Məhkəmə qərarları › İş №2(049)-141/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-141/2025

23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-141/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunanun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunanun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Sadıq qızına və X4 qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Havzava kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş çıxarışa əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Sadıq qızı, X6 və İddiaçı ilə birgə mülkiyyətində olan Lənkəran rayonu, Havzova kəndində yerləşən 1.2462 ha torpaq sahəsindən 5/12 hissədə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayon, Havzava kəndində yerləşən 1.2462 ha torpaq sahəsi Cavabdeh1 1/12 hissə, Cavabdeh2 1/12 hissə, Cavabdeh3 1/12 hissə, Cavabdeh4 1/12 hissə, Cavabdeh5 1/12 hissə, Cavabdeh6 1/12 hissə, X3 1/12 hissə və onun, yəni İddiaçı isə 5/12 hissə payları olmaqla birgə mülkiyyətlərindədir. Hazırda, o, istəyir ki, onların birgə mülkiyyətində olan torpaq sahəsindən ona düşən 5/12 hissədə olan payı ayırsın. Onun bu təklifi ilə iş üzrə cavabdehlər razılaşmırlar. Ona görə də yuxarıda qeyd etdiyi kimi, o, istəyir ki, həmin torpaq sahəsindən öz payını naturada ayırıb, ondan istifadə etsin və lazım olduğu təqdirdə onun barəsində sərəncam versin. Qanunvericiliyin tələbinə görə bu ancaq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Lakin, iddaçı bir daha vurğulayıb ki, birgə mülkiyyətçilərdən razılığın alınması mümkün deyildir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iş üzrə təyin edilmiş mühəndis-texniki ekspertizasının rəyinə əsasən də mübahisələndirilən birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi mümkündür. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyəək bildirdi ki, iddia tələbində qeyd edilən torpaq sahəsinin natura qaydasında bölünməsi mümkün deyildir. Belə ki, orada şam ağacları əkib və payın bölünməsini istəmir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayonu, Havzava kəndində yerləşən 1.2462 ha ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1/12 hissəsi Cavabdeh1, 1/12 hissəsi Cavabdeh2, 1/12 hissəsi Cavabdeh3, 1/12 hissəsi Cavabdeh4, 1/12 hissəsi Cavabdeh5, 1/12 hissəsi Cavabdeh6, 1/12 hissəsi X3 və 5/12 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/3136/2025 №-li, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********05 reyestr nömrəli Çıxarışa(ilkin hüquqmüəyyənedici sənəd JN-333 nömrəli, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" isasında) əsasən İddiaçı və cavabdehlər Cavabdeh1 və digərlərinin ümumi birgə paylı mülkiyyətində olan Lənkəran rayonu, Havzova kəndi ərazisində yerləşən 1.2462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 5/12 hissə üzrə payının naturada ayrılması texniki cəhətdən mümkündür. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında sxematik bölgü planı göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi 3-21-3-43/2-1241/2025 saylı, 24 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********05 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-333 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı və cavabdehlər Cavabdeh1 və digərlərinin ümumi birgə paylı mülkiyyətində olan Lənkəran rayonu, Havzova kəndi ərazisində yerləşən 1,2462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 5/12 hissə üzrə payının naturada ayrılması texniki cəhətdən mümkündür (sxematik bölgü planı rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lənkəran rayonu, Havzova kəndində yerləşən 1.2462 ha torpaq sahəsinin 1/12 hissəsi Cavabdeh1, 1/12 hissəsi Cavabdeh2, 1/12 hissəsi Cavabdeh3, 1/12 hissəsi Cavabdeh4, 1/12 hissəsi Cavabdeh5, 1/12 hissəsi Cavabdeh6, 1/12 hissəsi X3 və 5/12 hissəsi İddiaçı paylı mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsindən özünə düşən payın naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/3136/2025 №-li, 02 iyun 2025-ci il tarixli rəyinə əsasən payın naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu bildirilmişdir. Rəyin tədqiqat hissəsində əlavə edilmiş sxemdə bölgü variantı və ölçülər göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin maddənin tələbinə görə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 Sadıq oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4.Cavabdeh5, və Cavabdeh6, X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-cü il tarixli, ********** qeydiyyat və **********05 reyestr №-li Çıxarışa əsasən Lənkəran rayonu, Havzova kəndində yerlşən ümumi sahəsi 1.2462 ha olan kənd təsərrüfat təyinatlı torpaq sahəsindən İddiaçı məxsus olan 5/12 (on ikidə beş) hissə (ekspertiza rəyində qeyd olunmuş qaydada) faktiki mövcud vəziyyətə uyğun olaraq naturada ayrılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əli ) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, və Cavabdeh6, X4 aid edilməklə onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar