Məhkəmə qərarları › İş №2(049)-140/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-140/2024

03.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-140/2024 03.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Lənkəran rayonu, Cil kəndində yerləşən 0.1430 ha yaşayış məntəqəsi hesab edilən torpaq sahəsindən xüsusi mülkiyyətində olan 0.0585 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********43) çıxarışa əsasən Lənkəran rayonu, Cil kəndində yerləşən 0.1430 ha yaşayış məntəqəsi hesab edilən torpaq sahəsi paylar göstərilməklə 0.0325 ha torpaq sahəsi verilmədən açıq saxlanılmış, 0.052 ha torpaq sahəsi hazırki iş üzrə Cavabdeh və 0.0585 ha torpaq sahəsinin də mənim yəni, İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. O, həmin torpaq sahəsinin ona aid olan hissəsindən sərbəst şəkildə mülkiyyətçi kimi istifadə etmək istəyir. Belə ki, cavabdeh həmin torpaq sahəsi naturada ayrılmadığına görə istifadə edilməsinə maneçilik yaradır. Cavabdeh paylı mülkiyyətdə olan torpaq sahəsinin aralarında razılıq əsasında bölünməsinə maneçilik törədir və eləcə də, həmin torpaq sahəsindən istifadə edilməsinə imkan vermir. Hazırki vəziyyətdə isə ona çatan torpağın naturada ayrılmasını istəyir və odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini etiraf edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********02 reyestr nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində yerləşən 0,143 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin 0.052 ha hissəsi Cavabdeh, 0.0585 ha hissəsi isə İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin 0.0325 ha hissəsi isə verilmədən açıq saxlanılmışdır. xx.xx.2023-cü il tarixli, ********** №-li ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/2897 №-li, 26 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********02 reyestr nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Cil kəndində yerləşən 0,143 ha torpaq sahəsinin eni boyunca kəndarası yol ilə həmsərhəd olmasını, torpaq sahəsinə əlavə girişçıxış qapısının quraşdırılmasının texniki cəhətdən mümkün olmasını, torpaq sahəsinin üzərində yerləşən tikililərin planlı yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı Xəqani oğlunun payına uyğun 0.0585 ha hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü variantı rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 manat təşkil edir. Məhkəmə iş üzrə iddiaçı və cavabdehin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********02 reyestr nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Cil kəndində yerləşən 0,143 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin 0.052 ha hissəsi Cavabdeh, 0.0585 ha hissəsi isə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsindən özünə düşən payın naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2897 №-li, 26 aprel 2024-cü il tarixli rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********02 reyestr nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Cil kəndində yerləşən 0,143 ha torpaq sahəsinin eni boyunca kəndarası yol ilə həmsərhəd olmasını, torpaq sahəsinə əlavə giriş-çıxış qapısının quraşdırılmasının texniki cəhətdən mümkün olmasını, torpaq sahəsinin üzərində yerləşən tikililərin planlı yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı Xəqani oğlunun payına uyğun 0.0585 ha hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin maddənin tələbinə görə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3cü maddəsinin tələbi baxımından iddia təmin edilməli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2897 №-li, 26 aprel 2024-cü il tarixli rəyinin tədqiqat hissəsində göstərilmiş bölgü variantı əsasında Lənkəran rayonu, Cil kəndində yerləşən 0,143 ha torpaq sahəsindən 0.0585 ha hissə naturada ayrılaraq İddiaçı Xəqani oğluna verilməlidir. Əks hal mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının, yəni mülkiyyətindəki əmlaka dair sərəncam vermək, ona sahiblik və istifadə etmək hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yarada bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Lənkəran rayonu, Cil kəndində yerləşən 0.1430 ha yaşayış məntəqəsi hesab edilən torpaq sahəsindən 0.0585 ha hissə ölçüdə torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddianın verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar