Məhkəmə qərarları › İş №2(049)-1385/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1385/2023

14.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1385/2023 14.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin azad edilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında 14 iyul 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia verərək sonuncu tərəfindən Hüquqlarının Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlak Dövlət Reyestri tərəfindən verilmiş 20 sentyabr 2020-ci il tarixli, ********** nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Vilvan kəndində yerləşən, ona və ailə üzvlərinə məxsus 0.4187 ha torpaq sahəsinin azad edilib ona təhvil verilməsinə və cavabdehdən ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmaqla ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM oğlunun259-260cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçının Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin azad edilməsi» tələbinə iddia ərizəsi baxılmamış saxlanılmaqla iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar