Məhkəmə qərarları › İş №2(049)-1144/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1144/2024

15.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1144/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, iddiaçı: İddiaçı, cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4a qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə” dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə onun və cavabdehlərin birgə mülkiyyətində olmaqla Lənkəran rayonu, Boladi kəndində yerləşən 0.35 ha torpaq sahəsindən, yəni İddiaçı 1/7 hissədə payının ayrılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1976-cı il tarixdə Lənkəran rayonu, Boladı kəndində anadan olmuşdur və hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə onun və cavabdehlərin birgə mülkiyyətinə Lənkəran rayonu, Boladi kəndində yerləşən 0.35 ha torpaq sahəsi verilmişdir. Bu barədə adlarına JN-1055A KOD- 80200028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsi onların ümumi birgə mülkiyyətində olsa da, iş üzrə cavabdehlər ona imkan vermirlər ki, o həmin torpaq sahəsindən istifadə etsin. Həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən atasının X7 və anası X2 vəfat etmişlər. Qanunvericiliyə əsasən ümumi birgə mülkiyyətdə olan mülkün naturada bölünməsi üçün payçılar arasında razılıq olmalıdır. Lakin hazırki, vəziyyətdə cavabdehlərlə bununla əlaqədar razılıq əldə etmək mümkün deyildir. Çünki, aralarında mübahisə olduğu üçün cavabdehlər buna razılıq vermirlər. Həm də onlar qeyd olunan torpaq sahəsindən artıq 3 ildir ki, istifadə etməyə ona imkan vermirlər. Onlar həmin torpaq sahəsində əkin əkirlər və əkdiyi məhsulları sataraq qazanc əldə edirlər. O, isə həmin torpaq sahəsindən istifadə etməyə imkan vermədikləri üçün onun bu qazancdan məhrum etməklə ona maddi ziyan vurmuşlar. Cavabdehlər eyni zamanda yuxarıda qeyd etdiyi kimi ona həmin torpaq sahəsindən istifadə etməyə maneyə yaradılar. Ona görə də o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir ki, məhkəmə qaydasında öz payını cavabdehlərin payından ayırıb, bundan sonra öz payından sərbəst şəkildə istifadə etsin. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 0.35 hektar torpaq sahəsi X7, X2, X3, X4, Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5895 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2039/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından,eyni zamanda mülki iş materiallarının məlumatlarından istifadə edilmişdir. Lənkəran rayon Aqrara İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli,12 saylı qərarə əsasında JN-1055A(KOD ********)nömrəli, “Torpağın mülkiyyətə verilməsinə sair Şəhadətnamə” ilə Sadıxova (Cəfərova) Səbirə İsaq qızının və qeyrilərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Boladi kəndi ərazisində yerləşən 0,35 ha həyatyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir Araşdırma zamanı İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşən yeri ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə yerinin üst–üstə düşməsi müəyyən ounmuşdur.Torpaq sahəsini faktiki istifadə vəziyyətindəki ölçüsünün 0,42 ha olması və konfiurasiya fərqinə də mövcud olmsı müəyyən olunmuşdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2039/2024 saylı saylı mütəxəssis rəyinə əsasən, Kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı JN-1055A nömrəli (KOD ********) "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Sadıxova (Cəfərova) Səbirə İsaq qızının və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu Boladi kəndi ərazisində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsinə üç istiqamətdən (şərq, cənub və qərb istiqamətlərdən) gediş- gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2039/2024 saylı mütəxəssis rəyinə əsasən, Həmin gediş-gəliş yolunun başlanğıc hissəsinin (cənub istiqamətdə) kəndarası yola birləşən yerdə, son hissəsinin isə (mübahisəli torpaq sahəsinin şərq və qərb istiqamətində) həyətyanı torpaq sahələrinin girişinə kimi olması müəyyən edilmişdir. Sözügedən gedişgəliş yolunun bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2039/2024 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı JN-1055A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş 0,35 ha torpaq sahəsinin faktiki olaraq bütövlüklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2039/2024 saylı mütəxəssis rəyinə əsasən, JN-1055A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə verilmiş 0,35 ha (torpaq sahəsinin faktiki istifadə vəziyyətindəki ölçüsünün 0,42 ha olması müəyyən olunmuşdur) torpaq sahəsinin üzərində faktiki vəziyyətdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən inşa edilmiş üç ədəd fərdi yaşayış evinin və köməkçi tikililərin (tövlə, saray, hin, təndirxana, sanitar qovşağı və s.) mövcud olması müəyyən edilmişdir. Bu səbəbdən həmin yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bölməsinin texniki cəhətdən mümkün olubolmaması müəyyənləşdirmək mümkün olmamışdır. Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, 13 avqust 2024-cü il tarixli, 3-16- 16/2-10/5895 nömrəli məhkəmə tiktinti-texniki ekspertizasının keçirilməsi barədə tədqqiatın dəyəri 50 manat təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar üzrə məhkəməyə təqdim edilmiş, habalə məhkəmə hazırlıq iclası zamanı əldə edilmiş sübutlarla iddiaçının iddiası rədd edilməlidir. Belə ki, iş üzrə mötəbər sübut kimi əldə edilmiş 13 avqust 2024-cü il tarixli, 3-16- 16/2-10/5895 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən də görünür ki, mübahisə predmeti olan təyinatlı torpaq sahəsinin bölməsinin texniki cəhətdən mümkün olub-olmaması müəyyənləşdirmək mümkün olmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-nin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5895 saylı məhkəmə tiktinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 qız qarşı «ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar