Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-12/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eyni zamanda ilk iddia üzrə digər İddiaçı2 nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsindən könüllü olaraq ayıracaqları torpaq zolağının hesabına Lənkəran Bələdiyyəsinin ehtiyat fonduna (mülkiyyətinə) aid olan və iddiaçıların, həmçinin cavabdehlərin həyətanı torpaq sahələrinə dalan tipli gediş-gəliş yolunun 3.5 metrədək genişləndirilməsi və həmin yolun üzərində tikilmiş ayaqyolunun iddiaçıların hesabına sökülərək cavabdehin həyətyanı torpaq sahəsinə köçürülməsi tələbi barədə iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə qarşı mülkiyyədə olan torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsindən könüllü olaraq ayıracaqları torpaq zolağının hesabına Lənkəran Bələdiyyəsinin ehtiyat fonduna (mülkiyyətinə) aid olan və iddiaçıların, həmçinin cavabdehlərin həyətanı torpaq sahələrinə dalan tipli gediş-gəliş yolunun 3.5 metrədək genişləndirilməsi və həmin yolun üzərində tikilmiş ayaqyolunun iddiaçıların hesabına sökülərək cavabdehin həyətyanı torpaq sahəsinə köçürülməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanları iddiaçı Nümayəndə və cavabdehlərin babası X2 mülkiyyətində olmuş həyətyanı torpaq sahəsi hazırda aşağıda göstərilən 4 (dörd) şəxslər arasında bölünmüş. İddiaçılar Nümayəndə və İddiaçı2 mülkiyyətində, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1386A KOD 80201002 Şəhadətnaməyə əsasən 201,6 kv.m. həyətyanı torpaq sahəsi olmaqla. Cavabdeh1 (dayısı X5 tərəfindən adına özgəninkiləşdirilibdir), AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli №0262994 Çıxarışa, həmçinin, AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən verilmiş **********43-10301 reyestr nömrəli Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) Texniki Pasportuna əsasən 300 kv.m. həyətyanı torpaq sahəsi olmaqla Cavabdeh2 aid AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən 300 kv.m. həyətyanı torpaq sahəsi olmaqla 3 (üç) ədəd hissələridir.Qeyd edirik ki, 2021-ci ilin sentyabr ayında onlar qərara gəlmişlər ki, özlərinin mülkiyyətində olan 201 kv.m. torpaq sahəmizdəki qəza vəziyyətində olan evlərini söküb əvəzində yeni bir fərdi yaşayış evinin tikintisinə başlasınlar. Bununla bağlı olaraq AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişlər ki, həmin torpaq sahələrinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarış verilsin.Lakin, AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən göndərilmiş 11 oktyabr 2021-ci il tarixli, **********26 nömrəli cavab mətubu ilə onların daşınmaz əmlakın üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bunun səbəbi kimi “həmin torpaq sahəsindən keçən yol qonşunun (Cavabdeh2) mülkiyyətində olan torpaq sahəsinə gedir, həmçinin, hal-hazırda qonşular arasında məhkəmə mübahisəsi mövcuddur"məlumatı göstərilmişdir. Cavabdeh1 cəlb edilməklə, iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi- xx.xx.2021, , qeydiyyat rıömrəsi-**********, reyestr nömrəsi- **********20) əsasən mülkiyyətimdə olan və ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdeh Nümayəndə mülkiyyətində olan torpaq sahəsinin M.M.Axund küçəsi tərəfdə yerləşən darvazanın sağ tərəfindən başlayaraq 4 metr enində zəruri yolun (piyada və avomaşıniar üçün) açılması və həmçinin cavabdeh tərəfindən mülkiyyətimdə olan torpaq sahəsindən istifadəyə dair yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılması barədə iddia tələbi üzrə № 2(049)-3416/2021 (2(049)-5/2023) nömrəli mülki iş Lənkəran Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov tərəfindən 23 (iyirmi üç) ay ərzində süründürdükdən və bərbad vəziyyətəgətirildikdən, hakimdən dəfələrlə şikayət edildikdən sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-5/2023 nömrəli qərardadı ilə baxılmamış saxlanılmışdır.Məhkəməyə tərəflərindən təqdim edilən aşağıdakı sənədlərdən,“Torpağın mülkiyyətə verilməsinə dair” JN-1386A KOD 80201002 Şəhadətnamədən,AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən verilmiş **********43- 10301 reyestr nömrəli Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) Texniki Pasportundan,ünvan 1 ünvanları əks olunmuş mübahisəli ərazinin Kadastr Xəritəsindən müəyyən olunur ki, vətəndaş Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu həm kadastr xəritəsində, həm Şəhadətnamədə, həm də Çıxarışda göstərilibdir (nəzərdə tutulubdur) və həmin yolun eni 2,2 metr və uzunluğu 14 metr olmaqla onun torpaq sahəsi Lənkəran rayon X4 (heç bir qonşunun şəxsi mülkiyyətinə yox) aiddir. Lakin, həmin torpaq sahəsinin Lənkəran rayon X1masına baxmayaraq vaxtikən bilməməzdikdən həmin torpaq sahəsinin üzərində ölçüləri 0,9X, 09 metr olan qanunsuz ayaqyolu (sanitar qovşağı) tikilmişdir.Qeyd edirik ki, hazırda mülkiyyətlərində olan torpaq sahəsinin qərb tərəfindən eni 1,3 metr, uzunluğu isə 11.1 metr olan torpaq zolağını Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahələrinə mövcud olan eni 2,2 metrlik gedişgəliş yoluna iddiaçıların razılığı ilə könüllü olaraq birləşdirilməklə, həmçinin Lənkəran Bələdiyyəsi ilə razılaşdırmaqla həmin yolun eni 3,5 metrədək genişlənərsə və nəticədə eni 3,5 metr uzunluğu 12,9 metr olan dalan yolu yaradılarsa, bu bir tərəfdən həmin yol ilə yük avtomobillərinin hərəkəti də mümükün olar, digər tərəfdən onların həyətyanı sahələrinə də iri darvazalar açıla bilər.Qeyd edirik ki, qüvvədə olan qanunvericiliyə əsasən, həmin yolun 2,75-3 metr arasında olmasının bütün normativlərə uyğun gəlməsinə baxmayaraq, onlar həmin göstəricilərin yuxarı “3” metr həddindən də yuxarı göstəricini əsas götürərək, qonşular arasında mehribançılığın bərqərar olunması xatirinə özlərinin mülkiyyətində olan torpaq sahəsindən eni 1,3 metr enində və 11,1 metr uzunluğunda torpaq zolağının (sahəsini) güzəşt etməyə hazırdırlar.Nəticədə, onların mülkiyyətində olan torpaq sahələrindən güzəştləri və məhkəmənin ədalətli qərarı sayəsində meydana gətirilən şərait bütün qonşuların mehribanlıq və rahatlıq içində yaşamasına zəmin olacaqdır.Əlavə olaraq bildirirlər ki, hazırki iddia tələbləri üzrə üzrə mübahisəli halların həlli baxmımdan yaranmış sualların aidiyyati mütəxəssis tərəfindən dəqiq cavablandırılması baxılacaq iş üçün əhəmiyyət kəsb etdiyindən həmin iddia tələbimiz üzrə məhkəmə tikinti- texniki mütəxəssis müayinəsinin keçirilməsini sifariş etmişik və mütəxəssis qarşısında cavab verilməsindən ötrü aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçılar Nümayəndə və İddiaçı2 mülkiyyətində olan, JN-1386A KOD 80201002-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”də göstərilən 201,6 kv.m. torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçının naturada sahibliyində olan torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? Torpaq sahəsində yerləşmə və konfiqurasiya fərqi vardırmı? 2)Cavabdeh1 adma özgəninkiləşdirilməklə, AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli №0262994 Çıxarışa, həmçinin, AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən verilmiş **********43-10301 reyestr nömrəli Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) Texniki Pasportuna əsasən 300 kv.m. həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə cavabdehin naturada sahibliyində torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? Torpaq sahəsində yerləşmə konfiqurasiya fərqi vardırmı? 3)Cavabdeh2 aid AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən 300 kv.m. həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə cavabdehin naturada sahibliyində torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? Torpaq sahəsində yerləşmə konfiqurasiya fərqi vardırmı? 4)Mübahisəli ərazinin torpaq kadastr xəritəsinə, JN-1386A KOD 80201002-li "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ”yə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli №0262994 Çıxarışa və **********43-10301 reyestr nömrəli Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) Texniki Pasportuna əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu göstərilibmi (nəzərdə tutulııbmu). Əgər nəzərdə tutulubsa həmin gediş-gəliş yolu hansı istinaq nöqtəsindən və istiqamətdən başlayır və hansı nöqtədə və istiqamətdə bitir, həmin yolların başlanğıc hissəsindən son hissəsinə qədər olan ərazidə yolların göstərilən sənəd (xəritə) üzrə uzunluğu və eni nə qədərdir, sənədlər üzrə koordinatları ilə naturada olan koordinatları üst-üstə düşürmü, yerləşmə və konfiqurasiya fərqi vardırmı? 4)Təqdim edilən sənədlərə əsasən, həmin gediş-gəliş yolunun ərazisi kimin mülkiyyətindədir (dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət)? Həmin yolun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddirsə, hamının istifadəsi üçün açıq torpaq sahəsidirmi? 5)Təqdim edilən sənədlərə əsasən, həmin gediş-gəliş yolunun üzərində tikilmiş ayaqyolu tikilisi qanun əsasında və ya özbaşına tikilidirmi? 6)Təqdim edilnə sənədlərə əsasən, iddiaçılar Nümayəndə və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin qərb tərəfindən eni 0,8 metr, uzunluğu 14 metr olan torpaq zolağı Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahələrinə mövcud olan eni 2,2 metrlik gediş-gəliş yoluna iddiaçıların razılığı ilə könüllü olaraq birləşdirilməklə və Lənkəran Bələdiyyəsi ilə razılaşdırmaqla, həmin yolun eninin 3 (üç) metrədək genişləndirilməsi, nəticədə eni 3 (üç) metr uzunluğu 14 (on dörd) metr olan dalan yolu yaradılması, həmçinin həmin yolun üzərində tikilmiş ayaqyolunun söküntüsü iddiaçıların hesabına aparılmaqla mümkündürmü? ”.Qeyd edirik ki, "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü tarixli, 01-165/23 nömrəli Mütəxəssis Rəyinin nəticə hissəsində göstərilmişdir: “TƏDQİQATİN NƏTİCƏSİ:Birinci sual üzrə:İddiaçılar Nümayəndə və İddiaçı2 mülkiyyətində olan, JN-1386A KOD 80201002-li “Torpağın Mülkiyyətə VerilməsinəŞəhadətnamədə göstərilən 201,6 kv.m. torpaq sahəsinin koordinatları iddiaçıların naturada göstərdikləri ərazidə yerləşir, lakin sahə, koordinat və konfiqurasiya fərqi mövcuddur.İkinci sııal üzrə:Cavabdeh1 adına özgəninkiləşdirilməklə, AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli №0262994 Çıxarışa, həmçinin, AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən verilmiş **********43-10301 reyestr nömrəli Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) Texniki Pasportuna əsasən 300 kv.m. həyətyanı torpaq sahəsinin koordinatları iddiaçıların naturada göstərdikləri ərazidə yerləşir, lakin sahə, koordinat və konfiqurasiya fərqi mövcuddur.Üçüncü sual üzrə:Cavabdeh2 aid AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən 300 kv.m. həyətyanı torpaq sahəsinə aid “Daşınmaz əmlakın texniki pasportu” sənədi əlavə edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır.Dördüncü sual üzrə:JN- 1386A KOD 80201002-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ”nin “Torpaq sahəsinin planı və sərkərlərinin ölçüsü” (Miqyas 1:1000) hissəsində 1386A nömrəli kimi qeyd edilmiş torpaq sahəsinin qərb hissəsində torpaq zolağı ərazi qeyd edilmişdir. Həmin şəhadətnamənin giriş hissəsi isə M.M.Axund küçəsi istiqamətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli №0262994 Çıxarışa və **********43-10301 reyestr nömrəli Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) Texniki Pasportunda “Torpaq sahəsinin planı” hissəsində situasiya planı adlanan qrafada torpaq sahəsinin və fərdi yaşayış evinin yolu MM.Axund küçəsindən göstərilmişdir. Hər iki torpaq sahəsinə göstərilən yol naturadakı yol ilə eynilik təşkil edir. X3 xüsusi mülkiyyətinə verilmiş **********20 olan çıxarışa əlavə edilməli olan ‘Daşınmaz əmlakın texniki pasportu” sənədi əlavə edilmədiyindən həmin çıxarışda göstərilən 0.03 ha torpaq sahəsinin yolunun müəyyən etmək mümkün olmadı.Təqdim edilmiş sənədlərdə mövcud olan kadastr xəritəsindən çıxarışda 1386A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qərb hissəsində eni təxminən 2.2 metr, uzunluğu qərb hissədə 12.9 metr, şərq hissədə isə 11.1 metr olan gediş-gəliş yolu kimi nəzərdə tutulan torpaq zolağı göstərilmişdir.Beşinci sual üzrə:Təqdim edilmiş sənədlərə əsasən hər iki torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş yol bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədədir. Lakin 1386A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və kadastr xəritəsindən çıxarışda qərb hissəsində göstərilən yol (boşluq ərazi) birgə istifadədədir və naturada təcrid olunmuş yol olaraq mövcud deyildir.Altıncı sual üzrə:Təqdim edilən sənədlərə əsasən, mübahisəli tikili (ayaqyolu) Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş **********43-10301 reyestr nömrəli Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) Texniki Pasportunda göstərilən 300 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşməklə xüsusi mülkiyyətindədir. Yeddinci sual üzrə:Təqdim edilən sənədlərə əsasən, iddiaçılar Nümayəndə və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin qərb tərəfindən eni 1,3 metr, uzunluğu 11,1 metr olan torpaq zolağı Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahələrinə hazırda mövcud olan eni 2,2 metr, uzunluğu 12,9 metrlik gediş-gəliş yoluna iddiaçıların razılığı ilə könüllü olaraq birləşdirilməklə və Lənkəran Bələdiyyəsi ilə razılaşdırmaqla, həmin yolun eninin 3,5 metrədək genişləndirilməsi, nəticədə eni 3,5 metr uzunluğu 12,9 fon iki metr 90 sant) metr olan dalan yolunun yaradılması, həmçinin həmin yolun üzərində tikilmiş ayaqyolunun söküntüsü və həyətyanı torpaq sahəsinin başqa yerinə köçürülməsi iddiaçıların hesabına aparılmaqla qarşılıqlı razılıq əsasında mümkündür. (Sxem əlavə edilir) ”. Onların və qonşuları olan cavabdehlərin həyətyanı sahələrinə aparan hazırda mövcud olan yol 2.,2 metr enində və 12,9 metr uzunluğunda müəyyən edilməklə qüvvədə olan qanunvericliyimizin tələblərinə qismən uyğunlaşdırılmışdır.Lakin, bununla bərabər qeyd edirlər ki həmin mövcud yolun uzunluğu 12.9 metr qalmaqla onun eninin 3,5 (üç tam onda beş) metr enliyinə çatdırılması hər üç qonşular üçün faydalı ola bilər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə qarşı mülkiyyədə olan torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, iş üzrə cavabdeh Nümayəndə onun əmisi oğludur. Onunla iddiaçının mülkiyyətlərində olan torpaqlar (ona məxsus 0,03 ha, cavabdehə məxsus 0,025 ha) eyni ünvanda, yəni ünvan 4 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi-xx.xx.2021, qeydiyyat nömrəsi-**********, reyestr nömrəsi-**********20) əsasən Lənkəran şəhərində 0,03 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə yalnız bir tərəfdən-Lənkəran şəhəri M.M.Axund küçəsi ev 46 ünvanı tərəfdən giriş vardır. Həmin giriş isə cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən qapıdandır. Cavabdeh isə könüllü olaraq onu öz mülkiyyətimdə olan torpağa buraxmır və həmin ərazidən təyinatı üzrə istifadə etməyimə maneçilik törədir. Belə ki, o, orada tikinti işləri aparmaq istəyir. Lakin, ona məxsus torpaq sahəsinə keçid yalnız cavabdehin mülkiyyətində olan torpaq sahəsindən olduğundan məcburiyyət qarşısında qalıb heç bir iş görmür. Cavabdeh isə əksinə orada artıq tikinti işləri aparmağa başlayıb. Belə ki, təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həmin ərazidə lazımsız köhnə tikililər sökülməyə başlanılmışdır. Hesab edir ki, cavabdeh orada yeni tikililər inşa etsə, onun öz mülkiyyətində olan torpağa keçidi ümumiyyətlə çətinləşəcəkdir. Onun hazırda mülkiyyətində olan torpağa nə piyada, nə də maşın yolu vardır. İddiaçı olaraq bildirir ki, zəruri yolun əvəzində cavabdehə öz mülkiyyətində olan torpaq sahəsindən ona veriləcək yolun ölçüsünə uyğun torpaq sahəsini kompensasiya etməyə etiraz etmir.Bu səbəbdən də mülkiyyətçi kimi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi-xx.xx.2021, qeydiyyat nömrəsi-**********, reyestr nömrəsi-**********20) əsasən mülkiyyətimdə olan və ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdeh Nümayəndə mülkiyyətində olan torpaq sahəsinə giriş üçün M.M.Axund küçəsi tərəfdə qoyulmuş darvazanın girişindən sol tərəfdə (qərb tərəfdə) yerləşən ümumi tikilinin sərhədindən başlayaraq sağa doğru (şərqə tərəf) 2,5-3 metr məsafə ölçülüb buraxılmaqla həmin darvazanın ortasından sağa doğru (şərqə tərəf) 4 metr enində zəruri yolun (piyada və nəqliyyat vasitələri üçün) açılması və cavabdeh tərəfindən mülkiyyətimdə olan torpaq sahəsindən istifadəyə dair yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eyni zamanda ilk iddia üzrə digər İddiaçı2 nümayəndəsi Nümayəndə, onların nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda tərəflərin özləri tərəfindən imzalanaraq məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 məhkəməyə təqdim edilmiş barışıq sazişinin özü tərəfindən imzalandığını və aralarında razılıq əldə olunduğunu bildirərək məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK PHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2005-ci il tarixli, 3.21-3.43/2-858 nömrəli məktubundan görünür ki, tərtib olunmuş “Bölgü eskizi”nin texniki göstəricilərində, həmçinin faktiki vəziyyəti ilə bağlı hərhansı bir uyğunsuzluğa rast gəlinməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, “iş üzrə tərəflər- ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 barışıq sazişinin predmetini (ilk və qarşılıqlı iddia tələblərində göstərilən daşınmaz əmlaklarla bağlı) təşkil edən əmlaklarla və onların yerləşdiyi ərazinin bölünməsi ilə bağlı razılığa gəliblər ki, onların mülkiyyətində olan torpaq sahələrinin hissələrinin qarşılıqlı mübadiləsi yolu ilə həmin torpaq sahələrinin sərhədlərini bu müqavilənin tərkib hissəsi olan “Bölgü eskizi”nə uyğun qaydada müəyyən edilsin.” Məhkəmə, işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, təqdim edilmiş barışıq sazişinin qanunvericiliyin tələbinə uyğunluğunu, habelə tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş 29 aprel 2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-nin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. İş materiallarından görününür ki, ilk və qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün həmin tələbi irəli sürən müvafiq iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iş üzrə təyin edilmiş ekspertizanın aparılmasından ötrü ekspertə ödənilməli olan məbləğ 50 manat təşkil edir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ilk və qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu həmin şəxslərin özünə aid edilməli, işə baxılması ilə əlaqədar məsrəf kimi ekspertə ödənilməli olan 50 manat məbləğində tərəflərdən pul müştərək qaydada (hər birindən 12.50 manat olmaqla) tutularaq dövlət büdcəsinin müvafiq hesabına ödənilməlidir. MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115.0 və 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 122.3-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli tədqiq edib belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsindən könüllü olaraq ayıracaqları torpaq zolağının hesabına Lənkəran Bələdiyyəsinin ehtiyat fonduna (mülkiyyətinə) aid olan və iddiaçıların, həmçinin cavabdehlərin həyətanı torpaq sahələrinə dalan tipli gediş-gəliş yolunun 3.5 metrədək genişləndirilməsi və həmin yolun üzərində tikilmiş ayaqyolunun iddiaçıların hesabına sökülərək cavabdehin həyətyanı torpaq sahəsinə köçürülməsi tələbi barədə iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə qarşı mülkiyyədə olan torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli, xx.xx.2025ci il tarixli Barışıq Sazişinin 1-ci, 2-ci və 6-cı bəndlərində əks olunmuş müddəalar və razılaşmanın həlli məqsədilə tərtib olunmuş Bölgü Eskizi iş üzrə tərəflərin- ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 öhdəliyi, habelə həmin mübahisənin həlli üsulu və qaydası kimi müəyyən edilməli, iş üzrə tərəflər- ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 arasında olan hazırki Barışıq Sazişinin predmetini (ilk və qarşılıqlı iddia tələblərində göstərilən daşınmaz əmlaklarla bağlı) təşkil edən mübahisənin həlli Barışıq Sazişinin 1-ci bəndində qeyd olunan əmlaklarla və onların yerləşdiyi ərazinin bölünməsi ilə bağlı öz mülkiyyətlərində olan torpaq sahələrinin hissələrinin qarşılıqlı mübadiləsi yolu ilə həmin torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi həmin Sazişin 6-cı bəndində əks olunmuş və Sazişin tərkib hissəsi olan “Bölgü eskizi”nə uyğun qaydada müəyyən edilməli, ilk iddia üzrə iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsindən könüllü olaraq ayıracaqları torpaq zolağının hesabına Lənkəran Bələdiyyəsinin ehtiyat fonduna (mülkiyyətinə) aid olan və iddiaçıların, həmçinin cavabdehlərin həyətanı torpaq sahələrinə dalan tipli gediş-gəliş yolunun 3.5 metrədək genişləndirilməsi və həmin yolun üzərində tikilmiş ayaqyolunun iddiaçıların hesabına sökülərək cavabdehin həyətyanı torpaq sahəsinə köçürülməsi tələbi barədə iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə qarşı mülkiyyədə olan torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, ilk və qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu müvafiq olaraq onu ödəyən şəxslərin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ilk iddia üzrə iddiaçılar və Nümayəndə, İddiaçı2, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 hər birindən müştərək qaydada 12.50 (on iki manat əlli qəpik) manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. MPM-nin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Yuxarıda qeyd olunanlara əsasən, MPM-nin 261, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsindən könüllü olaraq ayıracaqları torpaq zolağının hesabına Lənkəran Bələdiyyəsinin ehtiyat fonduna (mülkiyyətinə) aid olan və iddiaçıların, həmçinin cavabdehlərin həyətanı torpaq sahələrinə dalan tipli gediş-gəliş yolunun 3.5 metrədək genişləndirilməsi və həmin yolun üzərində tikilmiş ayaqyolunun iddiaçıların hesabına sökülərək cavabdehin həyətyanı torpaq sahəsinə köçürülməsi tələbi barədə iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə qarşı mülkiyyədə olan torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixli Barışıq Sazişi təsdiq edilsin. xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin 1-ci, 2-ci və 6-cı bəndlərində əks olunmuş müddəalar və razılaşmanın həlli məqsədilə tərtib olunmuş Bölgü Eskizi iş üzrə tərəflərinilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 öhdəliyi, habelə həmin mübahisənin həlli üsulu və qaydası kimi müəyyən edilsin. İş üzrə tərəflər- ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 arasında olan hazırki barışıq sazişinin predmetini (ilk və qarşılıqlı iddia tələblərində göstərilən daşınmaz əmlaklarla bağlı) təşkil edən mübahisənin həlli Barışıq Sazişinin 1-ci bəndində qeyd olunan əmlaklarla və onların yerləşdiyi ərazinin bölünməsi ilə bağlı öz mülkiyyətlərində olan torpaq sahələrinin hissələrinin qarşılıqlı mübadiləsi yolu ilə həmin torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi müvafiq Sazişin 6-cı bəndində əks olunmuş və Sazişin tərkib hissəsi olan “Bölgü eskizi”nə uyğun qaydada müəyyən edilsin. İlk iddia üzrə iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsindən könüllü olaraq ayıracaqları torpaq zolağının hesabına Lənkəran Bələdiyyəsinin ehtiyat fonduna (mülkiyyətinə) aid olan və iddiaçıların, həmçinin cavabdehlərin həyətanı torpaq sahələrinə dalan tipli gediş-gəliş yolunun 3.5 metrədək genişləndirilməsi və həmin yolun üzərində tikilmiş ayaqyolunun iddiaçıların hesabına sökülərək cavabdehin həyətyanı torpaq sahəsinə köçürülməsi tələbi barədə iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Nümayəndə qarşı mülkiyyədə olan torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İlk və qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu müvafiq olaraq onu ödəyən şəxslərin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ilk iddia üzrə iddiaçılar və Nümayəndə, İddiaçı2, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 hər birindən müştərək qaydada 12.50 (on iki manat əlli qəpik) manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-12/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-12/2025
29.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver