Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1103/2024 08.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, X1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində inşa olunmuş hasarın sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında 08 aprel 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X7 Cavabdeh qarşı iddia qaldıraraq cavabdehi AİK-nın xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə ona verilmiş JN 249 nömrəli pay torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində inşa olunmuş hasarın cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında iddiaçı X7 ərizə verərək onun əsl iddiaçı X5 ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında X5 ərizə verərək X4 etibarnamə əsasında torpaq sahəsini satdığını və həmin torpaq sahəsi mülkiyyət üzrə onun və digər ailə üzvlərinin adında qalmasını bildirirərək X2 əsl iddiaçı kimi özü ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə əsl olmayan iddiaçını əsl iddiaçı X6 ilə əvəz etmişdir. . Hazırki məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının xahişini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, əvvəlki iddiaçı Namik Məmmədov xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin olunsun. X1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində inşa olunmuş hasarın sökülməsi tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər X3, iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu isə əvvəlki iddiaçı X4 geri qaytarılsın. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(049)-1103/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1103/2024
08.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver