Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1150/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasdının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil bürosunuyn vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iddiası üzrə mülki işə 05 iyun 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə Masallı regional “ASANM XİDMƏT” mərkəzinin qeydiyyat şöbəsindəı 960 nömrə ilə qeydə alınmnış nikah qeydiniun etibarsız hesab edilməısi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 2023-cü ilin may ayında nişanlanmışlar. O, cavabdehlə ilə tanış olanda sonuncu ona bildirmişdir ki, Bakı şəhərində ofis işi ilə məşqul olur və ailə qurandan sonra gedib, Bakı şəhərində yaşayacaqlar. Lakin sonradan 2 ay keçəndən sonra cavabdeh ona bildirmişdir ki, atası Bakı şəhərinə köçməylərinə icazə vermir. Əyər cavabdeh ona desəydi ki, ailə qurandan sonra yaşamaq üçün Bakı şəhərinə getməyəcəklər, onda o, onunla evlənməyə razılıq verməzdi. Sonradan ona məlum olmuşdur ki, cavabdehin Bakı şəhərində ofis işi yoxdur. “Bravo”da kassir işləyir. Cavabdeh Lənkəran şəhərində “Bravo”ya köçürüldükdən sonra “Bravo” ticarət mərkəzi öz işçilərinin şəkillərini reklam edəndə şəkillərdə görmüşdür ki, cavabdeh “Bravo”da kassir işləyir. Bu barədə ondan soruşanda ona bildirmişdir ki, o, “Bravo”ya müdir təyin olunmuşdur. O, onu məcbur edirdi ki, qız toyunu tez edsin ki, sonra öz toyunu etsin. 25 sentyabr 2023-cü il tarixdə onun qız toyu olmuş, toyun səhərisi gün onlara gələrək toyun pulunu istəmiş, onlar pulu verməyəndə o, onların ünvanlarına nalayiq sözlər deməyə başlamışdır. Həmin vaxtdan da ondan faktiki olaraq ayrılmışdır. Cavabdehin marağı onları aldatmaq olub ki, toy edib, toyun pulunu alıb toyun səhəri aradan çıxsın. Cavabdeh hələ onun toyundan 10 gün qabağ valideyinlərini evlərinə dəvət etmişlər. Valideyinləri onların evinə gedəndə məlum olmuşdur ki, onların evləri pis gündədir, mətbəxti və evdə heç bir şərait yoxdur. Valideynləri onlara demişlər ki, bəs deyirdiniz ki, oğlan Bakı şəhərində ofis işində işləyir və Bakı şəhərində evi vardır. Bundan sonra bilmişlər ki, cavabdeh və onun atası onları aldadırlar. Məqsədləri də odur ki, onu alsınlar. Beləliklə də, bundan sonra cavabdehin yalanlarının hamısı üzə çıxmışdır. Toyundan sonra cavabdeh daha ona zəng eləməmişdir. Həmin vaxtdan da onunla heç bir əlaqə saxlamamışdır. Təkcə cavabdehin atası onbların evinə gələrək onmlara hədə-qorxu gəlmişdir. O da görmüşdür ki, onların evinə gəlin köçməmiş onlar özlərini belə aparırlarsa, bəs onların evinə gəlin köçsə onların onun başına nə oyun gətirərələr. Beləliklə də, hesab edir ki, Cavabdeh onunla ailə qurmaq məqsədi olmamışdır, lakin buna baxmayaraq aralarında nikah, qeydiyyat şöbəsində qeydə alınmışdır. Məhz bu səbəbdən o, cavabdeh ilə aralarında bağlanmış nikah qeydinin etibarsız hesab edilməsi üçün mediasiyaya müraciət etmiş, cavabdeh ora gəlmədiyi üçün ona bu barədə arayış verilmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əslində onun da cavabdehlə ailə həyatı qurmaq niyyət olmamış, valideynlərin təkidi nəticəsində məcbur olub onlarla razılaşaraq cavabdehlə nikahlarını rəsmiləşdirmişdir. Lakin faktiki olaraq cavabdehlə ər-arvad münasibətlərinə daxil olmamış, onunla birgə təsərrüfat aparmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə təqdim edərək iddianı qəbul etdiyini, nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini və mülki işi nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 05 oktyabr 2013-cü il tarixdə 960 saylı akt qeydi ilə Masallı regionla “ASAN xidmət” mərkəzində, Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Kərimli” soyadı verilmişdir. İş materiallarında olan və qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin, ona əlavə edilmiş sənədlər və cavabdeh tərəfindən ödənilmiş 84,25 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Qeyd olunan Məcəllənin 25.3-cü maddəsinə əsasən nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə ailə qurmaq niyyəti olmadığından, eləcə də cavabdehin nümayəndəsi iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və İddiaçı ilə Cavabdeh arasında 05 oktyabr 2023-cü il tarixdə 960 saylı akt qeydi ilə Masallı regionla “ASAN xidmət” mərkəzində, Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş nikah 05 oktyabr 2023cü il tarixdən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 oktyabr 2023-cü il tarixdə 960 saylı akt qeydi ilə Masallı regionla “ASAN xidmət” mərkəzində, Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş nikah 05 oktyabr 2023-cü il tarixdən etibarsız sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülsün. X2
Məhkəmə qərarları › İş №2(049)-1150/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1150/2024
05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver