Məhkəmə qərarları › İş №2(049)-129/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-129/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-129/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X17 o]luna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan torpaq sahəsinin cabadeh X9 tərəfindən zəbt olunmuş 11,7 sot hissəsinin zəbtdən azad olunaraq İddiaçı Möhsum qızına təhvil verilməsi, cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin oz hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı X1 VTB Azərbaycan ASC-yə məxsus olmuş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən ümumi sahəsi 0,1709 hektar torpaq sahəsi və onun üzərində olan 195,8 kv.m qeyri-yaşayış binasını hərrac vasitəsilə onun həyat yoldaşı X2 adına almış və həmin torpaq sahələri və qeyri yaşayış binası X2 adına sənədləşdirildikdən sonra həmin torpaq sahəsini və qeyri-yaşayış binasını həyat yoldaşı ona hədiyyə etdiyindən X6 ilə aralarında 13 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlanmış və həmin müqavilələr əsasında həmin torpaq sahəsi və qeyriyaşayış binasını öz mülkiyyətinə qəbul etmişdir. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra o həmin sahəni hasara almaq qərarına gəlmiş, bu zaman müəyyən edilmişdir ki, ona məxsus olan torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş 11,7 sot torpaq sahəsində cavabdeh tərəfin qanunsuz olaraq tikdirdikləri, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının 40 faizi yerləşir. Bu barədə tərəflərindən cavabdeh Sadiq Bağırova bildirsə də cavabdeh əvvəllər onun torpaq sahəsini zəbt etmədiyini, həmin çənlərin ona məxsus olan torpaq sahəsində yerləşmədiyini iddia etmişdir. Ancaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə etdiyi müraciətdən sonra həmin idarənin əməkdaşları tərəfindən torpaq sahəsi yerində ölçülərək koordinatları müəyyən edilərkən cavabdeh də həmin çənlərin ona məxsus olan torpaq sahəsində yerləşdirdiyini və onun torpaq sahəsini zəbt etdiyini başa düşdü. Bundan sonra dəfələrlə cavabdehdən ona məxsus olan torpaq sahəsinin zəbtdən azad etməsini və orada aparmış olduğu qanunsuz tikililərin sökülməsini tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirməklə xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbtdən azad etməmiş və özünün qanunsuz hərəkətlərini hazırki vaxtda da davam etməkdədir. Cavabdeh hazırda mülkiyyətin hasara alınmış torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsini sənədləşdirib ona verəcəyini təklif etsə də, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinin ilkin sənədlərdən başqa heç bir hüquq müəyyənedıcı sənədi yoxdur və cavabdehin mülkiyyətində deyildir. Bundan başqa həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu barədə qardaşı X10 tərəfindən Lənkəran rayon prokurorluğuna müraciət edilmiş və onun şikayət ərizəsi Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı X8 tərəfindən araşdırılmış və həmin araşdırma zamanı da cavabdeh torpaq sahəsini zəbt etdiyini etiraf etmiş və zəbt etdiyi torpaq sahəsini buraxacağına söz versə də, hazırki vaxta kimi öz qanunsuz hərəkətlərinə son qoymamışdır. Həmin vaxt qardaşı Əlisa Əliyev ilə cavabdeh Sadıq Bağırov arasında razılıq əldə edilmişdir ki, Sadıq göstərilən, yəni ona məxsus olan torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş 11,7 sot torpaq sahəsində onların qanunsuz olaraq tikdirdikləri, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, qaz paylayıcının 40 faizinin əvəzində yuxarıda qeyd etdiyi guya onlara məxsus olmaqla bələdiyyə ilə Sadıq Bağırov arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilən və ona məxsus torpaq sahəsinə bitişik olmaqla hasarının daxilində olan 5 sot torpaq sahəsini, eləcə də qalan 6,7 sot torpaq sahəsini isə ona məxsus olmaqla sağ tərəfdə olan torpaq sahəsindən ölçüb 6 ay müddətində sənədləşdirib ona verəcək. Hətta həmin araşdırma zamanı Sadıq Bağırov ayrıca olaraq Lənkəran rayon polis şöbəsinə rəsmi iltizam da verərək həmin iltizamda göstərmişdir ki, o, qardaşı Əlisa Əliyevə kadastr əsasında özünə məxsus torpaq sahəsini gələcəkdə tam özəlləşdirib qurtardıqdan sonra tam istifadəsinə verəcəyini, bununla yanaşı da Əlisa ona özünə məxsus torpaq sahəsini verir və onlar öz torpaq sahələrini bir-biri ilə əvəz etmişlər. Hal hazırda aralarında olan məsələyə son qoyduqlarından aralarındakı araşdırmanın dayandırılmasını, əgər vermiş olduğu iltizamı pozarsa, gələcəkdə aparılan araşdırmalara heç bir etirazının olmadığı bildirmişdir. Bu o deməkdir ki, artıq cavabdeh Sadıq Bağırov razılaşmanı pozmuş, heç bir torpağı sənədləşdirib onlara verməmişdir. Ona görə də həmin vaxt onun təklifi ilə razılaşıb torpaq sahəmizi hasara almışlar. Bu səbəbdən də polisdə olan araşdırma həmin şərtlər əsasında dayandırılmışdır. Bununla belə cavabdeh sözlərinə əməl etməmiş və qeyd edilən torpaq sahəsini sənədləşdirib ona verməmişdir. Beləliklə cavabdeh Sadıq Bağırov onun mülkiyyətində olan torpaq sahəsinin bır hissəsini zəbt etməklə öz xüsusi mülkiyyətində olan torpaq sahədindən özünün iradə ifadəsinə uyğun olaraq sərbəst istifadə etməyinə qanunsuz olaraq mane olur və zəbt etdiyi torpaq sahəsini könüllü olaraq zəbtdən azad etmir və zəbt etdiyi hissədə qanunsuz tikdiyi tikililəri və qaz çənlərini oradan götürmür. O da mülkiyyətçi olaraq pozulmaqda olan hüquqlarının bərpa olunmasından ötrü hazırki iddia ərizəsi ilə məhkəməyə maraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibiliyi və istifadəsinə verilmiş, Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət dorpaq kadastr kitabında xx.xx.2010-cu il tarixli, A№489394 saylı, 182 nömrə ilə qeydə alınmış Lənkəran rayonu, Sütəmurdov kəndində mübahisəli ərazidə yol kənarında yerləşən 0,05 ha torpaq sahəsindən yerləşən hasarın cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin istifadəsindən və sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının qardaşı X10 onun ailəsinə məxsus ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyri - yaşayış binasını ondan məlumatı və xəbəri olmadan "xxxx" VTB Azərbaycan ASC- dən hərrac vasitəsi ilə almışdır. Hansı ki, hərracın ondan və ailə üzvlərindən xəbərsiz keçirilməsi hesab edir qanunsuzdur və bu ayrı iddia predmetidir. İlkin iddia üzrə sökülməsi və boşaldılması tələb olunan hissə onun və ailəsinin əmlakı "xxxx" ASC və ilkin iddia üzrə iddiaçının qardaşı və həyat yoldaşı tərəfindən onlardan xəbərsiz qanunsuz olaraq öz adlarına sənədləşdirdikləri məlum olduqdan sonra aralarında olan narazılığın Lənkəran rayon polis şöbəsində araşdırılması zamanı ona məlum olmuşdur ki, onun sahibliyində və istifadəsində olan əmlakın kiçik bir hissəsi, onların ələ keçirdiyi torpaq sahəsinə düşür. Belə olan təqdirdə o, Torpaq və xəritəçəkmə komitəsinin X15 kitabında xx.xx.2010 tarixli A№ 489394 182 nömrə ilə qeydə alınmış yol qırağında olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli olan torpaq sahəsini bu hissə ilə dəyişməyə razılıq vermişdir. Polis şöbəsində həmin torpaq sahəsinə çıxarış aldıqdan sonra bunu rəsmiləşdirməyə razılaşmışlar. Bu günə qədər torpaq sahəsinə çıxarış ala bilmədiyindən (dəfələrlə müraciət etməsinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reystri xidmətindən həmin təyinatlı torpaqlara çıxarış verilməsi dayandırılmışdır). Buna baxmayaraq ilkin iddia üzrə iddiaçı ona məxsus torpaq sahəsini hasara almış, öz istifadəsində saxlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş ilkin İddiaçı və qarşılıqlı iddiaçı X9 məhkəmə iclasına gəlməmişlər. qarşılıqlı iddiaçı X9 məhkəmə vəsatətlə müraciət edərək, istifadəsində və sahibliyində olan 0,05 ha torpaq sahəsinin onun mülkyyəti kimi qeydə alınması üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyini, buna görə də həmin işə baxılıb yekun qərar qəbul edilənədək hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. İlkin İddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qarşılıqlı iddiaçı X3 vəsatətinin təmin ediləcəyi və mülki işin icraatının dayandırılacağı təqdirdə İddiaçı iddiasına baxılmasının lüzumsuz uzanmasına səbəb olacağından Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il qərardadı ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi tələbinə dair 2(049)-129/2023 №-li mülki işdən «qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki iş ayrılmış, həmin mülki işə ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan və «Qeyri yaşayış binasının Texniki Pasportu»ndan görünür ki, ünvan 1ində yerləşən 0,1709 ha torpaq sahəsi və üzərində olan sahəsi 195,8 kv.m olan qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2871,6 kv.m olan əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət hüququ X6 tərəfindən İddiaçı verilişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli, **********04-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin 0,117 ha hissəsi cavabdeh X11 tərəfindən zəbt edilmişdir. Cavabdehə məxsus ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcı iddiaçıya məxsus torpaq sahəsinin üzərində olmaqla cavabdeh X11 tərəfindən istifadə edilir və bu iddiaçıya məxsus torpaq sahəsinin 40% hissəsi üzərində yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli, **********04-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyətinin üst-üstə düşməsi müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin cavabdeh X9 tərəfindən istifadə edilməməsi müəyyən olundu. Araşdırma zamanı xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı məxsus 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsinin cavabdeh X9 tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında cavabdeh X5 verilmiş 0,05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-627/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0.1709 ha torpaq sahəsinin cavabdeh X9 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən, xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin cavabdeh X9 tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunmuşdur. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında cavabdeh X5 verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 0,1709 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla həmin torpaq sahəsinin 0.1059 ha hissəsi cavabdeh X3 qanunsuz istifadəsindədir. İddiaçının tələbindən görünür ki, o özünə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən geri qaytarılmasını və həmin hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı tələb edilən torpaq sahəsinin mülkiyyətçisidir.

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyinə əsasən iddiaçı ona məxsus 0,1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsində sahibliyi həyata keçirmək imkanından məhrumdur.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyinə əsasən əsasən iddiaçılara məxsus 0,1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsi cavabdeh X12 tərəfindən faktiki olaraq istifadə etməklə onun sahibliyindədir.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – X11 faktiki olaraq istifadə etdiyi 0,1059 ha torpaq sahəsinə dair hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya məxsus 0,1059 ha torpaq sahəsinə qanunsuz sahibliyi həyata keçirir.

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, cavabdeh X4 iddiaçıya məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,117 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində qismən, yəni iddiaçılara məxsus 0,1059 ha torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçılara təhvil verilməsi hissəsində əsaslıdır. Məhkəmə iddiaçı ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin özü tərəfindən sökülməsi hissəsinə qiymət verərək, onu da qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsində inşa edilmiş tikililərin mövcud olub-olmaması məsələsi öz əksini tapmasa da, həmin məsələ iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində öz əksini tapdığından iddiaçıya məxsus 0,1709 ha torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan 0,1059 ha hissəsində cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Nurəddin Nəsirovdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən (cavabdeh X11 tərəfindən istifadə edilən) cavabdeh X11 çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı təhvil verilməli, həmin torpaq sahəsində cavabdeh X11 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülməli, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdeh X7 aid edilməklə ondan tutularaq ğdvlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən cavabdeh X11 çıxarılsın və həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsində cavabdeh X11 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülsün. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdeh X7 aid edilməklə ondan tutularaq ğdvlət büdcəsinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar