Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1209/2025 01.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “cavabdehin mülkiyyətindən çıxarılması və orada apardığı tikintinin sökülməsi” tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin mülkiyyətindən çıxarılması və orada apardığı tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən, xüsusi mülkiyyətdə inşa etdiyi evin sökülməsi və cavabdehin oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində ona məxsus xüsusi mülkiyyətində olan ev və həyətyanı torpaq sahəsi mövcuddur. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarış verilmişdir. Bildirmək istəyir ki, Lənkəran rayon sakini Cavabdeh həyətyanı torpaq sahəsi yaxınlıqda yerləşdiyinə görə qanunsuz olaraq həyətinə daxil olmuş orada tikinti aparmışdır. O, həyətinə dəfələrlə daxil olaraq ona məxsus meyvə ağaclarını kəsir, öz həyətində qazıntılar apararaq onların həyətini yararsız hala düşməsinə şərait yaradır. Cavabdeh mütəmadi olaraq mülkiyyətinə qanunsuz müdaxilələr edərək qanunazidd əməllər törədir. Hal-hazırda isə bu şəxs ona məxsus torpaq sahəsinə daxil olaraq orada qanunsuz tikinti işləri aparmışdır. Bu hal onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Eyni zamanda qeyd edir ki, problemin məhkəmə icraatına düşmədən həll olunmasından ötrü tərəfindən dəfələrlə müvafiq qurumlara şikayətlər olmuşdur. Lakin sözügedən şəxs hələ də bu əməllərinə davam etməkdədir. Bildirmək istəyir ki, onun şikayəti əsasında həyətyanı sahəsinə baxış keçirilmişdir. Buna əsasən də Cavabdeh mülkiyyət hüququ təsdiq edən torpaq sənədini və evin layihəsini Səpnəkəran bələdiyyəsinə təqdim etmişdir. Nəticədə aşkar olunmuşdur ki, ara məsafəsi gözlənilmədən onun tərəfindən ev tikilmişdir. Bununla bağlı bələdiyyə tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 08 saylı arayışda məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən hazırda məhkəmə müdafiəsindən istifadə etmək üçün müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, mərhum babası Vəli Əhmədovla mərhum nənəsi Nənəvəs Əhmədovun birgə nikahından 6 övladı-X13, X16, X11, X12, X5 və X14 doğulmuşdur. Hal-hazırda iddiaçının iddia ərizəsində onun mülkiyyətindən çıxarılmasını və tikilməkdə olan fərdi yaşayış evinin sökülməsini tələb etdiyi torpaq sahəsi əvvəllər onun mərhum babasının mülkiyyətində olmuşdur. Yuxarıda adlarını qeyd etdiyi övladlar da həmin 0,25 ha torpaq sahəsinə babası tərəfindən tikilmiş fərdi yaşayış evində doğulmuşlar. Həmin fərdi yaşayış evində halhazırda iddiaçının yaşamasına baxmayaraq 2005-ci il tarixə kimi onlar ailəvi olaraq (atası, anası, qardaşı və bacıları) həmin evdə yaşamışlar. 1980-ci illərdə mərhum babası tərəfindən hələ sağlığı dövründə 0,25 ha torpaq sahəsindən 0,07 ha hissəsi onun atasına bağışlanılmışdır. 2005-ci il tarixdə onlar həmin həyətdən köçüb Yuxarı Nüvədi kəndində başqa evdə yaşamışlar. Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli protokolundan çıxarışdan da görünür ki, X8 DMSS-mn T/T-nin xx.xx.1990-cı il tarixli, 38 nömrəli əmri ilə atasının mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən ayrılmış 0,07 ha torpaq sahəsində yaşayış evi tikmək haqqında Səpnəkəran kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6 nömrəli qərarı nəzərə alınmış və beləliklə ona RİK-nın memarlıq şöbəsinin lahiyəsi əsasında sahəsi 40 kv.m olan, 2 otaqdan ibarət 1 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2022-cı il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi- **********93) çıxarışından görünür ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində 0,07 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixli, 40-23 saylı bağışlama müqaviləsi əsasında Lənkəran 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilməklə atası tərəfindən ona bağışlanılmışdır. Həmin çıxarış verilməmişdən qabaq qeyd olunan torpaq sahəsinin planı tərtib edilərək ölçü işləri aparılmış və yeri də ona göstərilmişdir. "xxxx" MMC trəfindən verilmiş fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, onun Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********93) çıxarışına əsasən Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində tikəcəyi iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin tikinti sahəsi 90 kv.m, ümumi sahəsi 143.1 kv.m, yaşayış sahəsi 57.6 kv.m, bünövrəsi butabeton, divarları mişar daşı, qırmızı kərpicdən ibarət olacaqdır. 2022-ci il tarixdə onlar ailəvi yenidən hal-hazırda mübahisə predmeti olan həyətə köçmüşlər və sökülməsi tələb olunan evi tikməyə başlamışlar. Həmin evin tikintisi başa çatmış, tam təmir olunana kimi 3 daş üstündə müvəqqəti olaraq yasamaqçün tikdiyi bir daxmada ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda evin ancaq divarları götürülmüş, üstünü örtməyə məhkəmənin 16(049)-21/2025 saylı, 07 mart 2025-ci il tarixli qərardadı imkan verməmişdir. Belə ki, həmin qərardada görə iddiaçı X3 Cavabdeh qarşı “cavabdehin mülkiyyətdən çıxarılması və orada apardığı tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi mülki isə mahiyyəti üzrə baxılıb yekunlasanadək Cavabdeh iddiaçı X1 xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında 0,15 ha torpaq sahəsində tikintinin apardması qadağan edilmişdir. Lakin, etiraza əlavə etdiyi çıxarışdan da görünür ki, o, evi xüsusi mülkiyyətində olan torpaqda tikmişdir. Beləliklə, məhkəmənin ədalətsiz mövqeyinə və işə birtərəfli yanaşmasına görə haqsız yerə evinin tikintisinə qadağa qovulmuşdur və nəticədə ailəsi ilə birlikdə şəraiti olmayan müvəqqəti tikdiyi daxmada qalmaq məcburiyyətindədir. 2022-ci il tarixdə evin tikilməsinə görə ilk mübahisələri yaranmış və iddiaçı iddia etmişdir ki, o, iddiaçının mülkiyyətində olan torpağında ev tikir. İddiaçıya müvafiq çıxarışı, evin tikintisi ilə bağlı eskiz layihəsini və s. sənədləri göstərməklə iddiaçının əsassız yerə ona məxsus torpağı zəbt etməklə ev tikməyini izah etməyə çalışsa da bu heç bir nəticə verməmiş və məhz belə məsələlərin üstündə dəfələrlə iddiaçı ondan Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Hər dəfəsində də etdiyi şikayətlər əsassız olduğundan təmin edilməmiş və icraat xitam verilmişdir. Hətta bir dəfə iddiaçı, yoldaşı hamilə olduğu vəziyyətdə onun yoldaşına hücum çəkməklə uşağın həyatı və yoldaşının səhhəti üçün ciddi təhlükə yaratmışdır. İddiaçı onun qanuni sənədləri ola-ola həmin sənədləri saxta yollarla aldığını bildirir. iddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 08 saylı bələdiyyə tərəfindən verilmiş evin ara məsafəsi gözlənilmədən tikilməsinə dair verilmiş arayış da qərəzli olaraq verilmişdir. Belə ki, arayışın məzmununu yalnız və yalnız müvafiq ekspert təyin etməklə təsdiq edə bilər. Yəni, bu səlahiyyət bələdiyyəyə məxsus deyildir. O, iddiaçının həyətinə qanunsuz daxil olaraq orada ev tikməmişdir. İddiaçının həyətində olan ağacları kəsərək öz həyətinə aparmamışdır. İddiaçının mülkiyyətinə qanunsuz müdaxilələr etməmişdir. Bununla bağlı da iddiaçının hər hansı mötəbər sübutu iddia ərizəsinə əlavə edilməmişdir. Yəni, boş söz yığınından ibarət cümlələrdir ki, iddia ərizəsində yazılmışdır. Odur ki, İddiaçı ona qarşı «cavabdehin mülkiyyətdən çıxarılması və orada apardığı tikintinin sökülməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh özünə məxsus torpaq sahəsində mənə məxsus fərdi yaşayış evi ilə ara məsafəyə riayət etmədən apardığı icazəsiz tikintinin cavabdehin hesabına sökülərək ara məsafəsi zolağının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaхtı və yеri barədə lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək hazırda Azərbaycan Respublikasında olmadığını, bu səbəbdən də məhkəmədə iştirak edə bilmədiyini, iştirakı olmadan məhkəmə iclasını keçirərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etdi, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razı olduğunu, iddiaçıya məxsus olan torpaq sahəsinin onun tərəfindən istifadə edilən hissəsindən çıxmağa razı olduğunu bildirərək iddia tələbinin həmin hissədə, yəni qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində 0,15 ha torpaq sahəsində yerləşən 123,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********92-10301 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində 0,07 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində **********93 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4251 №-li, 01 avqust 2025-ci il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1706/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********92- 10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının Cavabdeh faktiki istifadəsində olan 0,105 ha torpaq sahəsinin 0,0032 ha hissəsində üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və **********92-10301 reyestr nömrəii Texniki Pasporta (xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı X2 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının onun faktiki istifadəsində olan 0,25 ha torpaq sahəsinin sərhəd hüdudlarının koordinatları daxilinə (mübahisəli 0,0032 ha hissəsi istisna olmaqla) düşməsi müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya və sahə fərqinin mövcud olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21,10.2022-ci il tarixli, ********** qeydiyyat nömrəii Çıxarışa və **********92-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********93 reyestr nömrəii "Torpaq sahəsinin planı və öiçüsü"nə əsasən Cavabdeh mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin koordinatlarının sənəd üzrə üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayonu, Yuxan Nüvədi kəndi ərazisində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəii Çıxarışa və **********92-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı X4 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin 0,0032 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən iddiaçı X3 mülkiyyətində olan 0,15 ha torpaq sahəsində hər hansı tikilinin inşa edilməməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin öz mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hazırda cavabdehin qanunsuz hərəkəti ekspert rəyi ilə təsdiq olunduğundan iddiaçının mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin ona məxsus torpaq sahəsini bütünlükdə zəbt etdiyi və orada ona məxsus fərdi yaşayış evi ilə ara məsafəyə riayət etmədən apardığı icazəsiz tikinti apardığını qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçının bu iddiası öz təsdiqini tapmamış, Cavabdeh İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin yalnız 0,0032 ha hissəsin istifadə etməsi, sonuncu tərəfindən inşa edilmiş tikililərin öz mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən 0,15 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,0032 ha hissəsi zəbtdən azad edilməli və Cavabdeh həmin 0,0032 ha hissədən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı oğlu tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat olmaqla, ümumilikdə 195 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən 0,15 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,0032 ha hissəsi zəbtdən azad edilsin, Cavabdeh həmin 0,0032 ha hissədən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı oğlu tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat olmaqla, ümumilikdə 195 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı oğluna verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1209/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1209/2025
01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver