Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-118/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçı: İddiaçı1, cavabdehlər X9 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X9 və Cavabdeh2 qarşı «Xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2lara məxsus Lənkəran rayonunun Separadi kəndində yerləşən, xx.xx.2021 -ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla ona məxsus olan 0.1194 ha torpaq sahəsinin və torpaq sahəsin gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbtindən azad olunaraq va boşaldılaraq ona təhvil verilməsi barədə qətnama çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsi ilə birlikdə Lənkəran rayonu, Separadi kəndində yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998 - ci il tarixli 09 nömrali qərarı ilə onun mülkiyyətində kənd təsərrüfatı məhsulları istehsalı üçün Separadi kendi ərazisinda 0,12 ha torpaq sahəsi verilmişdir. Bunu JN 673 KOD 80220018 nömrali Torpağa Mülkiyyət Hüququna dair Dövlat Akti da təsdiq edir. Bundan sonra adına verilmiş JN 673 KOD 80220018 nömrali Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lankaran Ərazi idarəsi tərəfindən adına xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan 1/2 hissə pay ona və 1/2 hissə yoladaşı İddiaçı2 verilməklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin, Lənkəran rayonu, Separadi kənd sakinləri Cavabdeh1 və onun oğlu Cavabdeh2 heç bir səbəb olmadan onun xüsusi mülkiyyətində olan torpaq sahəsini və torpaq sahəsinə gedən yolu zəbt etmişlər . Onlar hal - hazırda da həmin torpaq sahəsini çəpərə alaraq istifadə edirlər. O, cavabdehlər Cavabdeh1 va Cavabdeh2 Ərastun oğlundan torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etməyinə baxmayaraq, onlar onun tələbini qəbul etməməklə yanaşı torpaq sahəsinin ona məxsus olmadığını bildirmişlər. Dəfələrlə bununla bağlı Separadi bələdiyyəsinə və digər aidiyyətin qurumlara müraciat etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciat etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək, məhkəmə-tikinti texniki ekspertizasının rəyi ilə razı olmadığını bildirib iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, ona məxsus olan torpaq sahəsinin hasar hissəsi iddiaçıya məxsus əaziyə keçdiyini və bunu iddiaçının aradanm qaldırmalı olduğunu, heç bir yolu zəbt etmədiyini bildirib iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, ona məxsus olan torpaq sahəsinin hasar hissəsi iddiaçıya məxsus əaziyə keçdiyini və bunu iddiaçının aradanm qaldırmalı olduğunu, heç bir yolu zəbt etmədiyini bildirib iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Hüquqlarının Dövlət Qeydiyyatına daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Lənkəran rayon Separadi kəndində yerləşən **********89 reyestr nomrəsi 0.1194 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış məhkəmə-tikinti texniki ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 10/7689 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 dekabr 2022-ci il tarixli **********55 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı1 və X2 birgə, paylı mülkiyyətlərində olan həmin 0,1194 ha torpaq sahəsinin 0,098 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edildi. İddiaçılar İddiaçı1 və X2 öz mülkiyyətlərində olan torpaq sahəsinə gedişgəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən yol deyil, kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olduğu və həmin torpaq sahəsinə gedişgəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmədiyi müəyyən edildi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş mnateriallarını və tərəflərin izahatını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından müəyyən olunur ki, İddiaçı1 və X2 birgə, paylı mülkiyyətlərində olan torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmiş, lakin həmin torpaq sahəsinə gediş- gəliş yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehlərin iddianı qismən, yəni torpaq sahəsinin zəbt olunması hissəsində qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran rayonunun Separadi kəndində yerləşən, xx.xx.2021-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və X3 məxsus olan 0.1194 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,098 ha hissəsi zəbtdən azad edilməklə boşaldılaraq İddiaçı1 təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-118/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-118/2023
24.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver