Məhkəmə qərarları › İş №2(049)-134/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-134/2023

17.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-134/2023 17.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz zəbt edilən ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun giriş-çıxışında qoyulmuş çəpər setkanın sökülməsi tələbinə dair » mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər cabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz zəbt edilmiş Lənkəran rayonu, Şürük kəndində yerləşən ona məxsus olan paybəlli torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş setka çəpərin cavabdehlərin hesabına sökülməsi, ödədiyi dövlət rusumu olan 100 manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Lənkəran rayonu, Şürük kəndində anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə həmin kənddə yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Lənkəran rayonu, Şürük kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 şifahi və yazılı qaydada ərizələrlə dəfələrlə Lənkəran rayon Şürük kənd bələdiyyəsinə müraciət etmiş və Lənkəran rayon icra Başçısının qəbulunda olmuşdur. Belə ki, cavabdehlər uzun müddətdir ki, Lənkəran rayon Şürük kəndində ailə üzvlərinə məxsus paybəllı torpaqlarına gediş-gəliş yollarını zəbt etmiş və həmin yolda setka çəpər vurmuşlar. Cavabdehlərin bu hərəkətləri nəticəsində onlar həmin yoldan istifadə edə bilmirlər. O, müraciət etdiyi orqanlara həmin yolun ümumi istifadədə olan yol olduğunu qeyd etsə və bu barədə cavabdehlərə desələr də cavabdehlər bunların heç birinə məhəl qoymamışlar. Həmin yol Şürük kənd bələdiyyəsinin mülkiyyətindədir. Bu barədə Bələdiyyəyə müraciət olunmuşdur. Sözügedən yoldan başqa paybəlli torpaq sahəsinə geməyə yolu yoxdur. Məhz bu səbəbdən cavabdehlərin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, onun paybəlli torpaq sahəsinə iki tərəfdən gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Yol bir tərəfdən cavabdehlərdən İddiaçı, digər tərəfdən Cavabdeh2 tərəfindən zəbt edilərək, hasarlanmışdır. Hazırda Habil yolu qismən açmışdır, Valeh isə həmin hissəni zəbt etməkdə davam edir. İddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddia tələbini özünə qarşı hissədə qəbul etmir. Belə ki, İddiaçı məxsus olan paybəlli torpq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Hazırda da həmin torpaq sahəsinə gedən yol onun torpaq sahəsi tərəfində tam açıqdır. Belə ki, o, həmin hissəyə 2008-ci ildən çəpər çəkmişdir, lakin hazırda həmin hissədə çəkdiyi çəpəri sökmşdür. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan JN-0075 kod 80219018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Lənkəran rayonu Şürük kəndi Aqrar İslahat Komissiyasının 30 may 2023-ci il tarixli, 10 nömrəli qərarı ilə Lənkəran rayonu Şüruk kəndində İddiaçı 0,18 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 30 may 2023-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən 0,108 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 26 iyul 2023-ci il tarixli, 10/5011 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1542/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0075 (KOD ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən 0,108 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaması müəyyən olunmuşdur. JN-0075 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən 0,108 ha torpaq sahəsinə kanal (su arxı) qırağı nəzərdə tutulan yolun Cavabdeh2 tərəfindən istifadə olunması, yəni yolun giriş hissəsinin Cavabdeh2 tərəfindən tutulması (çəpərə alınması) müəyyən olunmuşdur.” Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə iddianın “torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması və maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 26 iyul 2023-ci il tarixli, 10/5011 saylı ekspert, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə qeyd edilən hissədə iddianın qismən əsaslı olması qənaətinə gəlinir. Həmin rəylərdən görünür ki, Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən 0,108 ha torpaq sahəsinə kanal (su arxı) qırağı nəzərdə tutulan yolun Cavabdeh2 tərəfindən istifadə olunması, yəni yolun giriş hissəsinin Cavabdeh2 tərəfindən tutulması (çəpərə alınması) müəyyən olunmuşdur. İş üzrə digər Cavabdeh1 tərəfindən isə yəni yolun giriş hissəsindən istifadə olunması faktı müəyyən edilməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddia tələbi yalnız cavabdeh Hüseynli V Cavabdeh2 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına 95 manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də Cavabdeh2 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 JN-0075 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən 0,108 ha torpaq sahəsinə kanal (su arxı) qırağı yol üçün nəzərdə tutulan torpaq sahəsindən çıxarılsın və həmin yolun girişində quraşdırılan çəpər Cavabdeh2 hesabına sökülsün. JN-0075 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən 0,108 ha torpaq sahəsindən istifadəyə dair İddiaçı Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh2 müştərək qaydada mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi 195 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar