Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-114/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X14, X5 və Cavabdeh4 qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması, qanunsuz inşa edilmiş tikililərin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X14, X5 və Cavabdeh4 qanunsuz olaraq zəbt etdikləri Lnkəran rayonu, Vilvan kəndində yerləşmklə ona məxsus olan 0.43 ha torpaq sahəsindən çıxarılmaları, ona təhvil verilməsi və cavabdehlər Cavabdeh1, X14, X5 və Cavabdeh4 tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Kənd təsərrüfatı təyinatlı torpaq sahələri Lənkəran rayon Vilvan kəndində vətəndaşlara paylanılaraq onların mülkiyyətinə verilmişdir. O xx.xx.2016-cı il tarixdə kənd sakinlərin birindən 0.43 hektar torpaq sahəsi alıb mülkiyyətinə rəsmiləşdirmişdir. Bu barədə adına torpağa mülkiyyət hüququna dair DƏDRX-nin Lənkəran ərazi idarəsi tərəfindən ******* nömrəli mülkiyyətinə dair çıxarış vərəqəsi verilmişdir. Qeyd olunan 0.43 hektar torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmişdir. Buna baxmayaraq Lənkəran rayonu Vilvan kənd bələdiyyəsi ona məxsus 0,43 ha torpaq sahəsini qanunsuz olaraq cavabdehlərə satmışdır. Cavabdehlər artıq ona məxsus torpaq sahəsindən öz torpaq sahəsi kimi istifadə edir. Torpaq sahəni cavabdehlər ayrı ayrılıqda istifadə edirlər. O öz torpağını həsrət qalıb. Cavabdehlər zəbt etdikləri torpaq sahəsində özlərinə fərdi yaşayış ev tikib, orada yaşayırlar. Olar eyni zamanda zəbt etdikləri torpaq sahəsində özləri üçün həyət tikililəridə inşa ediblər. Dəfələrlə cavabdehlərə müraciət edib, zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etsinlər. Lakin onlar zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etmirlər və deyirlər ki, torpaq sahəsi onlara məxsusdur. O həmin torpaq sahəsinin vergisini vermirlər və əvvəllər həmin torpaq sahəsində əkin əkmişlər. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş, mütəxəssis və ekspertiza rəylərinin əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, X14 və X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, X14 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan, həmçinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Lənkəran rayonu Vilvan kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,43 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-327A kod80200038 №-li Şəhadətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarına əsasən Lənkəran rayonu, Vivan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi X10, X6, Cavabdeh1, X15 və X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-822A kod80200038 №-li Şəhadətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarına əsasən Lənkəran rayonu, Vivan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh4 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-821A kod80200038 №-li Şəhadətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarına əsasən Lənkəran rayonu, Vivan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X9, X3, X12 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, mülki iş materiallarından göründüyü kimi mülki işin əsas tədqiqat obyekti kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsidir. Tədqiqat obyektinə baxış keçirilərkən məlum oldu ki, həm iddiaçıya və həm də digər mülkiyyətçilərə məxsus torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. Bununla əlaqədar olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalan”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Lənkəran rayonu, Vilvan kəndi ərazisində də mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir.Aparılmış çöl-ölçmə işlər nəticəsində hazırki mülki işdə iddiaçı qismində olan İddiaçı istifadəsi üçün torpağın faktiki yerləşdiyi məkan göstəricilərinə uyğun torpaq sahəsi öz əksini tapmış və həmin torpaq sahəsinə dair dürüstləşdirilmiş məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUlS-ə) və AZCAD-a miqrasiya edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan həmin 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuş və bu da faktiki vəziyyətə uyğun gəlmir. Sözügedən 0,43 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində isə torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olmaması müəyyən olundu. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,24 ha hissəsinin Cavabdeh4 tərəfindən istifadə olunması müəyyən olundu. Araşdırma zamanı sözügedən torpaq sahəsinin digər 0,19 ha hissəsinin isə Cavabdeh4 faktiki istifadəsində olan həmin torpaq sahəsinə bitişik (cənub-qərb istiqamətində) yerləşməklə digər şəxs və ya şəxslərin istifadəsində olması müəyyən olundu. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,43 ha torpaq sahəsinin Cavabdeh4 tərəfindən istifadə edilən 0,24 ha hissəsinin üzərində tikililərin (fərdi yaşayış evinin, tövlənin) olması müəyyən olundu. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan sözügedən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin digər cavabdehlər Cavabdeh1, X14 və X7 tərəfindən istifadə olunmaması müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1586 №-li, 07 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-43/2-600/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən 12 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan həmin 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuş və bu da faktiki vəziyyətə uyğun gəlmir. Mütəxəssis rəyinə əsasən, sözügedən 0,43 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən edilmiş və elektron kadastr uçotu informasiya sistemində isə torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olmaması müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-600/2023 saylı mütəxəssis rəyinə əsassən Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən 12 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,24 ha hissəsinin Cavabdeh4 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin digər 0.19 ha hissəsinin isə Cavabdeh4 faktiki istifadəsində olan həmin torpaq sahəsinə bitişik (cənub qərb istiqamətində) yerləşməklə digər şəxs və ya şəxslərin istifadəsində olması məyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-600/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,24 ha hissəsinin Cavabdeh4 tərəfindən istifadə edilən 0,24 ha hissəsinin üzərində tikililərin (fərdi yaşayış evinin, tövlənin) olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan sözügedən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sabəsinin digər cavabdehlər Cavabdeh1, X14, X5 tərəfindən istifadə olunmaması müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə, tərəflərin izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan, həmçinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Lənkəran rayonu Vilvan kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,43 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin 0,24 ha hissəsi Cavabdeh4 tərəfindən istifadə edilir və istifadə edilən hissədə sonuncu tərəfindən fərdi yaşayış evi və tövlə inşa edilmişdir. İddiaçı mülkiyyətində olan sözügedən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sabəsinin digər cavabdehlər Cavabdeh1, X14, X5 tərəfindən istifadə olunmaması müəyyən edilmişdir. İddiaçının tələbindən görünür ki, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Vilvan kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,43 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılmasını və həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Məmmədov X11 rayonu Vilvan kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,43 ha torpaq sahəsinin mülkiyyətçisidir.
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1586 №-li, 07 aprel 2023-cü il tarixli ekspert rəyində əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Vilvan kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,43 ha torpaq sahəsinin 0,24 ha hissəsində sahibliyi həyata keçirmək imkanından məhrumdur.
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli - Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1586 №-li, 07 aprel 2023-cü il tarixli ekspert rəyində əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Vilvan kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,43 ha torpaq sahəsinin 0,24 ha hissəsi Cavabdeh4 tərəfindən faktiki olaraq istifadə etməklə onun sahibliyindədir.
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – Cavabdeh4 oğlu faktiki olaraq istifadə etdiyi Lənkəran rayonu Vilvan kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,24 ha torpaq sahəsinə dair hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya məxsus 0,24 ha torpaq sahəsinə qanunsuz sahibliyi həyata keçirir.
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən Cavabdeh4 münasibətdə mövcud olduğundan iddia sonuncunun iddiaçıya məxsus Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,24 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsində Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində əsaslı, cavabdehlər cavabdehlər Cavabdeh1, X14, X2 münasibətdə isə əsassızdır. Belə ki, sonuncuların iddiaçıya məxsus mübahisəli torpaq sahəsini istifadə etmələri hər hansı mötəbər sübutla təsdiq edilməməklə yanaşı, yuxarıda qeyd olunan mütəxəssis və ekspertiza rəyləri ilə təkzib olunur. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa və «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əasasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,24 ha hissəsindən (Cavabdeh4 tərəfindən istifadə edilən) Cavabdeh4 çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı təhvil verilməli, həmin torpaq sahəsində Cavabdeh4 tərəfindən inşa edilmiş tikililər - fərdi yaşayış evi və tövlə sökülməli, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh4 aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməli, iddia cavabdehlər Cavabdeh1, X14, X2 münasibətdə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa və «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əasasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,24 ha hissəsindən (Cavabdeh4 tərəfindən istifadə edilən) Cavabdeh4 çıxarılsın və həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. Həmin torpaq sahəsində Cavabdeh4 tərəfindən inşa edilmiş tikililər - fərdi yaşayış evi və tövlə sökülün. İddia qalan hissədə, yəni cavabdehlər Cavabdeh1, X14, X2 münasibətdə rədd edilsin. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh4 aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Məmmədov