Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-134/2024 01.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, ilkin İddiaçı2(bundan sonra mətndə ilkin iddiaçı), onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin İddiaçı2 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı (bundan sonra mətndə qarşılıqlı iddiaçı) Cavabdeh qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi» tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçı X6, cavabdeh İddiaçı1 və 3-cü şəxslər Lənkəran şəhər 1 saylı Notariat Ofisinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinə qarşı «əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə T Ə S V İ R İ H İ S S Ə: MÜƏYYƏN ETDİ: İlkin İddiaçı1 Cavabdeh o]luna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsilə ona bağışlanmaqla mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,1059 ha hissəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş tikililərin, yəni ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının müəyyən hissəsinin Cavabdeh öz hesabına sökülməsi, eləcə də iddia qaldırarkən ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin İddiaçı1 və İddiaçı2 məhkəməyə ayrı-ayrılıqda ərizə verərək, bildirmişlər ki, İddiaçı1 Cavabdeh qarşı Bağışlama müqaviləsi əsasında özynə məxsus olan 1,26532 ha torpaq sahəsinin zəbt olunmuş 0.1059 ha hissəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia qaldırmışdır. Hazırda İddiaçı1 qeyd edilən çıxarış və bağışlama müqavilələrinə əsasən özünə məxsus olan həmin torpaq sahələrini İddiaçı2 bağışlamış və bu barədə daşınmaz Əmlakın Dövlət Reyestrindən mənə müvafiq çıxarışlar verilmiş və sözügedən ərazidə yerləşən torpaq sahələri və əmlaklar onun mülkiyyətindədir. Bu səbəbdən də bacısı İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı olaraq İddiaçı2lə əvəz edilməsini və onun iddiaçı kimi tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Lənkəran Rayon Məhkəməsinin qərardadı ilə, ilkin iddiaçı İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İlkin iddia ərizəsində, İddiaçı2 onun, habelə onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında tələb onunla əsaslandırılmışdır ki, Bank VTB Azərbaycan ASC-yə məxsus olmuş Lənkəran rayonunu Sütəmurdov kəndi ərazisində yerləşən ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyri-yaşayış binasını hərrac vasitəsilə bacısı İddiaçı1 həyat yoldaşı X7 almış və həmin torpaq sahələri və qeyri yaşayış binası X3 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsinə bitişik olmaqla eyni ərazidə, 1,26532 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 2871,6 kv.metr olan qeyri-yaşayış sahəsi də kürəkəni Namiq Nəcəfovun adına çıxarış alınıb sənədləşdirilməklə daha sonra həmin torpaq sahəsini və qeyri-yaşayış binasını həyat yoldaşı, yəni onun bacısı İddiaçı1 bağışladığından X7 ilə bacısı İddiaçı1 arasında 13 dekabr 2018-ci il tarixdə Daşınmaz əmlakın bağışlanması haqqında müqavilərər bağlanmış və həmin müqavilələr əsasında həmin torpaq sahəsi və qeyriyaşayış binası bacısı Səlimənin mülkiyyətinə keçmişdir. Bu barədə İddiaçı1 Daşınmaz Əmlakın Dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ verilmişdir. Bundan sonra həmin sahəni hasara almaq qərarına gəlmiş və torpaq sahəsini hasara alan zaman həmin torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş müəyyən hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikdirilmiş, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının 40 faizi yerləşdiyi müəyyən edilmişdir. Hazırda İddiaçı1 qeyd edilən çıxarış və bağışlama müqavilələrinə əsasən özünə məxsus olan həmin torpaq sahələrini ona bağışlamış və bu barədə daşınmaz Əmlakın Dövlət Reyestrindən ona müvafiq çıxarışlar verilmiş və sözügedən ərazidə yerləşən torpaq sahələri və əmlaklar onun mülkiyyətindədir. Bu səbəbdən də bacısı İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı olaraq İddiaçı2 ilə əvəz edilməyini və onun iddiaçı kimi tanınmağını xahiş etmişdir. müəyyən edildi ki, Cavabdeh zəbt etdiyi torpaq sahəsini buraxmasını tələb etsək də, ilk vaxtlar o, torpaq sahəsini zəbt etmədiyini, həmin çənlərin mənə məxsus olan torpaq sahəsində yerləşmədiyini, onun özünə məxsus torpaq sahəsində yerləşdiyini iddia etdi. Ancaq tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10 saylı ərazi idarəsinə edilmiş müraciətə əsasən həmin torpaq sahəsi yerində ölçülərək koordinatları müəyyən edilərkən cavabdeh də həmin çənlərin bizə məxsus olan torpaq sahəsində yerləşdirdiyini və həmin torpaq sahəmi zəbt etdiyini başa düşərək etiraf etdi. Bununla belə sonradan dəfələrlə cavabdehə bizə məxsus olan torpaq sahəsini zəbtdən azad etməsini və orada aparmış olduğu qanunsuz tikililərin sökülməsini ondan tələb etsək də Cavabdeh hər dəfə müxtəliş bəhanələr gətirməklə mülkiyyətə olan torpaq sahəsini zəbtdən azad etməmişdir. Cavabdeh hazırda mənim mülkiyyətimdə olmaqla hasara alınmış torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsini sənədləşdirib mənə verəcəyini təklif etsə də, sonradan məlum oldu ki, həmin torpaq sahəsinin ilkin sənədlərdən başqa heç bir hüquq müəyyənedici sənədi yoxdur və müvafiq çıxarış verilmədiyindən cavabdehin mülkiyyətində deyildir. Daha sonra həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu barədə qardaşı X10 tərəfindən Lənkəran rayon prokurorluğuna müraciət edilmiş və onun şikayət ərizəsi Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsi tərəfindən araşdırılmış və həmin araşdırma zamanı da cavabdeh torpaq sahəsini zəbt etdiyini etiraf etmiş (cinayət işinin başlanmasının rədd edlməsi barədə qərar və cavabdehin polisə verdiyi izahatın surəti iddia ərizəsinə əlavə edilmişdir) və zəbt etdiyi torpaq sahəsini buraxacağına söz versə də hazırki vaxta kimi öz qanunsuz hərəkətlərinə son qoymamışdır. Həmin vaxt qardaşı Əlisa Əliyev ilə Cavabdeh arasında razılıq əldə edilmişdir ki, Sadıx göstərilən, yəni hazırda ona məxsus olan torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş torpaq sahəsində onların qanunsuz olaraq tikdirdikləri, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, qaz paylayıcının 40 faizinin əvəzində yuxarıda qeyd edilmiş, guya cavabdehə məxsus olmaqla bələdiyyə ilə Sadıq Bağırov arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilən və ona məxsus torpaq sahəsinə bitişik olmaqla hasarının daxilində olan 5 sot torpaq sahəsini, eləcə də qalan 6,7 sot torpaq sahəsini isə ona məxsus olmaqla sağ tərəfdə olan torpaq sahəsindən ölçüb 6 ay müddətində sənədləşdirib ona verəcəkdir. Hətta həmin araşdırma zamanı Cavabdeh ayrıca olaraq Lənkəran rayon polis şöbəsinə rəsmi iltizam da verərək həmin iltizamda göstərmişdir ki, o, qardaşı Əlisa Əliyevə kadastr əsasında özünə məxsus torpaq sahəsini gələcəkdə tam özəlləşdirib qurtardıqdan sonra tam istifadəsinə verəcəyini, bununla yanaşı da Əlisa onlara məxsus torpaq sahəsini verir və onlar həmin torpaq sahələrini bir-biri ilə əvəz edəcəklər. Eləcə də cavabdeh həmin vaxt rəsmi oaraq polisə bildirmişdir ki, aralarında olan məsələyə son qoyduqlarından aralarındakı araşdırmanın dayandırılmasını, əgər vermiş olduğu iltizamı pozarsa, gələcəkdə aparılan araşdırmalara heç bir etirazının olmadığı bildirmişdir. Bu o deməkdir ki, artıq Cavabdeh razılaşmanı pozmuş, həmin torpağı sənədləşdirib bizə verməmişdir. Ona görə də biz həmin vaxt Cavabdeh təklifi ilə razılaşıb torpaq sahəsini hasara aldıq. Bu səbəbdən də polisdə olan araşdırma həmin şərtlər əsasında dayandırıldı. Bununla belə cavabdeh sözlərinə əməl etməmiş və qeyd edilən torpaq sahəsini sənədləşdirib onlara verməmişdir. Beləliklə Cavabdeh əvvəllər bacısı İddiaçı1, hazırda isə onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə öz xüsusi mülkiyyətində olan torpaq sahəsindən onların iradə ifadəsinə uyğun olaraq sərbəst istifadə etmələrinə qanunsuz olaraq mane olaraq zəbt etdiyi torpaq sahəsini könüllü olaraq zəbtdən azad etməyərək zəbt etdiyi hissədə qanunsuz tikdiyi tikililəri və qaz çənlərini oradan götürmədiyindən bacısı İddiaçı1 mülkiyyətçi olaraq pozulmaqda olan hüquqlarının bərpa olunmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gələrək mübahisənin hərtərəfli araşdırılması və iddia tələbində göstərilən halların aydınlaşdırılması məqsədilə iş üzrə xüsusi bilik tələb olunan ekspert rəyinə ehtiyac olduğundan müstəqil ekspertlərə müraciət etdi və qeyd edilən torpaq sahələrinə baxış keçirilərək müvafiq rəy verildi. Eyni zamanda məhkəmə iclasında Cavabdeh da bacısı Səliməyə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək sahibliyi və istifadəsinə verilmiş, Torpaq və xəritəçəkmə Komitəsinin dövlət Torpaq və Kadastr kitabında 11 may 2010-cu il tarixli, A№489394 saylı 182 nömrə ilə qeydə alınmış Lənkəran rayonu, Sütəmurdov kəndində mübahisəli ərazidə yol kənarında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən hasarın cavabdehin, yəni bacım Səlimənin hesabına sökülməsi, həmin torpaq sahəsinin bizim istifadə və sahibliyimizdən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə tərəfindən də ekspertiza təyin edilərək müvafiq rəy alındı və Lənkəran rayon Məhkəməsinin14 iyun 2023-cü il tarixli 2(049)-129/2023 saylı qərardadı ilə həmin qarşılıqlı iddia ayrıca icraata ayrılmış və məhkəmənin eyni tarixli və nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmorduv kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı1 təhvil verilməsi; Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmordov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı , yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(106)1402/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Lənkəran rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(049)-129/2023 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq iddia tələbindən kənara çıxaraq prosessual pozuntuya yol vermiş, mübahisə predmeti olmayan Hüquqların Dövlət qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun hesabına sökülməsi hissəsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, ünvan 1ində 0.1709 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmaqla həmin torpaq sahəsinin 0.1059 ha hissəsi Cavabdeh oğunun qanunsuz istifadəsindədir. Birinci instasiya məhkəməsi yuxarıdakı nəticəyə gələrkən məhkəmə ekspertiza mərkəzinin rəyinə, yəni iddiaçıya məxsus 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq isdifadə edilməklə onun sahibliyində olmamasına fikir verməmiş, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmkakın Bağışlanması Müqaviləsinə əsasən İddiaçı1, yəni hazırda ona məxsus olmaqla 1.26532 ha torpaq sahəsinin Cavabdeh faktiki olaraq istifadə etdiyi 0.1059 ha torpaq sahəsinin zəbt edildiyinə əhəmiyyət verməmişdir. Hər bir halda iddiaçı tərəf olaraq biz də həmin hala fiki verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsi və daşınmaz əmlakların əvvəlki mülkiyyətçisi olan İddiaçı1 həmin nöqsanları aradan qaldıraraq yenidən Cavabdeh qarşı iddia qaldırmışdır. Bir daha nəzərinizə çatdırmaq və fikir ayrılığı yaratmaq üçün bildirirəm ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 № li, 31 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 10 mart 2023-cü il tarixli 3- 21-3-43/2-627/2023 saylı mütəxəsis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli və **********04-06301 reyestri nömrəli çıxarışla əvvəllər İddiaçı1 mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0,1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəsis rəyi ilə müyəyyən edilmişdir ki, daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli **********04- 06301 reyestri nömrəli çıxarışa əsasən İddiaçı1 məxsus olmuş və hazırda mənim mülkiyyətimdə olan 1,26532 ha torpaq sahəsinin 0,117 ha hissəsi, eləcə də ekspert rəyi ilə müəyyən edilmişdir ki, məhz 13 dekabr 2018-ci il tarixli «Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi» əsasında İddiaçı1, hazırda isə mənə məxsus 1.26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə olunması qeyd edilmişdir. Mütəxəsis rəyi ilə ekspert rəyləri arasında da müəyyən ziddiyyət vardır ki, mütəxəsis rəyinə əsasən zəbt edilmiş torpaq sahəsi 0,117 ha qeyd edilsə də, ekspert rəyi ilə zəbt edilmiş torpaq sahəsi 0,1059 ha olduğu göstərilmişdir. Bu o deməkdir ki, 2 hissədə torpaq mövcud olmaqla hər ikisinə dair çıxarış mövcuddur və və əvvəllər İddiaçı1 mülkiyyətində olmaqla, hazırda isə onun mülkiyyətindədir. Həmin çıxarışda nəzərdə tutulan torpaqlar bitişikdir və Cavabdeh zəbt etdiyi 0,1059 ha torpaq sahəsi Lənkəran rayon Məhkəməsi Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli və **********04- 06301 reyestri nömrəli çıxarışla mülkiyyətində olan 0,1709 ha torpaq sahəsində deyil, digər, 13 dekabr 2018-ci il tarixli «Daşınmaz əmlakın bağışlanılması müqaviləsi» əsasında verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli çıxarışə əsasən hazırda onun mülkiyyətimdə olan 1,26532 ha torpaq sahəsində yerləşir. Ona görə də hazırkı iddia ilə yenidən məhkəməyə müraciət edərək 13 dekabr 2018-ci il tarixli «Daşınmaz əmlakın bağışlanılması müqaviləsi» əsasında hazırda ona, yəni İddiaçı2 məxsus olan 1,26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən çıxarılmasını və həmin zəbt edilmiş torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsini xahiş edir. İlkin iddia üzrə Cavabdeh İddiaçı1, İddiaçı1 və 3-cü şəxslər Lənkəran şəhər 1 saylı Notariat Ofisinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran rayon, Sütəmurdov Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 iddiasının təmin edilməməsi, X6 ilə İddiaçı1 Mövsüm qızı arasında Lənkəran şəhər 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2018 ci il tarixli 4ə-1948 və 4ə-1946 reyestrli bağışlama müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, İddiaçı1 adına verilmiş xx.xx.2020 ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********04-06301 reyestr nömrəli əsasında çıxarışın ləğv edilməsi, cavabdeh İddiaçı1 1,26532 ha torpaq sahəsi ətrafında inşa etdiyi hasar onun öz vəsaiti ilə sökülməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia əsassızdır və nəinki təmin edilə bilməz, hətta prosessual qaydada belə iddialara məhkəmədə baxıla bilməz. Çünki iddiaçının Lənkəran rayon Sütəmurdov kəndi ərazisində yerləşən, sahəsi 1,26532 ha torpaq və həmin torpağın üzərində sahəsi 195.8 kv təşkil edən istehsalat sahəsini müqavilə əsasında əldə etsə də, onun həmin torpağa dair mülkiyyət hüqüqünu təsdiq edən Çıxarışı yoxdur. Bundan əlavə, iddiaçı 5 il ərzində bağışlanma müqavilələri əsasında əldə etdiyi sahələləri 0,1709 və 1.26532 ha təşkil edən iki ayrı-ayrı torpaq sahələrinin dəqiq sərhəd və koordinatlarını müəyyən edə bilmir. Buradan da müəyyən olunur ki, Namik Nəcəfovla, İddiaçı1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqavilələri heç bir hüquqi nəticəyə səbəb olmayan formal bağlanmışdır. İddiaçınin öz mülkiyyətində olduğunu iddia edən 1.26532 ha sahəyə malik sahə və ona bitişik olan sahəsi 0,1709 ha təşkil edən digər bir torpaq sahəsi əvəllər qardaşı X4 xüsusi mülkiyyətində olmuşdur. Sonradan həmin torpaq sahələri «BANK VTB» tərəfindən İpoteka ilə yüklü edilmiş və kredit öhdəliklərinə əməl olunmaması səbəbindən həm 1.26532 ha torpaq sahəsi və onun üzərində olan istehsalat obyektləri, eləcə də sahəsi 0,1709 ha təşkil edən torpaq sahəsi və onun üzərində yerləşmiş tikililərlə birgə «VTB BANK» tərəfindən hərraca çıxarılmış, yaxud da onun balansına keçmişdir. Bundan sonra X6 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 1.26532 ha sahəyə malik torpaq sahəsinə dair onun adına DƏDRX nin 10 saylı Ərazi İdarəsi vasitəsi İlə xx.xx.2018 il tarixli **********06-12301 - reyestr, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Eyni vaxtda sahəsi 0,1709 ha və 0,0138 ha təşkil edən digər torpaq sahələri də «VTB BANK»da ipotekaya görə yuklü edilmiş daha sonra isə açıq hərrac yolu ilə X6 tərəfindən əldə edilmişdir. Namik Nəcəfov aldığı 0,0138 ha sahəsini də dövlət reyestrindən keçirərək xx.xx.2018 ci il tarixdə DƏDRX vasitəsi ilə **********05-06301 r/n ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Hər iki torpaq sahələrinə dair Çıxarışlar əldə edəndən sonra X6 eyni gündə yəni xx.xx.2018 cü il tarixdə həm 1.26532 ha, həm də 0.1709 ha sahəsi olan torpaq sahələrin hər ikisini notariat qaydada həyat yoldaşı İddiaçı1 Mövsüm qızına bağışlamış və Lənkəran şəhər 1 saylı Notariat Ofisində bu barədə müvafiq olaraq 4əl946 və 4əl948 reyestləri ilə bağışlama müqavilələri bağlamışdır. İddiaçı1 da öz növbəsində 0,1709 ha torpaq sahəsinə dair bağışlama müqaviləsinə əsas tutaraq xx.xx.2020 ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********04-06301 reyestr nömrəli əsasında ÇİXARİŞ əldə etmişdir. Lakin, İddiaçı1 N.Nəcəfov tərəfindən ona bağışlanmış 1,26532 ha torpaq sahəsinə malik digər torpaq sahəsinə dair Çıxarış almasına dair iş materiallarında heç bir sübut yoxdur. Buna baxmayaraq İddiaçı1 koordinat və sərhədləri hələ dəqiq müəyyən etməmiş sahəsi 1,26532 ha təşkil edən torpaq sahələrini ətrafını hasara almış bundan sonra isə ona qarşı iddialar qaldırmağa başlamışdır. Halbuki, İddiaçı1 hasara çəkdiyi ərazidə yerləşən torpaqların hamısı bağışlama müqaviləsi və çıxarışlarda qeyd olunduğu kimi deyil. Həmin sahədə yerli Bələdiyəyə məxsus 18 sota yaxın, və ona məxsus 0.05 ha torpaq sahəsi var. Bu barədə isə həm «VTB BANK», həm notariat ofisi, həm də N.Nəcəfovla İddiaçı1 bilmişlər. xx.xx.2018 ci il tarixdə «VTB BANK»nin 1,26532 ha torpaq sahəsinə dair tərtib etdirdiyi texniki pasportdan da bu fakt açıq görünür. Lakin buna baxmayaraq həmin sahəyə dair əqdlər bağlanmışdır. Bu əqdlərin hər biri qanunsuz hesab edilməlidir. O cümlədən də İddiaçı1 ilə bağlanmış formal bağışlama müqaviləsi də. Azərbaycan Respublikasının Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A489394 №-li, **********00056 kadastr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi» dən görünür ki, Lənkəran rayonu, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 500 kv.m torpaq sahəsi mənim mülkiyyətimə verilmişdir. Belə məlum olur ki, qarşılıqlı iddia üzrə cavabdehlər olan N.Nəcəfov və İddiaçı1 faktiki olaraq mülkiyyətində olan torpaqlar da daxil olmaqla əqd bağlamaqla torpağımı zəbt edərək mənimsəmişlər. Bu isə bilə-bilə özgəsinin mülkiyyətində olan torpaqların zəbt edilməsi deməkdir. Onların mənə məxsus torpaq sahəsini zəbt etmələri faktı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023 cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə torpağımın azad edilməsinə dair artıq qətnamə də çıxarmışdır. Amma cavabdeh İddiaçı1 bu qətnamədən şikayət etdiyi üçün qətnamə öz qənuni qüvvəsini almamışdır. İddiaçı1 bundan əvvəl də məhkəməyə iddia verərək onun güya Səliməyə məxsus 0.1709 ha təşkil edən digər torpaq sahəsindən 11.7 sot hissəsini zəbt etdiyimi iddia etmişdi. Təəssüf ki, Lənkəran rayon məhkəməsi İddiaçı1 iddiası üzrə işə baxmış və özünün 14 iyun 2023 cü il tarixli 2(049)- 129/2023 saylı qətnaməsi ilə onun mənə qarşı verdiyi əsassız iddiasını təmin edilmişdir. Lakin həmin qətnamədən verdiyi şikayətə əsasən Şirvan Apellyasiya Məhkəməsi özünün 14 sentyabr 2023 cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, İş üzrə yeni qətnamə çıxardaraq İddiaçı1 iddia tələbini rədd etmişdir. Məhkəmə Kollegiyası qəbul etdiyi yeni qətnamə ilə müəyyən eləmişdir ki, İddiaçı1 verdiyi iddia əsassızdır. çünki işdə olan sübutlardan da görünür ki, mən ona məxsus 0.1709 ha torpaq sahəsindən 11.7 sot torpaq hissəsini zəbt etməmişdir. Belə bir fakt yoxdur. Maraqlıdır ki, İddiaçı1 apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmış və ondan kassasiya şikayəti verməmişdir. Bunun əvəzinə isə İddiaçı1 Lənkəran Rayon Məhkəməsinə onun güya ona məxsus 1.26532 ha torpaq sahəsindən 0.1059 ha hissəsinin zəbt etdiyi iddia edir. Hazırda bu iddia məhkəmənin icraatındadır. İddiaçı1 sahəsi 1.26532 ha təşkil edən torpağı 13 dekabr 2018-ci il tarixli «Daşınmaz əmlakın bağışlanılması müqaviləsi» əsasında əldə etdiyini də desə həmin torpağa dair Çıxarışın 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestrə əsasən alındığını iddia edir. Belə çıxır ki, İddiaçı1 əvvəl Çıxarış almış sonra isə bağışlama müqaviləsi bağlamışdır? Cavabdeh məhkəmələrə verdiyi iddiada belə qeyd edir : “13 dekabr 2018-ci il tarixli «Daşınmaz əmlakın bağışlanılması müqaviləsi» əsasında mənə məxsus olan 1,26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,1059 ha hissəsindən çıxarılmasını və həmin zəbt edilmiş torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsini xahiş edirəm”. Burada İddiaçı1 həmin torpaq sahəsinin öz adına rəsmi olaraq Çıxarışın olub-olmamasını qeyd eləmir. İş materiallarında da digər məhkəmə aktlarında da belə bir Çıxarışa rast gəlmək mümkün deyil. Deməli yoxdur. Bu hal ən çox formal bağlanmış əqdə oxşayır. Buna görə də İddiaçı1 xx.xx.2018 ci ildə əldə etdiyi həmin torpağın sərhəd və koordinatlarından xəbəri yoxdur. Buna görə də “o, iddia vermək xətrinə” məhkəmələrdə əsassız mübahisələr qaldırır. Necə ola bilər ki, bu qədər mübahisələrdən sonra cavabdeh onun mülkiyyətində olan torpaq sahələrinin hansı birində problemlərin olduğunu dəqiq bilə bilməsin? İddiaçı1 5 ildir hələ də bilmir ki, onun mülkiyyətinin sərhədləri haradan başlayaraq harada bitir. Kim, haradan və nə zaman onun torpaqlqarını zəbt edib. İddiaçının iddia tələbləri yalnız ehtimallar və səhvlərlə tərtib olunur. Bu isə onu sübut edir ki, əslində, iddiaçının torpağını heç kim zəbt eləməyib. Əksinə, onun özü formal əqdlərə əsaslanaraq özgəsinin torpaqlarını zəbt edib və bu baradə məhkəmə qərarları və ekspert rəyləri var. Bütün bu «oyunları» mənə və bələdiyyəyə məxsus torpaqları mənimsəməyə yönəldilib. Buna görə o, torpaqları tələsik olaraq hasara alaraq kimsəni, hətta məhkəmə-ekspertlərini də ora buraxmır. Fakt odur ki, İddiaçı1 və digər cavabdehlərİn qanunsuz əməlləri nəticəsində onun mülkiyyətçi və sahibkar kimi hüquqları pozulmuşdur. Son məhkəmə prosesləri zamanı mənə aydın oldu ki, iddiaçı qanunları bilə bilə pozaraq onun və sair şəxslərin torpaqlarına zəbt edib geri qaytarmaq istəmir. O nəinki onun, hətta ictimai torpaqlar olan bələdiyyə torpaqlarını da zəbt etmişdir. Bu isə açıq-aydın özgəsinin mülkiyyət hüququnun pozulması deməkdir. Buna görə də hesab edir ki, İddiaçı1 və sairlərin bağladığı əqdlər biləvasitə hüquq və mənafeyimə zidd olduğu üçün etibarsız hesab olunmalıdır. Cavabdeh öz iddiasında 1.26532 ha təşkil edən torpaq sahəsinə dair sənədlərə istinad edərək mənim həmin sahəya daxil olan 0,1059 ha torpaq sahəsinin zəbt etdiyini iddia edir. Bundan əvəlki iddialarda isə o ayrıca olan 0,1709 ha sahədən torpaq sahəsi zəbt etdiyi barədə məhkəməyə müraciət etmişdi. Buna görə də o müxtəlif ekspert və mutəxəsisləri işə cəlb edərək rəylər almış, amma sonradan alınan bu rəylər məhkəmə üçün məcburi xarakter daşımır. Belə olan halda onun da ona qarşı məhz bu məhkəmədə qarşılıqlı tələbim tam qanunidir. Lənkəran rayon Sütəmurdov kəndində yerləşən vaxtı ilə anbar və tarla düşərgəsi kimi istifadə etdiyi 0,05 ha torpaq sahəsi əqdlər bağlanan zaman mülkiyyətində olduğu halda “VTB BANK” həmin sahəni X1. N.Nəcəfova da bu barədə xx.xx.2018 saylı Çıxarış verilmişdir. Halbuki belə mübahisəli hallarda nə əqd bağlana bilər nə də Çıxarış verilə bilərdi. ƏMDX Daşınmaz Əmlakların Dövlət Reyestr Xidməti 10 saylı ərazi idarəsinin X5 verdiyi Çıxarış ləğv edilməlidir. Eləcə də, X6 ilə İddiaçı1 arasında xx.xx.2018 ci İl tarixli bağışlama müqaviləsi qanunsuz olmuş və onun mənafeyinə zidd olmuşdur. Məhz bu bağışlama müqaviləsindən sonra İddiaçı1 Daşınmaz Əmlakdan adına Çıxarış almadan torpağını öz hasarının tərkibinə daxil etmişdir. Bağışlama müqaviləsi mənafeyinə toxunduğu üçün etibarsız hesab olunmaldır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və qarşılıqlı iddiaçı Cavabdeh, habelə sonuncunun vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı1 və Cavabdeh və sonuncunun vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 2871,6 kv.m olan əmlak kompleksi və onun altına olan 1,265320 ha torpaq sahəsi X6 tərəfindən İddiaçı1 bağışlanmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2871,6 kv.m olan əmlak kompleksi və onun altına olan 1,265320 ha torpaq sahəsi İddiaçı1 tərəfindən İddiaçı2 bağışlanmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1,265320 ha torpaq sahəsi və üzərində olan sahəsi 271,60 kv.m olan əmlak kompleksi tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli, **********04-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin 0,117 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə məxsus ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcı iddiaçıya məxsus torpaq sahəsinin üzərində olmaqla Cavabdeh tərəfindən istifadə edilir və bu iddiaçıya məxsus torpaq sahəsinin 40% hissəsi üzərində yerləşir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-2683/2022 №-li qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-627/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan 0.1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0.1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən, xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı1 məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunmuşdur. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cavabdeh verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, ilkin iddianın verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, qarşılıqlı iddianın verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İlkin iddiaya münasibətdə: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı1 məxsus olan, daha sonra İddiaçı2 bağışalnmış və sonuncunun mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunmuşdur. İddiaçının tələbindən görünür ki, o özünə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən geri qaytarılmasını və həmin hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı tələb edilən torpaq sahəsinin mülkiyyətçisidir.
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyinə əsasən iddiaçı ona məxsus 1,26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsində sahibliyi həyata keçirmək imkanından məhrumdur.
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyinə əsasən əsasən iddiaçılara məxsus 0,1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsi Cavabdeh qızı tərəfindən faktiki olaraq istifadə etməklə onun sahibliyindədir.
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – Cavabdeh faktiki olaraq istifadə etdiyi 0,1059 ha torpaq sahəsinə dair hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya məxsus 0,1059 ha torpaq sahəsinə qanunsuz sahibliyi həyata keçirir.
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, Cavabdeh iddiaçıya məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən və ilkin İddiaçı2a məxsus 1,26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsindən çıxarılması hissəsində əsaslıdır. Məhkəmə iddianın ilkin iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin özü tərəfindən sökülməsi hissəsinə qiymət verərək, onu da qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsində inşa edilmiş tikililərin mövcud olub-olmaması məsələsi öz əksini tapmasa da, həmin məsələ iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində öz əksini tapdığından iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan 0,1059 ha hissəsində cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülməli, MPM-nin 119.1-ci maddəsinə əsasən ilkin iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh tutularaq ilkin iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddiaya münasibətdə: MM-nin 337.1-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339-cu maddəsinə görə: 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-nin 340.1-ci maddəsinə əsasən: 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən: 341.1. Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır. 341.2. Qeyri-ciddi əqd nəticəsində digər tərəfə zərər dəydikdə, əgər digər tərəf əqdin qeyri-ciddiliyindən xəbərdar olmamışdırsa və xəbərdar ola bilməzdisə, zərərin əvəzi ödənilməlidir. Həmin Məcəllənin 342-ci maddəsinə əsasən: 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Həmin Məcəllənin 343-cü maddəsinə görə: 343.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 343.2. Bu maddənin qaydaları fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin müstəqil bağlamağa hüququ çatan xırda məişət əqdlərinə şamil edilmir. Həmin Məcəllənin 344-cü maddəsinə görə: 344.1. Bu Məcəllənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın (azyaşlının) bağladığı əqd etibarsızdır. 345.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. 345.2. Bu maddənin qaydaları bu Məcəllənin qaydalarına müvafiq surətdə tam fəaliyyət qabiliyyətli olmuş yetkinlik yaşına çatmayanların əqdlərinə şamil edilmir. Həmin Məcəllənin 346-cı maddəsinə görə: 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. MM-nin 347-ci maddəsinə görə: 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Qarşılıqlı iddia tələbindən görünür ki, ilkin iddia üzrə Cavabdeh X6 ilə İddiaçı1 Mövsüm qızı arasında Lənkəran şəhər 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2018 ci il tarixli 4ə-1948 və 4ə-1946 reyestrli bağışlama müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, İddiaçı1 adına verilmiş xx.xx.2020 ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********04-06301 reyestr nömrəli əsasında çıxarışın ləğv edilməsi, cavabdeh İddiaçı1 1,26532 ha torpaq sahəsi ətrafında inşa etdiyi hasar onun öz vəsaiti ilə sökülməsini xahiş etmiş, lakin X6 ilə İddiaçı1 Mövsüm qızı arasında Lənkəran şəhər 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2018 ci il tarixli 4ə-1948 və 4ə-1946 reyestrli bağışlama müqavilələrinin hansı səbəblə etibarsız hesab edildiyini göstərməmiş, qarşılıqlı iddia ərizəsini ümumi sözlərlə əsaslandırmış, əqdin etibarsızlığına səbəb olan hallara dair, yəni MM-nin 337-347-ci maddələrində göstərilən hallara dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ:
Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən (Cavabdeh tərəfindən istifadə edilən) Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı2 təhvil verilməli, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülməli, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh ondan tutularaq İddiaçı2 ödənilməli, qarşılıqlı iddia isə rədd olunmalı və qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsait qarşılıqlı iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia rədd edilsin. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən (Cavabdeh tərəfindən istifadə edilən) Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı2 təhvil verilsin. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülsün. İlkin iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh tutularaq İddiaçı2 ödənilsin, qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsait isə qarşılıqlı iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Məmmədov