Məhkəmə qərarları › İş №2(049)-13/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-13/2025

09.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-13/2025 09.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxslər X7 və X8 iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər X4 və X10 qarşı «birgə mülkiyyətdə olan əmlaka görə kompensasiyanın ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X13, Cavabdeh, üçüncü şəxslər X4 və X10 qarşı «birgə mülkiyyətdə olan əmlaka görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və üçüncü şəxslərin paylı mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139,7 kv.m olan fərdi yaşayış evinin hərracda satılaraq ona çatn 1/5 hissəyə uyğun 20000 manat məbləğində kompensasiya pulunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1957-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X6, anası isə X5 olmuşdur. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 139.7 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum X6na və mərhum anası X3 məxsus olmuşdur. Onlar vəfat etdikdən sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi vərəsəlik qaydasında onların övladlarına miras qalmış və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi paylara bölünərək onun payı da 1/5 hissədə müəyyən edilmişdir. Bu barədə çıxarış da verilmişdir. O, həmin fərdi yaşayış evinin paylı mülkiyyətçisi qardaşı olan cavabdeh onu həmin fərdi yaşayış evinə buraxmır və payının pulunu da ona vermək istəmir. O, həmin fərdi yaşayış evini kirayə verərək ondan qazanc əldə edir və həmin puldan ona vermir. Ona görə də özünə düşən payı naturada ayıraraq satmaq istəyir. Payını naturada ayırmaq istəsə də, cavabdeh onunla razılaşmır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etdim ki, məhkəmə qaydasında öz ümumi birgə payımı cavabdehin payından naturada ayırıb, bundan sonra özümə çatan paydan sərbəst şəkildə istifadə edim və lazım olanda satım. Mənim iddia tələbim məhkəmənin icraatına daxil olsamda olandan sonra yaranmış mübahisə ilə əlaqədar ekspertiza təyin edilmişdir. Lakin ekspert rəyində qeyd etmişdir ki, bizim birgə mülkiyyətdə olan torpaq sahəsinin real olaraq paylara uyğun şəkildə, yəni beş hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bununla da mənim mülkiyyət hüquqlarım pozulur. Hesab edirəm ki, əgər ümumi birgə mülkiyyətimdə olan fərdi yaşayış evini naturada bölmək mümkün deyilsə, onda cavabdeh həmin fərdi yaşayış evindən mənə çatan 1/5 hissənin pulunu verməlidir. Çünki, bu qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin cavabdeh könüllü olaraq nə həmin fərdi yaşayış evindən mənə çatan 1/5 hissəni naturada ayırıb, mənə vermək istəmir, nə də bunun müqabilində mənə çatan kompensasiya pulunu vermək istəmir. Qeyd edilən fərdi yaşayış evinin hazırda bazar qiyməti 100000 manat təşkil edir. Odur ki, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 X2 oxunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçı X13 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 işin baxılmamış saxlanılması ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxdığını bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 işin baxılmamış saxlanılması ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxdığını bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan ********** №-li ödəniş qəbzindən görünür ki, iddiaçı X13 150 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə və MPM-nin 114.1.5, 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər X4 və X10 qarşı «birgə mülkiyyətdə olan əmlaka görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə edilmiş sənədlər ona geri qaytarılsın. İddiaçı tərəfindən ********** №-li ödəniş qəbzi əsasında ödənilmiş 150 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar