər Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina edildikdə bununla bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-1052/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1052/2024
16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver