Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-119/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X34, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili: “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, qarşlıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” haqqında ilkin iddia tələbinə və Cavabdeh “alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” haqqında qarşılıqlı iddia tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı (bundan sonra iddiaçı) İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv m ibarət 29 saylı mənzilin, həmin blokda yerləşən 24 saylı mənzilin, həmin blokda yerləşən 19 saylı mənzillərin təhvil təslim aktı ilə İddiaçı təhvil verilməsi və mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin Cənub MTK-ya qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Cənub" Mənzil Tikinti Kooperativi (bundan sonra - MTK) ilə İddiaçı arasında "Mənzil alqı-satqısı barədə" bağlanmış xx.xx.2021-ci il tarixli, AS-25/21 saylı müqavilə üzrə - "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, "Mənzil alqı- satqısı barədə" bağlanmış xx.xx.2021-ci il tarixli, AS-21/21 saylı müqavilə üzrə - "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, "Mənzil alqı-satqısı barədə" bağlanmış xx.xx.2021-ci il tarixli, AS- 27/21 saylı müqavilə üzrə - "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilməklə ona satılmışdır. Ödənişlərin tam şəkildə ödənilməsinə dair maliyyə arayışları iş materiallarına əlavə edilir. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının müvafiq olaraq 60, 61 62 saylı protokollarına əsasən İddiaçı kooperativə üzv qəbul edilsə də mənzillərin açarları ona təhvil verilməmişdir. İddiaçı sözügedən mənzillərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDR Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən mənzillər üzərində qeydiyyat aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılmadığı səbəbindən, müraciətin icrası təmin olunmamışdır. Bundan sonra pretenziya qaydasında "xxxx" MTK-ya müraciət edərək, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasmın 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzilin 10 gün müddətində ona təhvil verilməsi və mənzillərə daxil olmağa yaradılan maneələrin aradan qaldırılmasını bildirmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh "xxxx" MTK pay hüququ əsasında İddiaçı məxsus olan mənzillərə təhvil verməkdən imtina edir və plan cizgi üzrə mənzilə daxil olmaq istədikdə isə buna süni maneələr yaradır. Qeyd olunan hüquqi əsaslar üzrə hesab edir ki, cavabdeh "xxxx" MTK-nın qanunsuz hərəkətlərinə son qoyulmalı və iddiaçıya məxsus mənzillər ona təhvil verilməlidir. İlkin iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) Cavabdeh Koperativinin qarşlıqlı iddia verərək xx.xx.2021-ci il tarixli Cənub MTK-nin üzvlərinin ümumi İclasının 60, 61 və 62 saylı protokollarının və İddiaçı ilə "xxxx" Mənzil Tikinti Koperativi arasında MTK tərəfindən ünvan 5nvanında inşa edilmiş yaşayış kompleksinin 1A sayh, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 29 saylı mənzilin satılmasına dair "xxxx" xx.xx.2021-ci il tarixli, AS- 25/21 müqavilənin, 5-ci mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 24 sayh mənzilin Mənzilin alqı- satqısı barədə” xx.xx.2021ci il tarixli, AS-21/21 müqavilənin və 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 19 saylı mənzilin "xxxx" xx.xx.2021-ci il tarixli, AS-27/21 müqavilələrin etibarsız hesab edilməsi; X35 ilə Cavabdeh Koperativi arasında ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m və 1-ci mərtəbsində yerləşən 771,5 kv.m qeyriyaşayış sahələrinə dair Cənub MTK-nin üzvlərinin ümumi iclasının protokolu və bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və X18 adına ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m və 1-ci mərtəbsində yerləşən 771,5 kv.m qeyri-yaşayış sahələrinə dair Dövlət Reyesterindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışlar ləğv edilməsi; X45 ilə Cavabdeh Koperativi arasında olan ünvan 5nvanında inşa edilmiş yaşayış kompleksinin 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 90 kv.metrlik 3 otaqlı mənzilin xx.xx.2019- cu il tarixli, AS 44/19 aqlı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi; iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı, X6, X9, X12, X13 və X30 alınaraq Cənub Mənzil Tikinti” Koperativinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Koperativinin icraçı direktoru X36 tərəfindən imzalanan qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cənub Mənzil Tikinti” Kooperativinin hal-hazırda təsisçiləri aşağdakı şəxslərdir X37 (Ş/V ;AA-0343094) - nizamnamə kapitalında pay haqqı- 8 pay, 20%; Cavabdeh Koperativinin təsisçisi X31 (AZE № ********) - nizamnamə kapitalında pay haqqı- 8 pay, 20%; Cavabdeh Koperativinin təsisçisi Muradlı (Cəbrayılova) Aytəkin Seyidağa qızı (AZE № ********)-nizamnamə kapitalında pay haqqı-8 pay, 20%; Cavabdeh Koperativinin təsisçisi X25 (AZE № AA0014198) - nizamnamə kapitalında pay haqqı- 10 pay, 25%; X38 -4 pay, 10 faiz təsis payı, X46 -2 pay, 5 faiz təsis payına malikdirlər. "xxxx" Mənzil Tikinti Koperativi tərəfindən ünvan 5nvanında 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binası inşa edilmişdir. O, təsisçilər tərəfindən "xxxx" Mənzil Tikinti Koperativinin təsisçiləri tərəfindən icraçı direktor təyin edilsə də, faktiki olaraq bu vəzifəni "xxxx" Mənzil Tikinti Koperativinin təsisçilərindən X37, təsisçisi X10 həyat yoldaşı X19 (AA2793213), təsisçilər X10 və təsisçisi X14 bacısının əri X32 (AA3929749) tərəfindən həyat keçirilmişdir. "xxxx" Mənzil Tikinti Koperativinin möhürü o, (X36) qanuni təmsilçi təyi edildiyi vaxtdan təsisçilər X10 və X15 bacısının əri X16 olmuşdur. "xxxx" Mənzil Tikinti Koperativi tərəfindən ünvan 5nvanında i A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binası inşa edilən zamanı təsisçi X14 əvəzində investisya qoyan X32 və X10 həyat yoldaşı X19 MTK-nın möhürünü özlərində saxlamışlar. X32 digər təsisçilərə nisbətən daha çox inestisya qoyduğu üçün MTK-nın möhürünü özündə saxlamış və bunun səbəbini onunla izah etmişdir ki, "xxxx" Mənzil Tikinti Koperativi tərəfindən mənzil və qeyri-yaşayış sahəsi satılan zaman onun məlumatı olsun. O, dəfələrlə ondan möhürü tələb etsə də, X32 möhürü verməkdən imtina etmişdir. İddiaçı təsisçilər X10 həyat yoldaşı olmaqla, digər təsisçi X14 bacısı qızının həyat yoldaşıdır. Belə ki, X25 və X31 bacıdırlar. X19 təsisçi X10 həyat yoldaşıdır. "xxxx" Mənzil Tikinti Koperativi tərəfindən ünvan 5nvanında 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasında ümumiyyətlə İddiaçı mənzillər satılmamışdır. Belə ki, MTK-nın təsisçilərindən X20 təsisçi X14 əvəzində investisya qoyan X21 212.500 manat (iki yüz on iki min beş yüz) borcu olmuşdur. Həmin borcun əvəzində MTK-nın məlumatı olmadan X37 tərəfindən 3 mənzil X21 verilmiş və o da MTK-nın məlumatı olmadan baldızının yeznəsi İddiaçı adına müqavilə tərtib etmiş və özündə olan möhürlə həmin müqaviləni təsdiq etmişdir. X37, X19 və X11 tələbi ilə o (X36), sənədlərin mətninə baxmadan dəfələrlə müqavilələrə və maliyyə arayışlarına qol çəkmişdir. İddiaçı MTK-dan mənzil alması barədə müqavilədə ola bilər ki, həmin müqaqvilələrin içərisində olsun. Amma əminliklə deyə bilər ki, İddiaçı MTK-dan mənzil almamış və heç bir məbləğdə MTKya pul ödənilməmişdir. İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti oğlu Koperativinə heç bir məbləğdə pul ödənilməmiş, İddiaçı MTK-dan iddia etdiyi mənzillərə dair pul ödənilməsi barədə hər hansı bir kassa mədaxil orderi iddiaçıya verilməmiş, İddiaçı mənzil satılmasına dair Cənub MTK-nin üzvlərinin ümumi iclasının protokolları olmamışdır, həmin protokoldakı imzalar saxtadır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli İddiaçı ünvan 5nvanında inşa edilmiş yaşayış kompleksinin 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 29 saylı mənzilin, 5-ci mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 24 saylı mənzilin və 4-cü mərtəbədə yerləşən 110 kv.m sahəsi olan 19 saylı mənzilin satılması barədə Cənub MTKnin üzvlərinin ümumi iclasının 60, 61 və 62 saylı protokolları təqdim edilmişdir. Həmin protokollardan MTK-nın məlumatı olmamış, həmin protokollardakı imzalar saxta olmaqla, həmin iclasda MTK-nın üzvləri və qanuni təmsilçisi iştirak etməmişlər. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Koperativi arasında MTK tərəfindən ünvan 5nvanında inşa edilmiş yaşayış kompleksinin 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 29 saylı mənzilin satılmasına dair Mənzilin alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli, AS-25/21 müqavilə, 5-ci mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 24 saylı mənzilin "xxxx" xx.xx.2021-ci il tarixli, AS-21/21 müqavilə və 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahəsi olan 19 saylı mənzilin "xxxx" xx.xx.2021-cı ıl tarixli, AS-27/21 müqavilələr barədə MTK-nın məlumatı olmamış, həmin müqavilələr MTKda qeydiyata alınmamışdır. Həmin müqavilələrin mövcudluğu barədə o, MTK-ya qarşı İddiaçı tərəfindən iddia qaldırıldıqda məlumatı olmuşdur. Bundan başqa İddiaçı "xxxx" Mənzil Tikinti Koperativindən mənzil almasına və pul ödəməsinə dair MTK tərəfindən ona kassa mədaxil orderi verilməmişdir. Bundan başqa, təsisçilər X25 və X14 bacısı X18 adına Cavabdeh Koperativi tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m (X33 -xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qedyiyyata alınıb) və 1-ci mərtəbsində yerləşən 771,5 kv.m qeyri-yaşayış sahələri (X33 xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qedyiyyata alınıb) Cənub MTK ilə X35 arasında olan müqavilə əsasında formal olaraq satılmış və həmin qeyri-yaşayış sahələrinə dair X18 adına Daşınmaz Əmlakın X33 verilmişdir. X35 Cavabdeh Koperativindən ümumiyyətlə qeyri-yaşayış sahəsi almamış və buna görə MTK-ya hər hansı məbləğdə pul ödəməmiş, X18 adına kassas mədaxil orderi verilmiş, o, MTK-nın qanuni təmsilçisi kimi ümumiyyətlə X26 görməmiş və onunla müqavilə bağlamamışdır. Bundan başqa X27 Cavabdeh Koperativi tərəfindən ünvan 3 ünvanında yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m və 1-ci mərtəbsində yerləşən 771,5 kv.m qeyri- yaşayış sahələrinin satılması barədə barədə Cənub MTK-nin üzvlərinin ümumi iclası keçirilməmiş və bu barədə protokol tərtib edilməmişdir. Onda olan məlumata əsasən MTK-ya faktiki rəhbərlik edən şəxslər X37, X19 və X32 öz aralarında həmin qeyri-yaşayış sahələrini X22 adına sənədləşdirməmişdən əvvəl həmin obyektləri 1.000.000 ( bir milyon) manat dəyərləndirmiş, gələcəkdə obyektin rahat satılmasını təmin etmək məqsədi ilə bu qərara gəlmişlər ki, həmin obyekti X19 və X11 baldızı X18 adına sənədləşdirsinlər. Bundan sonra onun məlumatı olmadan müqavilə tərtib edilmiş və möhür X16 olduğu üçün həmin şəxs tərəfindən təsdiq edilmişdir. Bundan başqa onda olan məlumata əsasən X37, X19 və X32 öz aralarında razılaşmışlar ki, X18 adına olan ünvan 3 ünvanında yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m və 1-ci mərtəbsində yerləşən 771,5 kv.m qeyri-yaşayış sahələri satılan zamanı həmin obyektin dəyərini təşkil edən 1.000.000 manat məbləğində pulun 35% -i X28 verilcəkdir. Cavabdehndə 20 % paya malikdir. Bundan başqa ünvan 3 ünvanında yaşayış binası inşa olunan zaman digər iki təsisçi X38 (4 pay, 10 faiz təsis payı) və X46 (2 pay, 5 faiz təsis payı) pul qoymadıqları üçün və həmin təsisçilərin yerinə müvafiq pul vəsaiti Mehdi Muradov tərəfindən qoyulduğu üçün həmin qeyri-yaşayış sahəsində həmin təsisçilərə çatası 15% payda Muradov Mehdiyə çatmalı idi. Onda olan məlumata əsasən X20 X21 212.500 manat pul borcu olmuşdur. Həmin pulun təminatı olaraq İddiaçı adına Cavabdeh Koperativi tərəfindən mənzil satılmasına dair müqavilələr tərtib edilmişdir. X4, X19 və X32 öz aralarında razılaşmışlar ki, Nizami Cavanşir oğlu və X3 şəhəri, Şəhidlər xiyabanı ev 46/20A ünvanında yaşayış binasının zirzəmisində yerləşən 859,7 kv.m və 1-ci mərtəbsində yerləşən 771,5 kv.m qeyri-yaşayış sahələrini X18 adına sənədləşdirildikdən sonra İddiaçı adına Cavabdeh Koperativi tərəfindən mənzil satılmasına dair müqavilələr Muradov Mehdiyə geri qaytarılsın. X8 ilə X19 və X32 arasında mübahisə yaranmış və onlar müqaviləni geri qaytarmaqdan imtina etmişlər və bundan sonra İddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Cavabdeh Koperativi tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının layihəsini X45 (AZE ********) tərəfindən çəkilmişdir. Həmin işə görə xidmət haqqı olaraq X40 Cavabdeh Koperativi tərəfindən ödəniləcək məbləğ 20.000 manat nəzərdə tutulmuşdur. X37, X19, X32 öz aralarında razılaşmaya əsasən X40 Cənub Mənzil Tikinti” Koperativi tərəfindən pul vəsaiti ödənilənədək onuna adma xx.xx.2019-cu il tarixdə, AS 44/19 /nömrəli mənzilin aqlı-satqısı barədə müqavilə tərtib edilmiş və ünvan 5ünvanında inşa edilmiş yaşayış kompleksinin 1A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun -cı mərtəbəsində 90 kv.metrlik 3 otaqlı mənzil X40 verilmişdir. X45 ilə Cavabdeh Koperativi xx.xx.2019-cu il tarixdə, AS 44/19 nömrəli mənzilin aqlı-satqısı barədə müqavilənin geri qaytarılması üçün MTK tərəfindən X19 18.000 manat pu vəsaiti verilmiş, lakin X19 18.000 manat pul vəsaitini X40 verərək müqaviləni geri qaytarmamışdır. X60 oglu tərəfindən MTK-ya mənzilin alınmasına dair 45.000 manat pul vəsaiti ödənilməmiş, MTK tərəfindən X40 mənzilin satılması barədə Cənub MTK-nin üzvlərinin ümumi iclası keçirilməmiş və bu barədə protokol tərtib edilməmişdir. Cavabdeh Koperativinə faktiki rəhbərlik edən X37, X19 və X11 arasında olan məsələlərə qarışmamışdır. Lakin sonradan qanuni təmsilçi olduğuna görə qərara gəlmişdir ki, məsələlərə müdaxilə etsin və barışdırmağa və məsələni məhkəməsiz həll etməyə çalışsa da bunun heç bir nəticəsi olmadı. O, X17 dəfələrlə zəng edib MTK-nın möhürünü verməsini tələb etmişdir. Lakin o möhüru verməkdən müxtəlif bəhanələrlə imtina etdi. Bundan sonra o, müvafiq olaraq vergi orqanına müraciət etmiş yə möhürün itməsini bildirib yeni möhür almışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra o, bir daha tərəfləri razılığa gəlməyə təklif etmişdir. Hətta barışıq sazişləri tərtib edilib tərəflərə göndərilmişdir. X37, X19 və X32 ona bildirmişlər ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən mülki işə baxılanadək razılığa gələcəklər. Lakin heç bir razılıq olmadığı üçün o qərara gəlmişdir ki, MTK-nın adından qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsin. Cənub MTK ilə İddiaçı, X45 və X35 arasında olan alqı-satqı müqavilələrindən onun məlumatı olmamış, X37, X19 və X32 tərəfindən ona mətnini bilmədiyi sənədlərə qol çəkdirilmiş və möhür X32 tərəfindən vurulmuşdur. Ola bilər ki, müqavilələrdə və maliyyə arayışlarından imzalar mənə məxsus olmasın. Ümumiyyətlə İddiaçı ilə alqı-satqı müqavilələrini ilk dəfə məhkəmədə iddia qaldırıdıqdan sonra görmüş, MTK ilə X35 arasında olan müqaviləni ümumiyyətlə görməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddiaçı tərəfindən müvafiq pul, yəni 165000 manat verilərək maliyyyə arayışı ilə MTK-nın hesabına keçməsi təsdiq edilməklə mənzillər alınmışdır. Həmin müqavilələrin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İddiaçı vətəndaş kimi MTK-dan ev almış, həmin alğı-satqı zamanı MTK-nı kimin təmsil etməyi, habelə maliyyə arayışına kimin imza etməyi təbbi olaraq onu maraqlandırmamışdır. İddiaçı tam qanuni olaraq pul verməklə mənzil almış, lakin hazırkı vaxtadək mənzilinə daxil ola bilməmişdir. Göstərilənlərə əsasən, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Koperativinin nümayəndəsi X32 izahatında göstərdi ki, MTK-nın möhürü onda olmamış, möhür şirkətin təsisçisi X10 həyat yoldaşı X7 olmuşdur. MTK-ni əvvəl təmsil etmiş direktor və vəkilin bildirdiklərini qəbul etmir və nümayəndə kimi, habelə MTK-nın sədr müavini kimi onun bildirdiklərini qəbul edilməsini xahiş edir. Məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərdiyi teleqramda İddiaçı iddiasının qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən qarşlıqlı iddia üzrə cavabdeh X37 izahatında göstərdi ki, özü uzun illər hüquq mühafizə orqanlarında xidmət etmişdir. Hazırda isə Cavabdeh təsisçisidir. Kooperativin direktoru X36 olmuş, müqavilələrə Muxtar Quliyev imza etmişdir. Lakin elə hallar olmuşdur ki, müqavilələrə o, özü başqa şəxslərin yerinə, eləcə də direktorun yerinə imza etmişdir. Eləcədə, MTK-da faktiki idarəçiliyi onunla birlikdə həyata keçirən X19 da başqa şəxslərin yerinə imza etmişdir, həmçinin MTK-nın möhürü də X7 olmuşdur. O, müqavilələrə və digər sənədlərə başqa şəxslərin yerinə imza etməklə qanunu pozduğunu qəbul edir və hüquqi məsuliyyət daşımağa hazırdır, hesab edir ki, onunla yanaşı X19 da hüquqi məsuliyyətə cəlb edilməlidir. İddiaçı tərəfindən 165.000 manat pul MTK-ya verilmiş, MTK tərəfindən İddiaçı maliyyə arayışı verilmiş, həmin sənədlərə X36 imza edərək möhür vurmuşdur. Məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər X19, X41, X40 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasllarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə qarşılıqlı iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, Cavabdeh direktoru vəzifəsinə işləmişdir. Həmin müddətdə möhür onda olmamışdır, möhür faktiki idarəçiliyi həyata keçirən X7 olmuşdur. Nizami Abdullayev Bakı şəhərində olmuş, əgər müqavilə bağlanacaqdısa onun tərəfindən sənədlər tərtib edilərek möhür vurulması üçün Bakı şəhərinə, Nizami Abdullayevə göndərilmişdir. İddiaçı əvvəllər görməmiş, onunla müqavilə bağlamamışdır. Həmin müqavilələrin əsllərinin harada olduğunu bilmir. İddiaçı verilən müqavilələr saxtadır və həmin müqavilə maliyyə arayışlarındakı imzalar ona məxsus deyil. MTK-yə direktor vəzifəsinə qəbul edilərkən MTK-nın möhürünü tələb etməməsinin səbəbini bilmir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2021-ci il tarixli, AS-25/21 saylı, xx.xx.2021-ci il tarixli, AS-21/21 saylı və xx.xx.2021-ci il tarixli, AS- 27/21 saylı müqavilələrdən görünür ki, İddiaçı ilə Cənub" MTK arasında "Mənzil alqısatqısı barədə" bağlanmış müqavilə üzrə müvafiq olaraq Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil, "həmin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil, həmin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzil İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış 18 yanvar 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı AS-25/21 saylı, AS-21/21 saylı, AS-27/21 saylı müqavilələr üzrə nağd ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış "xxxx" MTKnın üzvlərinin ümumi iclasının müvafiq olaraq 60, 61 62 saylı protokollarına əsasən İddiaçı kooperativə üzv qəbul edilmiş və müvafiq olaraq ona saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil, A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil və İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzil ayrılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış Cənub Mənzil Tikinti” Kooperativinin 25 sentyabr 2018-ci il tarixli nizamnaməsindən görünür ki, kooperativdə payl haqqları X37 (Ş/V ;AA-0343094) - nizamnamə kapitalında pay haqqı- 8 pay, 20%; Cavabdeh Koperativinin təsisçisi X31 (AZE № ********) - nizamnamə kapitalında pay haqqı- 8 pay, 20%; Cavabdeh Koperativinin təsisçisi Muradlı (Cəbrayılova) Aytəkin Seyidağa qızı (AZE № ********)-nizamnamə kapitalında pay haqqı-8 pay, 20%; Cavabdeh Koperativinin təsisçisi X25 (AZE № AA0014198) - nizamnamə kapitalında pay haqqı- 10 pay, 25%; X38 -4 pay, 10 faiz təsis payı, X46 -2 pay, 5 faiz təsis payına malikdirlər. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2021-ci il tarixli çıxarışlardan görünür ki, Cənub Mənzil Tikinti” Kooperativi tərəfindən ünvan 6 ünvanında 771.50 kvm və 859.70 kvm qeyri yaşayış sahələri X18 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış 19 iyul 2019cu il tarixli, AS-44/19 nömrəli müqavilədən görünür ki, Cənub Mənzil Tikinti” Kooperativi tərəfindən ünvan 6 ünvanındakı İ A saylı, 8 mərtəbəli, 2 bloklu, yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsinin 2-ci mənzilində yerləşəcək 90 kvm-lik üç otaqlı mənzil X2. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış maliyyə arayışından görünür ki, AS-44/19 nömrəli müqavilə üzrə 45.000 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış 03 aprel 2020-ci il tarixli, AS-53/20 nömrəli müqavilədən görünür ki, ünvan 6 ünvanındakı İ A saylı, 8 mərtəbəli, 2 bloklu, yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsinin 2-ci mənzilində yerləşəcək 90 kvm-lik üç otaqlı mənzil X1. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış maliyyə arayışından görünür ki, AS-531/20 nömrəli müqavilə üzrə 46.500 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış Cənub Mənzil Tikinti” Kooperativinin 03 oktyabr 2022-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarından görünür ki, X36 direktor vəzifəsindən azad edilmiş, X50 direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (049) - 2388/2022 nömrəli qərardadından görünür ki, xx.xx.2021-ci il tarixli, AS-25/21 saylı, xx.xx.2021-ci il tarixli, AS-21/21 saylı və xx.xx.2021-ci il tarixli, AS-27/21 saylı müqavilələrdəki imzaların X36 tərəfindən icra edilibedilməsinin müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış 28 fevral 2023-cü il tarixli ekpert vəsatətindən görünür ki, xx.xx.2021-ci il tarixli, AS-25/21 saylı, xx.xx.2021-ci il tarixli, AS-21/21 saylı və xx.xx.2021-ci il tarixli, AS-27/21 saylı müqavilələrin əslləri tələb edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış Əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X5 MTK-a sədr müavini vəzifəsində işləyir. Bildiriş xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şahidin ifadəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk öncə tərəflərin mübahisəsinə tətbiq ediləcək normaları müzakirə edərək hesab edir ki, mülki iş üzrə iddianın həllinin hüquqi əsası Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Mülki Məcəlləsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasın əlavə edilmiş 1 saylı Protokol təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən mənziltikinti kooperativində üzvlük mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasmda yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqmda qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri- yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşmmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cii maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109.10-cu maddəsinə əsasən Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydas, haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ uzvhrının umumı yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 110-3.1-ci maddəsinə əsasən Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Həmin Məcəllənin 110-3.2-ci maddəsinə əsasən Kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1-ci Protokol 1-ci maddəsində göstərilir ki, hər bir fizikivə hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı 165.000 manat pul ödəyərək Cənub MTKdan üç ədəd mənzil almış, həmin mənzillərin alınması xx.xx.2021-ci il tarixli, AS-25/21 saylı, xx.xx.2021-ci il tarixli, AS-21/21 saylı və xx.xx.2021-ci il tarixli, AS-27/21 saylı müqavilələr və həmin müqavilələrlə əlaqəli olan maliyyə arayışıları, habelə kooperativin protokolları ilə təsdiq edilir. Eyni zamanda, qeyd olunan müqavilələr üzrə pulun verilməsi və müqavilələrin bağlanması məhkəmə iclasına izahatı alınmış qarşlıqlı iddia üzrə cavabdeh X20 izahatı ilə də tam təsdiq edilir. Eləcə də, elektron sistemdə Cənub MTK-nın sədr müavini kimi fəaliyyət göstərməsi qeyd edilmiş və hazırkı iş üzrə Cənub MTK-nın nümayəndəsi qismində tanınması üçün etibarnamə təqdim etmiş X11 iradə ifadəsi hesab edilən xx.xx.2023-cü il tarixli teleqramdan da görünür ki, Cənub MTK-nın nümayəndəsi kimi İddiaçı iddiasını qəbul edir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, eləcə də cavabdehin nümayəndəsinin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, ilkin iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, cavabdeh tərəf ilk olaraq Cənub MTKnın direktoru kimi X23 şəxsində 29 sentyabr 2022-ci il tarixdə qarşılıqlı iddia vermiş və qarşılıqlı iddia məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Qeyd olunan vaxt cavabdeh Cənub MTK-nı məhkəmədə təmsil etmək səlahiyyəti X29 məxsus olmuşdur. Lakin yuxarıda tədqiq edildiyi kimi Cənub Mənzil Tikinti” Kooperativinin 03 oktyabr 2022-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarı ilə X36 direktor vəzifəsindən azad edilmiş, direktor vəzifəsinə X50 təyin edilmişdir. Əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişindən də aydın olur ki, X5 MTK-a sədr müavini vəzifəsində işləyir. Eləcə də xx.xx.2023-cü il tarixdə elektron qaydada X11 "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi qismində çıxış etməsi barədə etibarnamə məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən cavabdehin nümayəndəsi kimi tanınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində çıxış edən X32 ancaq ilkin iddianı qəbul etdiyini bildirmiş, qarşılıqlı iddiaya dair hər hansı fikir bildirməmişdir. MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Hazırkı iş üzrə qarşılıqlı iddia üzrə iddiaçının iddianı müdafiə etməməsini, yəni cavabdehin nümayəndəsi qismində X11 yalnız ilkin iddianı bildirməsini, qarşılıqlı iddia üzrə cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzil təhviltəslim aktı ilə İddiaçı təhvil verilsin. "xxxx" MTK tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələr "xxxx" MTK-ya qadağan edilsin. Qarşılıqı iddia baxılmamış saxlanılsın. İlkin iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Cənub MTK-dan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-119/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-119/2023
16.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver