Məhkəmə qərarları › İş №2(049)-1143/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1143/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1143/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X10, cavabdehlərin vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Lənkəran Rayon Sutəmurdov Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi» tələbinə dair mülki iş mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə Cavabdeh2 Möhsün qızı arasında Lənkəran şəhər 1 saylı notariat kontoru vasitəsi ilə xx.xx.2018-ci ildə bağlanmış "bağışlanma müqaviləsi"nin, Cavabdeh2 ilə Cavabdeh3 Möhsün oğlu arasında xx.xx.2023-cü ildə Lənkəran şəhər 1 saylı notariat ofisi vasitəsi ilə bağlanmış "bağışlanma" müqaviləsinin etibarsız hesab edilməsi, ona məxsus olan və sahəsi 0,03 ha təşkil edən torpaq sahəsinin müəyyən edilməsi və cavabdehlərin qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Sütəmurdov kənd Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007 tarixli alğı-satqı müqaviləsinə əsasən mən Sütəmurdov kəndi ərazisində yerləşə sahəsi 300 kv.m yəni 0.03 ha torpaq sahəsi əldə etmişdir. O vaxtdan da o, Azərbaycan Dövlət Kadastr və Xəritəçəkmə Komitəsi tərəfindən **********0057 saylı kod nömrə almışdır. Həmin torpaq sahəsini digər ailə üzvlərinə əvəzsiz istifadəyə verib daimi olaraq həyat yoldaşı ilə birgə Bakı şəhərinə köçmüşlər. Hazırda ailəsi Bakı şəhərində yaşayır, qeydiyyatı da Bakı şəhərinədir. 2018 ci ildə ona məlum olmuşdur ki, həmin ərazidə yerləşən bütün torpaq sahələri X7 və onun həyat yoldaşı Cavabdeh2 tərəfindən satın alınmışdır. Buna görə də həmin şəxslər oralarda yerləşən bütün torpaq sahələrini hasara çəkərək heç kimi ora buraxmırlar. Onun da torpaq sahəsi həmin hasarın içinə daxil edildiyi üçün o, da həmçinin çox çalışsa da, öz torpağından istifadə, edə bilməmişdir. Həmin hasarın daxilində qaynatası X5 mülkiyyətində olan 500 kv torpaq da var. Sonradan öyrənmişdir ki, cavabdehlər hətta Sütəmurdov bələdiyyəsinə məxsus olan 10 sotdan çox torpağı da hasarın daxilinə salmışdır. Beləliklə o və digər mülkiyyətçilər cavabdehlərin hərəkətləti nəticəsində öz mülkiyyətindən məhrum olmuşdur. Bu barədə dəfələrlə torpağı ona satmış Sütəmurdov bələdiyyəsinə müraciət edib torpağı ondan istəmişdir. Onlar isə bildirdilər ki, heç nə edə bilmirlər çünki cavabdehlər hətta onlara məxsus torpaqları da zəbt ediblər. Amma hər bir halda o, bələdiyyəni də bu işdə cavabdeh sayır. Buna görə də qaynatası X12 cavabdehlər tərəfindən zəbt edilmiş 0.05 ha torpaq sahəsinin geri almasına və sair iddia ilə bağlı məhkəməyə müraciət elədi. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin zəbt etdikləri 0.05 ha torpaq sahəsi Sadıx Bağırova qaytarılmışdır. Məhkəmə öz qətnaməsində Bağırovun həmin sahəyə dair çıxarışı olmasa da iş üzrə beynəlxalq presedent olan “ AİHM nin “önər Yıldızın Türkiyəyə qarşı” işinini presedent kimi tətbiq etmiş və Bağırovu həmin torpağın mülkiyyətçisi kimi tanıyaraq onun mülkiyyət hüququnun müdafəsi ilə bağlı qətnamə çıxarmışdır. Eyni vəziyyət də ona da aiddir. Həmçinin o, da cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətimdən məhrum olmuşdur. Daha doğrusu, bu məhrumiyyət hələ xx.xx.2018-ci ildə baş vermişdir. Belə ki, həmin zaman cavabdeh X7 ilə Cavabdeh2 oğlu arasında bağlanmış əqd nəticəsində həmin ərazi hasara çəkilmişdir ora heç kim buraxılmamışdır. Bu isə özgənin qanuni sahibliyində və mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi deməkdir. O, torpağını cavabdehlərin qanunsuz zəbtindən və qanunsuz istifadəsindən tələb etmək barədə məhkəməyə müraciət edərkən öyrənmişdir ki, Cavabdeh2 mənim də torpaqım daxil olmaqla bütün torpaq sahələrinin ona aid olan hissəsini və payını müəyyən edilmədən onları qardaşı Cavabdeh3 notariat qaydasında bağışlamışdır. Hazırda həmin ərazilər, o cümlədən də sahəsi 1.26532 ha təşkil edən torpaq sahəsi, həmin torpaq sahəsində isə ona məxsus 0.03 ha torpaq mülkiyyəti artıq Cavabdeh3 Möhsün oğlunun idarəsində, istifadəsində və sərəncamındadır. Buna görə də öz mülkiyyətini bundan bu şəxsin onun qanunsuz sahibliyindən geri almaq tələbi irəli sürmüşdür. Necə deyərlər qanunsuzluq edənlər bunu varislik qaydasında edirlər. Artıq 6 ilə yaxındır ki, o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə və onu idarə edə bilmir. Oranı özəlləşdirib sata da bilmir. Çünki həmin ərazi hasardadır cavabdehlər isə ora daxil olmağa imkan vermirlər. Bunun nəticəsində isə mənə vurulmuş maddi ziyanın miqdarı getdikcə artır. Mülkiyyətindən məhrum edilməsində ilk sabəb cavabdeh X7 ilə Cavabdeh2 asinda bağlanmış 13.12. 2018 ci il tarixli bağışlanma müqaviləsi olub. Mən bu müqaviləni mübahisələndirdiyi halda Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2023-cü ildə daha bir bağışlanma müqaviləsi bağlanmışdır. Hər iki əqd onun mülkiyyətinin əleyhinə olan əqdlərdir. Buna görə də bu bağışlanma müqavilələri etibarsız hesab edilməli, mübahisəli torpaq ərazisində onun mülkiyyət payı müəyyən edilərək cavabdehlərdən geri alınmalıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X8 və Cavabdeh3 vəkili Vəkil iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə X6 rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməmələri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmənin yeri və vaxtı barədə, Lənkəran Rayon 1 saylı Notariat Ofisininə və Lənkəran Rayon Sutəmurdov Bələdiyyəsinə rəsmi məlumat verilməsiə baxmayaraq nümayəndələri gəlməmiş gəlməmələri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2018-cü il tarixli nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Nəcəfov X3 rayon Sütəmurdov kəndində yerləşən 86.5 kv/m qeyri yaşayış binası 86.5 kv/m olan qeyri yaşayış binası, Lənkəran rayon Sütəmurdov kəndində yerləşən 0.01338 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Əliyeva X4 rayon Sütəmurdov kəndində yerləşən 1.26532 ha olan torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 2871.6 kv/m olan qeyri yaşayış binası və Lənkəran rayon Sütəmurdov kəndində yerləşən 0.01378 ha olan torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 86.5 kv/m olan qeyri yaşayış binasını, Lənkəran rayon Sütəmurdov kəndində yerləşən 0.1709 ha olan torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 195.80 kv/m olan qeyri yaşayış binasını qardaşı Cavabdeh3 bağılamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyestr çıxarışından görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən qeyri yaşayış binası Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-ci il tarixli 2-1(120)-1096/2023 saylı Şirvan İnzibati Məhkəməsinin qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinə qarşı Sütımurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona ayrılmış 300 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2024-ci il tarixli, 2-627/2024 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,03 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən **********0057 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması və həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətə uyğun olması müəyyən olunmuşdur.Cavabdeh4 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,03 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir.Cavabdeh4 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,03 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir.Cavabdeh4 xx.xx.2007-ci il tarixli, 12 saylı qəranna əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,03 ha torpaq sahəsinin 0,019 ha hissəsinin faktiki olaraq digər şəxsin Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi, qalan hissəsinin isə iddiaçının öz istifadəsində olması müəyyən edilmişdir.Cavabdeh4 xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,03 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 22 aprel 2024-cü il tarixli, 10/1684 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-43/2-626/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, X1 fəaliyyəti üçün ayrılmış 0.05 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən **********0056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətə uyğun olması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları, habelə cavabdehlərin izahatları dinləyib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-cü il tarixli nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Nəcəfov X3 rayon Sütəmurdov kəndində yerləşən 86.5 kv/m qeyri yaşayış binası 86.5 kv/m olan qeyri yaşayış binası, Lənkəran rayon Sütəmurdov kəndində yerləşən 0.01338 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. xx.xx.2023-cü il tarixli nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən isə Əliyeva X4 rayon Sütəmurdov kəndində yerləşən 1.26532 ha olan torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 2871.6 kv/m olan qeyri yaşayış binası və Lənkəran rayon Sütəmurdov kəndində yerləşən 0.01378 ha olan torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 86.5 kv/m olan qeyri yaşayış binasını, Lənkəran rayon Sütəmurdov kəndində yerləşən 0.1709 ha olan torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 195.80 kv/m olan qeyri yaşayış binasını qardaşı Cavabdeh3 bağılamışdır. İddiaçı isə hazırda iddia edir ki, qeyd olunan müüqavilələr onun hüquqlarını məhdudlaşdırdığından etibarsız hesab edilməldir. Məhkəmə, iddiaçının bu tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində müqavilənin etibarsızlığının konkret halları göstərilmişdir. Belə ki, MM-nin 337-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edililir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Eləcədə MM-də müqavilənin etibarsızlığı üçün konkret hallar kimi Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Qeyri-ciddi əqdin etibarsızlığı, Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və digər hallar göstərilmişdir ki, hazırda irəli sürülün iddia tələbi üzrə iddiada etibarızlığın əsası kimi qanunda göstərilmiş heç bir hal qoyulmamışdır. Yəni, iddiaçı tərəfindən məhkəməyə əqdin etibarsızlığı ilə bağlı iddia irəli sürülsədə, iddiaçı həmin müqavilələrin tərəfi olmamaqla yanaşı Mülki qanunvericilikdə nəzərdə tutulan etibarsızlığa əsas verən heç bir sübut təqdim etməmişdir. Eləcə də, işin hallarından görünür ki, iddiaşı əqdin etibarsıəzlığı ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etsə də, mübahisləndirdiyi müqavilələr təxminən altı il əvvələ aid müqavilələrdir. Göstərilənlərdən başqa, məhkəmədə tədqiq edilmiş sənədlərdən (çıxarışlarıdan) görünür ki, hazırda mübahisə olunan torpaq sahələri artıq üçüncü şəxsin (MRİYA MMCnin) mülkiyyətindədir. Məhkəmə, şərh olunan qanunvericilik normalarına əsasən hesab edir ki, hazırda verilmiş iddianın təmin edilməsi mülkiyyətçi kimi, habelə vicdanlı əldə edən kimi MRİYA MMC-nin mütləq hüququ olan mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən, xüsusilə eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmuşdur. Belə ki, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. “K.Qəribovanın şikayəti üzrə” 8 may 2008-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuşdur ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Məhz göstərilənlər baxımından iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, iddiaçının “ona məxsus olan və sahəsi 0,03 ha təşkil edən torpaq sahəsinin müəyyən edilməsi və cavabdehlərin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə sahibkarlıq üçün 0.03 ha torpaq sahəsi almışdır. Həmin alğı-satqı 23 noyabr 2007-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Eləcə də iş materiallarında olan yuxarıda qeyd olunan sənədlərdən görünür ki, həmin 0.03 ha torpaq sahəsinin korrdinatları, ərazisi, yerləşmə yeri və s bu kimi hallar müəyyən edilmiş, habelə bu barədə müvafiq mütəxəssis və ekspert rəyi əldə edilmişdir. Bu baxımdan məhkəmə, iddianın bu hissədə də təmin edilməməsini əsaslı hesab edir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Lənkəran Rayon Sutəmurdov Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar