Məhkəmə qərarları › İş №2(049)-1067/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1067/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1067/2023 15.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1– İddiaçı ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi, 10 saylı Lənkəran ərazi idarəsinə qarşı hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış (çıxarışın) verilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi, 10 saylı Lənkəran ərazi idarəsinə qarşı hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış (çıxarışın) verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati Məhkəmələr tərəfindən baxılır. İddia ərizəsinin məzmunundan məlum oldu ki, iddiaçının mabahisəsinə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, o, iddia ərizəsində göstərmişdir ki, mənzildən istifadə etməyə görə mərhum ərinin adına order verilmiş, ərinin vəfatından sonra o, Lənkəran RİH-ə ərizə ilə müraciət edib həmin mənzillə bağlı onunla sosial-kirayə müqaviləsinin bağlanmasını xahiş etsə də, ona mənzilin öz adına sənədləşdirilməsi ilə bağlı notariat kontoruna və ya məhkəməyə müraciət etmə tövsiyyə olunmuşdur. Bundan sonra o, haqlı olaraq Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və ona oradan aşağıda məzmunda xx.xx.2022-ci il tarixli, 2- 1(120)-892/2022 saylı cavab verilmişdir: “Hazırki tələbinizlə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməyiniz, inzibati orqan tərəfindən müraciətinizin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədləri (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmisiniz. Eyni zamanda iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Sizinlə sosial-kirayə (mənzil icarə) müqaviləsinin bağlanmasını, istədiyiniz ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil keçmiş Port-İliç şəhər X5 İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 6 nömrəli qərarı ilə mərhum həyat yoldaşınız X3 verilmiş və bu barədə ona xx.xx.1991-ci il tarixli, 5 nömrəli order verilmişdir. Lakin hazırki halda cavabdeh inzibati orqanın hansı inzibati aktı ilə, həmçinin hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində hansı subyektiv hüquqlarınızın və qanunla qorunan maraqlarınızın pozulduğunu əsaslandıran sübutları iddia ərizəsinə əlavə etməmisiniz. Bundan başqa nəzərinizə çatdırılır ki, Siz mərhum X2 vərəsəsi kimi ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilə dair hüququn ölmüş X3 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz. Odur ki, müvafiq sənədləri (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi), eyni zamanda subyektiv hüquqlarınızın və qanunla qorunan maraqlarınızın pozulduğunu əsaslandıran sübutları məhkəməyə təqdim etmək, həmçinin iddia tələbini dəqiqləşdirmək üçün Sizə 12 may 2022-ci il tarixə saat 10:50-dək müddət təyin olunur və həmin tarixə Masallı Məhkəmə Kompleksinə təyin edilmiş məhkəmə iclasında iştirak etmək Sizə təklif olunur. Əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianızın mümkünlüyü məsəiəsinə hüquqi qiymət veriləcəkdir.” Göründüyü kimi, Şirvan İnzibati Məhkəməsinin hakimi iddia tələbinin onlara aid olmadığını göstərməmişdir. Sadəcə iddiaçıya izah etmişdir ki, cavablarında göstərilmiş bir sıra nöqsanları aradan qaldırsın ki, onlar onun iddiasına baxa bilsinlər. Əks təqdirdə İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən müvafiq qərardad qəbul edəcəklər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Ehtimal edilir ki, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmamış və buna görə də Şirvan İnzibati Məhkəməsi onun iddiasını mümkün hesab etməmişdir. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılmalı olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-269cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ƏMDX Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi, 10 saylı Lənkəran ərazi idarəsinə qarşı verdiyi ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 892/2022 saylı cavabında göstərilmiş nöqsanları aradan qaldırıldıqdan sonra onun iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar